Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
“Siyasi zəlzələ gözlənilir – episentri Zəngəzurdur…”

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

“Siyasi zəlzələ gözlənilir – episentri Zəngəzurdur…”
“Deyə bilərik ki, payızda Ermənistanda yerli seçkilər şəklində siyasi zəlzələ gözlənilir. Proqnozlara görə, zəlzələnin episentri Sünik bölgəsində olacaq”. Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin “Qraparak” qəzeti yazıb.
Məsələ burasındadır ki,  Paşinyan hökuməti Zəngəzurun xeyli hissəsini əhatə edən Sünik mərzində nüfuzu ələ keçirmək üçün gözlənilən yerli seçkilərdə ölümcül mübarizə aparmağa qərar verib. “44 günlük müharibədən sonra hökumətə Sünikin Gorus, Qacaran, Sisyan və digər icmalarının keçmiş üsyançı bələdiyyə başçılarının əksinə olaraq yolların açılmasına, Türkiyə-Azərbaycan dəhlizinə və digər   qeyri-erməni proqramlarına müdaxilə etməyəcək “özəl” bələdiyyə başçılarına ehtiyacı var. Məlum olduğu kimi, hökumət keçmiş üsyançı bələdiyyə başçılarını həbsxanalara göndərərək həm onların başlarından, həm də yaratdıqları baş ağrılarından xilas oldu”- erməni nəşri daha sonra belə yazır.
 
“Qraparak”ın verdiyi məlumata görə, oktyabrın 17 -də Zəngəzurun Gorus, Meğri, Tatev və Tex(Dığ) icmalarında bələdiyyə üzvlərinin seçimi proporsional sistemlə keçiriləcək. Sentyabrın 2 -dən etibarən partiyalar və ya partiyalar blokları ərizələri ilə ərazi seçki komissiyalarına sənəd təqdim edə bilərlər. Qafanda isə yerli seçkilər noyabrda keçiriləcək.
 
Zəruri arayış:
 
Sünik – Qərbi Azərbaycan torpaqlarında qondarılmış Ermənistan Respublikasının 10 mərzindən (əyalətindən) biri. Ölkənin cənubunda tarixi Zəngəzur mahalı ərazisində yerləşir.
 
Mərkəzi Qafan şəhəri olan mərz şimaldan Vayocdzor mərzi, cənubdan İran, qərbdən Naxçıvan Muxtar Respublikası, şərqdən Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonları ilə həmsərhəddir.
Mərz Qərbi Azərbaycanın cənubunda dağlıq ərazidədir. Qərbdən Zəngəzur dağları ilə əhatə olunub. Oxçuçay, Bazarçay, Meğri çayları əsas çaylarıdır.
 
Sultan Laçın