Bu yazı modern.az saytında 15 avqustda yayılan "Zəngəzuru tanıyaq və tanıdaq" və 25 iyun 2024-cü ildə yayılan “Zəngilan” sözü necə yaranıb?” adlı məqalələrlə bağlıdır.
"Zəngi" oğuz-səlcuq türklərinin ən geniş yayılan güclü tayfalarından biridir; Mosul, Kərkük, Suriya, Özbəkistan, Türkmənistandan başlamış, Qərbi Azərbaycan, Arazın o tay bu tayında zəngi adına bağlı 60-dan çox yer adı var; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, Zəngilli, Zəngi çayı və b. Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov, Əbdülqazinin və b. əsərlərində, habelə bir çox digər yazılı mənbələrdə «zəngi» etnoniminin adı çəkilir. Zəngi tayfaları Azərbaycan Atabəylər, Səfəvilər hakimiyyətlərinin əsas sütunlarından olub. 1127-1250-ci illərdə Mosul, Dəməşq, Hələbi də əhatə edən Zəngi dövləti mövcud olub. Səlcuqlu əmirlərdən Mosul hakimi İmad əd-din Zəngi ibn Sonkur (sunqur-şahin, qartal cinsindən quş adıdır) ilə başlanan (1127) zəngi soyunun hökmranlığı Mosul bəyliyində Mahmudun ölümü (1222) ilə bitdi, lakin zəngi soyu təkcə Mosulda deyil, Hələb və Dəməşq bəyliklərində də hakimiyətdə idi. Zəngi soyunun əhali arasında geniş dayağı olub. Böyük qazax mütəfəkkiri Çokan Vəlixanov qırğız mifologiyasında ilxını qoruyan haminin Kambar-Ata, qaramal hamisinin isə Zəngi-Ata adlanmasını qeyd edir. İraq valiliyinə təyin olunan İmadəddin Zəngi, 1127-ci ildə Mosul, 1128-ci ildə Hələb və sonra da Suriya şəhərlərini ələ keçirib. İmadəddin Zəngi siyasi bacarığı ilə və Səliblərə qarşı nailiyyətli mübarizəsilə, Mesopotamiyanı və Surıyanın böyük bir hissəsini hakimiyyətinə daxil edib. İmaməddin Zənginin oğlu Nurəddin Mahmud Zəngi Suriyada fəth işlərini başladaraq 1154-cü ildə Dəməşqi ələ keçirib. Nurəddinin qardaşı Seyfəddin isə 1146–1149-cu illər arasında Mesopotamiyanı fəth edib. Seyfəddin Zəngi xanədanın Mosul bölgəsini təşkil edib və 1146–1262-ci illər arasında hakimiyyətdə olub. Zəngi idarəsini zirvəyə çıxaran şəxs isə Nurəddindir. O, hakimiyət sahəsini Fatimi Dövləti idarəsindəki Misirə qədər genişlədib və ailənin bütün tayfalarını hakimiyyətinə daxil edib. Nurəddinin oğlu İsmayil 1174-cü ildə Zəngilərin xidmətində güclənən Səlahəddin Əyyubi yə məğlub olub. Zəngi xanədanının Sincar qolu 1220-ci ildə, Cəzirə qolu 1250-ci ildə Əyyubilər Dövləti və Mosul qolu isə 1262-ci ildə Elxanlılar dövləti tərəfindən aradan qaldırılıb.
Türk qardaşlarımızın ekranlara çıxan “Kudüs Fatihi Selahaddin Eyyubi” serialında Zəngilərin adı tez-tez çəkilir (bizim də bacanaqlar, baldızlar, xala-bibilər...səviyyəsindən qurtulub Şah İsmayıl Xətai, Nadir şah, Sultan bəy, Şuşa fatehləri...haqqında abırlı filmlər çəkən vaxtımız olacaqmı?!).
"Zəngəzur"dakı ikinci leksem «sur/zur» barədə
Sur təmiz türk mənşəli sözdür, dil vahidlərinə diqqət yetirək: “Kaleleri düşman saldırılarından korumak için inşa edilmiş olan yüksek duvarlara sur adı verilir. Tarihteki en uzun surlar Çinliler tarafından, M. Ö. 3. yüzyılda yapılmıştır. Bu surun en ayırt edici özelliği ise uzaydan görülebilen tek yapı olmasıdır”. https://www.milliyet.com.tr/egitim/sur-ne-demek-sur-tdk-sozluk-anlami-nedir-6549828
“İstanbuldaki Semt İsimleri nereden geliyor” başlıqlı yazıdan: “Bizans zamanında yapılan surların”, “Bizans Döneminde “her tarafı surlarla çevrili” anlamını taşıyan Pantecion, Latin egemenliğinde ise “duvar” anlamına gelen Peninda-kot ismini almıştır. Mercan ya da Beyazıt dolaylarındaki eski sur benzeri yapının aşağı kotunda yer aldığı için bu ismi aldığı tahmin ediliyor.https://www.facebook.com/story.php?story_fbid=1154822049642531&id=100053442396032&post_id=100053442396032_1154822049642531&rdid=oFOaDcTGKDkwOvao#
sur sözünün leksik mənası və izahı: sur - hasar, istehkam, qala divarı... https://sozluk.obastan.com/sur#izah:
https://az.wikipedia.org/wiki/Sur : Sur (ərəb. صور; finikiycə Tsor — daşlı ada; q.yun. Τύρος Túros) — Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Livanın cənubunda bir şəhərdir (Suriya, Surya ölkəsinin da adı eyni mənşəlidir).
Zəngəzur adındakı II söz - sur/zur bölgədəki xeyli yer adında daşlaşıb qalıb; Cağazur, Astazur, Ərcəzür, Əynəzur, Goranzur, Təkəzür, Gecəzür, Dərməzür, Zor və s.).
Aydın görünən budur ki, həm türk, həm ərəb dilində “sur” qala, divar, hasar... anlamında işlənir, bu söz həm ərazinin təbii istehkam, dağlıq, qayalı, sıldırım məkan, həm də müdafiə, yaşayış yeri olan divarlı, hasarlı yer kimi mənaları ifadə edir.
S fonemi, səsi 1-ci tərkibdəki z və digər samitlərin ahənginə, ü özündən əvəlki ə saitinə uyğunlaşıb, heca vəzninə görə incələşib, asan tələffüzə görə S Z-yə Ü Ə-yə çevrilib, fonetikada bunlar qanunauyğul dil hadisələri sayılır.
Zəngəzur - zəngi tayfalarının yaşadığı dağlı, qalalı məkan, müdafiə divarları olan yer-yurd -, deməkdir.
Bu baxımdan rus və ermənilərin tarixi torpağımız haqqında “Etimoloqiya nazvaniya «Zanqezur» neyasna "-?! http://ru.wikipedia.org. fikri etibarsızdır, əlacsızlıqdır.
Demək istədiyim budur ki, gəlin Zəngəzur toponimi barədə hər yazımızda ərəb, fars, erməni izi axtarmayaq. Zəngəzur hər qarış torpağı, daş parçası, şərqi, qərbi, şimalı, cənubu ilə dil açıb "Zəngəzur Azərbaycandır!" deyir.
Hacı Nərimanoğlu, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru