Azərbaycan Respublikasının Qarsdakı baş konsulluğu, Qars Qafqaz Universiteti və Türk Ocaqları Birliyinin Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərin 5 illiyinə həsr olunmuş "Qarabağ Zəfəri beynəlxalq şeir yazma yarışması"na yekun vurulub.
Noyabrın 7-də Qars şəhərində musiqili-ədəbi tədbirdə seçilmiş 3 ən yaxşı şeirin müəllifinə mükafatlar təqdim olunub.
Müsabiqəyə 173 müəllif qatılıb. Hacı Abdulla (Hacı Nərimanoğlu) 2-ci yerə layiq görülüb.
Qeyd edək ki, Hacı Nərimanoğlu tarix üzrə fəlsəfə doktoru, "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin rəhbəri, Qarabağ müharibəsi veteranıdır.
https://xalqqazeti.az/az/last-news/245496-qarsda-qarabag-zeferi-beynelxalq-seir