Hacı Nərimanoğlu “Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri seçilib

sedr 1992-ci ilin mayında Ədliyyə Nazirliyində Dövlət Qeydiyyatına alınmış (№-76) bu Birliyin ilk sədri tanınmış dövlət və ictimai xadim, Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Ticarət-Sənaye Palatasının sədri olmuş Kamran Hüseynov, 2-ci sədr isə Azərbaycan KP MK-da məsul vəzifələrdə çalışmış, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, "Azərittifaq"ın sədri, Ali Sovetin deputatı olmuş Tofiq Şəfaət oğlu Mehdiyev idi.

 İdarə Heyətinin yeni sədrinin seçilməsi ilə bağlı iclasda Tofiq Mehdiyev ölkənin ilk ictimai təşkilatlarından olan Zəngəzur Cəmiyyətləri Birliyinin ötən dövrdəki fəaliyyətindən, mərhum Kamran Hüseynovun qurumun təşkilatlanması və nüfuzunun yüksəlməsi sahəsində göstərdiyi xidmətlərdən danışıb. Tofiq Mehdiyev mərhum prezident Heydər Əliyevin bu birliyə həmişə qayğı, diqqət göstərdiyini deyib. Tofiq Mehdiyev İdarə Heyətinin sədrliyindən azad olunmasını xahiş edərkən bunu birliyin fəaliyyətinin canlandırılması, qurumun rəhbərliyində fəal, savadlı gənclərin təmsil olunması və yaşı ilə əlaqələndirib. İdarə Heyətinin qərarı ilə Zəngəzur Cəmiyyətləri Birliyinə rəhbər seçilən Hacı Nərimanoğlu toplantının sonunda Tofiq Mehdiyevə uzun illər təşkilatçılıq işində çəkdiyi zəhmətə görə təşəkkürünü bildirib.

H.Nərimanoğlunun təklifi ilə Tofiq Mehdiyev Birliyin Ağsaqqallar Şurasının sədri, professor Ziyadxan Nəbibəyli sədr müavini seçilib.

H.Nərimanoğlu uzun illər Qubadlı rayon komsomol, icraiyyə komitələrində, icra hakimiyyətində çalışıb, 16 ildən çox AzərTAc-da "Zəngəzur" İnformasiya Mərkəzinin direktoru-cəbhə bölgələri üzrə (Şuşa-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli) xüsusi müxbir, AzərTAc-da buraxılış redaktoru olub. Qarabağ müharibəsi veteranı, ehtiyatda olan zabitdir. 4-ü şəhidlərə həsr olunmuş 16-dan çox kitabın müəllifidr. 12 may 2010, mediaforum.az