Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Nizami nə vaxtdan fars şairi olub?

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

   https://az.vvikipedla.com/wiki/List_of_Persian_poets_and_authors 

   Fars şairlərinin və müəlliflərinin siyahısı - List of Persian poets and authors

   “Nizami, şair (təxminən 1140 - 1203) نظامی.”

   Vikipediya, Açıq Ensiklopediya

 “Siyahı geniş deyil, davamlı olaraq genişləndirilir və daxil edilir Farsca İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və Türkmənistandan olan yazıçı və şairlər. Bu siyahı xronoloji qaydada əlifba sırasına daxil edilmişdir. Bu siyahıda yer alan bir neçə müəllifin etnik mənşəyi olmasa da,(?!) zəngin Fars ədəbiyyatına verdiyi əlamətdar töhfələrlə Fars mədəniyyətini və mədəniyyətini zənginləşdirmişdir. Müasir farsca danışan, Fars şeirinin və ədəbiyyatının qurucusu da daxil olmaqla ən qədim fars şairlərinin ədəbiyyatını dərk edir Rudaki[1] (təxminən 1150 il əvvəl) müasir Fars şairlərinin əsərlərinə qədər. Bir əsrin başlanğıcında yaşamış bəzi adlar iki dəfə görünür.”

Yuxarıdakı linkdən surəti alınmış cümlələrdəki qrammatik, məna səhvləri göz çıxarır. Mündəricatda əsrlər üzrə əlavə edilmiş siyahını tərtib edənlərin xəstə təxəyyülü,  materialın kənar ölkədən az.viki-yə dürtüldüyü də aşkar görünür. “12-ci əsr” fars şairləri (farsca yazan yox!) sırasına Nizami Gəncəvinin adı da salınıb, üstəlik doğulduğu, vəfat etdiyi tarixlər səhv göstərilməklə:

 “Nizami, şair (təxminən 1140 - 1203) نظامی.”

Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının verildiyi bir ildə belə saxta səhifələrin açılıb yerləşdirilməsi açıq-aşkar təxribatdır. 

Təəssüf ki, belə səhvlər, təhriflər “az.wikipedia.org” da çoxdur.

Bura kim, hansı qurum nəzarət edir, yoxsa  kim necə gəldi yazdı, verdi yaddaşa, girib çıxdı olmamalıdır. Dövlətin humanitar sahəyə baxan yetkililəri və əlaqədar qurumları müvafiq tədbirlər görməlidir.

http://avropa.info/post/372710

Hacı NƏRİMANOĞLU, tarix üzrə fəlsəfə doktoru