Zaur Cəfərov Avropa çempionu oldu

Qubadlı elimizin yetirməsi Zaur Əliağa oğlu Cəfərov Macarıstanda keçirilən pauerliftinqin AWPC/WPC versiyası üzrə açıq Avropa çempionatında 125 kiloqram çəki dərəcəsində Fransa, Seneqal, Finlandiya, İtaliya, Misir, Moldova, Gürcüstan, Macarıstan, Slovakiya, Portuqaliya, İngiltərə, Serbiya və digər ölkələrdən 700-ə yaxın idmançını geridə qoyub, benç-press hərəkətində 262,5 kiloqramlıq nəticə ilə Avropa çempionu adını qazanıb və yeni Avropa rekorduna imza atıb.

Azərbaycanın Əməkdar idman ustası, beynəlxalq dərəcəli idman ustası, dəfələrlə dünya və Avropa çempionu, mütləq dünya çempionu, Azərbaycan Stronqmen Federasiyasının milli komandasının üzvü Zaur Cəfərovun atası Əliağa Cəfərov Qubadlının Əliquluşağı kəndində dünyaya göz açıb, böyüyüb, elmlər doktoru, professor, beynəlxalq akademiyaların akademiki, tanınmış alim və yazıçıdır. Fəxrimiz Zauru təbrik edirik, Ulu Yaradandan yeni uğurlar diləyirik!