Narkomaniya ağ ölümdür, uzaq dur! “Sosial İslahatlara Dəstək” İB-in layihəsi davam edir

Press-reliz
“Sosial İslahatlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün
məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı
mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji
sorğuların təşkili” layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq tədbirlərin icrası
davam edir.
İkinci tədbirimiz 14 aprel tarixində Bakı şəhəri, Suraxanı rayonu Yeni Ramanı
qəsəbəsində 8 və 9-cu sinif şagirdlərinin iştirakı ilə həyata keçirilmişdir.Layihənin
tələbinə uyğun olaraq tədbirə məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdləri
dəvət olunmuşdu. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə
açan QHT sədri Namiq İnşallahoğu tədbir iştrakçıklarını salamladı və Qarabağın
azadlığı uğrunda canlarından keçən şəhidləri 1 dəqiqəlik sükutla yad edilməsini xahiş
etdi.Sonra layihənin donoru və icraçı təşkilatla bağlı məlumat verdildi və bu mövzuda
keçirilən tədbirin aktual və vacibliyindən bəhs etdi. Narkomaniya
nədir?Narkomaniyadan qorunmaq üçün nə etməliyik ?kimi sualların ətrafında fikirləri
auditoriya ilə bölüşüldü.
Çıxış üçün sözə başlayan Sosial məsələlər üzrə mütəxəssis Sevinc Əliyeva "
Narkomaniyaya yoluxma" və "onun zərərləri" haqda yeniyetmələrə ətraflı məlumat
verdi. Son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət
orqanlarının bu sahədəki fəallığından danışan Sevinc xanım Əliyeva sosial bəlaya
qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin
əhəmiyyətini də vurğuladı. Şagirdlərin narkomaniyadan uzaq durma mövqelərinin
öyrənilməsi məqsədilə həmin mövzuda müzakirələr aparıldı.
Daha sonra Tədbir arası uşaqların vermiş olduğu çoxsaylı suallar cavablandırıldı.
Tədbiri davam etdirən QHT sədri Namiq Qafarov yeniyetmələri sağlam həyat tərzi
keçirməyə, təbiətdən, kitablardan, maraqlı insanlarla ünsiyyətdən zövq almağa, faydalı
bilik və bacarıqlar öyrənməyi tövsiyə etdi.
Sonda təşkilatçı müavin Südabə xanım Hüseynova valideyinlər adından tədbiri
maliyyələşdirən Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatları Dövlət Dəstəyi
Agentliyinə və təşkilatımıza öz minnətdarlığını bildirdi.
Sosioloji tədbir 30 nəfər məcburi köçkün ailələrindən olan yuxarı (8 və 9-cu) sinif
şagirdlərinin iştirakı ilə keçirilmişdir. Layihə mövzusuna uyğun hazırlanmış olan Buklet
(30 ədəd) tədbir iştrakçılarına paylanmış və bu kimi tədbirlərin gələcəkdə də
keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
Layihənin icra müddəti 01 fevral - 01 iyun 2022 -ci i tarixlərini əhatə edir.

“Sosial İslahatlara Dəstək” İB-i