Çap

“Görkəmli şair, tənqidçi-ədəbiyyatşünas Qasım Qasımzadə zamansızlıqda” adlı elmi sessiyada

İyunun 19-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış şair, ədəbiyyatşünas alim, Azərbaycan Dövlət Mükafatı laureatı, filologiya elmləri doktoru Qasım Qasımzadəyə həsr olunan “Görkəmli şair, tənqidçi-ədəbiyyatşünas Qasım Qasımzadə zamansızlıqda” adlı elmi sessiya keçirilib. Əvvəlcə alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış olub, ədibin kitabları nümayiş etdirilib. Elmi sessiya çərçivəsində “Qasım Qasımzadə. Zamansızlıqda”, “Qasım Qasımzadənin yaradıcılıq yolu”, “Ömrün əbədiləşən illəri” adlı kitabların təqdimatı da olub. Məruzə və çıxışlar dinlənilib.