Samir Zəngəzurlu yazır: Başı bəlalı yurd yerimiz - Zəngəzur

Haqdan, ədalətdən, demokratiyadan dəm vuran bir çox beynəlxalq təşkilatlar, bəzi Avropa ölkələri şəri, xəyanəti, yalançılığı, bir sözlə, bütün  anti-bəşəri dəyərləri özündə ehtiva edən erməni vərəminə yiyə durmaqda davam edirlər. Biz isə qədim xalq olaraq hələ də təəccüb və heyrət içində düşünürük ki, nə üçün xəstə təfəkkürlü, şeytan xislətli erməni toplumu belə himayə olunur? Son 30 ildə (təkcə son 30 ildəmi) haylar günahsız körpələri, qadınları, qocaları, mülki əhalini qətlə yetirməklə Azərbaycan xalqına qarşı soyqrım törətməyiblərmi? O Azərbaycan xalqına qarşı ki, dünyada milli dövləti ilə tolerantlığın ən gözəl nümunəsidir. Özünün kifayət qədər problemləri, bir milyondan çox qaçqın və məcburi köçkün vətəndaşı ola-ola Avropada kilsə, məktəb tikdirən və ya təmir-bərpa etdirən, mütərəqqi layihələri reallaşdıran, həyata keçirtdiyi humanitar siyasətlə dünyaya əmin-amanlıq mesajları verən Azərbaycana kim nə verib ala bilmir?  

     

Mən uşaq yaşlarımdan, daha doğrusu 12 yaşımda erməni vəhşiliyi ucbatından yaraları hələ də sağalmayan ağır sosial-psixoloji travma almışam. Boy-boya verən dağları, ipə-sapa yatmayan çayları, bihuşedici çiçəkləri, dadı-tamı bir ömür boyu unudulmayacaq buz bulaqları, təbii bitkiləri ilə dünyanın ən cənnət guşəsi olan qədim türk yurdundan - cənnət timsalı Zəngəzur mahalının Sisiyan rayonunun Sofulu kəndindən qovulmuşam. Bəli məhz  qovulmuşam. İndi oğul istəyirəm, qabağıma çıxsın, gözlərimin içinə baxsın və cavab versin: nə üçün mən bu qədər ağır və çəkilməz dərdin içində yaşamalıyam, kədərim bütöv, sevincim yarımçıq olmalıdır? Azəri türkü olduğuma görəmi? Tüfeyli keçmişi, ləyaqətsiz və düzənsiz indiki həyatı olan makron kimilər anlamırlar ki, vətənsizlik nə deməkdir. Anlamazlar. Çünki belələri duyğusuz ürəklərini, daş qəlblərini uşaq qatillərinə-erməni haylarına təslim ediblər. Gözlərini kor, qulaqlarını kar ediblər. Tərəqqipərvər bəşəriyyət bilməlidir, erməni toplumu insanlığa ləkədir. Onlar islah olunmayınca düzənli dünyadan danışmağa dəyməz.

Erməni adlı məxluq təkcə qəsbkar, qonşu malına göz tikən şeytan deyil, həm də oğrudu, tarix oğrusu, mədəniyyət oğrusu, ədəbiyyat oğrusu. Bu siyahını kifayət qədər uzatmaq olar. Ancaq bu məqamda bilirsiniz nəyi xatırlayıram, deyim siz bilin...

1986-cı ilin yazında Sisyan-Dəstəyurd yolunun Şıxlar kəndinə çıxışında üzərinə “Ermənistan Mədəniyyət Nazirliyi” sözləri yazılmış bir UAZ göründü. Çağırılmamış qonaqlar rayon mərkəzinə getmək üçün yola çıxan Şıxlar kəndinin tanınmış tarix müəllimi, milli düşüncəli ziyalı Cəlil Mahmudovun yanında maşını saxladılar. İçəridən bir nəfər etinasız halda salam verdi. Bu  məqamda istəyirəm ki, Cəlil müəllimlə qonaqlardan birinin arasındakı dialoqu olduğu kimi diqqətə çatdırım:

Erməni: mən yerevanlıyam. Adım Zori Balayandır. Ermənistan Mədəniyyət Nazirliynin nümayəndəsiyəm. Arevus kəndinə getmək istəyirəm.

Cəlil Mahmudov: - O kəndin adı Arevus yox, Ərəfsədir. Qədim türk yurdudur.

Sifətini turşudan Zori pörtmüş halda: - Yaxşı da siz deyən olsun, kəndin yerini nişan verin - deyə kömək istədi.

Bəs uşaq qatili Zori Balayan Ərəfsə kəndində nə axtarırdı?

Sisyan rayonunda iki Ərəfsə kəndi mövcud olub. Biri 1988-ci ilədək azərbaycanlıların yaşadığı Ərəfsə, digəri isə Şıxlar kəndinin yaxınlığındakı Xaraba Ərəfsə.

Xaraba Ərəfsədə 1828-1830-cu illərdə Suriya və İrandan qovulmuş ermənilər çar hökümətinin qəyyumluğuna sığınaraq yaşayıblar. O illərdə Şıxların torpaqlarının bir hissəsi zorla alınaraq gəlmə ermənilərə verilib və bu ərazidə 40 ailədən ibarət kənd salınıb.

1883-cü ildə 1861-ci il əsasnaməsinə görə torpaq islahatı keçiriləndə hökümət dairələri yenə şıxlarlıların torpaqlarından ermənilərə vermək istəyiblər. Lakin torpağın əsl sahibləri zor gücünə 40 evdən ibarət erməniləri qovublar. Tarixi mənbələrə görə əsası Qaraqoyunlu türk hökmdarı Qara Yusif tərəfindən qoyulan bu kənd yeni türk dövətinin -  Ağqoyunlular dövlətinin hökmdarı Uzun Həsənlə döyüşdə mühüm rol oynayıb. Kəndin cənubunda salınmış iki qalanın xırdalıqları 1970-ci ilə qədər qorunub saxlanılsa da, sonradan erməni barbarları tərəfindən dağıdılaraq əkin sahəsinə çevrilib. Zori də Zəngəzurun bu qədim kəndinin tarixinin, maddi-mədəniyyət abidələrinin, daş salnamələrinin əhəmiyyətini yaxşı anlayırdı. Bilirdi ki, bu cənnət  timsallı bölgənin hər qarışı türk millətinin qədimliyindən soraq verir. Ona görə də bel, kvold, ling və külüng alətlərini, “Nairi” tədqiqat aparatını, bir də zəhərli beynini, riyakar ürəyini götürüb gəlmişdi ki, tarixə damğa vursun və vurdu da. Sultan Yaqubun qədim Ərəfsə kəndindəki xatirə qəbirüstü abidəsini dağıtmaqla murdar niyyətinə nail oldu. 1986-cı ildə Zori Balayanın izinə düşdüyü Ərəfsə kəndinin xarabalıqlarının yerində geniş alma bağları salınmışdı. Bağın sağ tərəfində isə böyük qəbiristanlıq yerləşirdi. Dağ cığır onu iki hissəyə ayırırdı. Cığırın üstündə alban-azəri, altında isə Suriya və İrandan qovulmuş, Türkmənçay müqaviləsindən sonra köhnə Ərəfsə kəndində məskunlaşdırılmış erməni qəbirləri yerləşirdi. Alban-azəri qəbirlərinin arasında isə Ağqoyunlu hökmdarı Uzun Həsənin oğlu Sultan Yaqubun qəbri xüsusilə diqqəti cəlb edirdi. Tarixdən məlumdur ki, Sultan Yaqubun atası Uzun Həsən arvadı Venesiya kralının qızı Dəspinə xatun üçün indiki Sisyan rayonun mərkəzi Qarakilsə şəhərinin Uz kəndinə yapışıq sahəsində Şəhriyar şəhərini saldırıb. Atasının ölümündən sonra Sultan Yaqub Dəspinə xatunu Şəhriyar şəhərindən Ağtamar monastırına sürgün etdirir. SultanYaqubun doğma anası isə yay aylarında sözügedən  iqamətgahda oturaraq oğluna nəsihətlər verərmiş.

O vaxtlar Bibar ölkəs adlanan Zəngəzurun dağları təkrarsız gözəlliyi ilə hamını heyran edirmiş. Sultan Yaqubun anası Səlcuq Şahbəyim bu füsunkar təbiəti seyr etməkdən doymazmış. Günlərin birində bulaq üstə əfsanəvi gözəlliyə malik qızı görən Şahbəyim onu özünə gəlin etmək qərarına gəlir. Dilək gözəli Gülnazın Ərdəbilə qaçırılması Bibər ölkəsinə ildırım sürətilə yayılır. Hər kəs Gülnazın xoşbəxt olacağından danışır. O isə heç sevinmir, kədər içərisində üzülürdü. Şah onu bu vəziyyətdə görüb : - niyə belə qəmlisən, böyük bir ölkənin padşahı ilə ailə qurmaq xoşbəxtlik deyilmi? - deyə soruşur.

Gülnaz deyir : - Əgər toyumu ata yurdumda etsən, hər cür kədər sovuşub gedər. Ata-anamı görmək mənə xoşbəxtlik gətirər. Qızın mənəvi keyfiyyətlərinə, ilahi gözəlliyinə vurğun olan Sultan Yaqub Gülnazın arzusunu yerinə yetirməyi özünə borc bilir. Beləliklə, Zəngəzur dağlarında toy çadırları qurulur. Digər adətlərlə bərabər toyun ikinci günü elin cəngavər cavanları at minib  cıdıra çıxır, igidlik yarışı keçirdilər. Mübarizənin qalibi şahla badə qaldırmaq hüququ qazanırdı. Padşah qızıl qədəhdə, qalib isə gümüş qədəhdə mey içməli idi. Yarışın qalibi isə Zəngəzur ərəni Comərd oldu. Bu sonuc Şahbəyimin ürəyincə olmadı. Çünki o, Gülnazla Comərdin bir-birlərini dəlicəsinə sevdiklərini öyrənmişdi. Ona görə də fürsəti əldən vermədi. Qızıl qədəhə adi, gümüş qədəhə zəhərli şərab süzüb münsiflər heyətinin qabağında dayandı. Qalib Comərd şahın qabağında diz çökərək topu ona təqdim etdi. Şah Comərdi ayağa qaldırdı, bağrına basıb öpdü. Qədəhləri anasından aldı, amma qızıl qədəhi Comərdə verdi. Gümüş qədəhi isə özünə götürdü. “Xalqın qəhrəman oğlunun şərəfinə” deyərək zəhərli piyaləni başına çəkdi. Şahbəyimin fəryadı göylərə ucalsa da, artıq gec idi. Sultan Yaqub həyatla vidalaşmışdı. Şahın cənazəsi Ərdəbilə aparıldı. Sonra isə 1,7 x 1 kvadratmetrlik qəbir daşı yonuldu. İçərisinə ov sümüyü qoyuldu. Qəbirüstü abidənin üzərinə baş vermiş hadisəni təsvir edən şəkillər çəkildi.

Bu abidə yüzilliklər boyu Zəngəzurlular tərəfindən qorundu, saxlanıldı.

1986-cı ildə isə Zori Balayan bu tarixi abidəni yerlə yeksan etdi. Üstəlik Şıxlar kəndində bir evin hasarına sərilmiş qədim xalçanın şəklini çəkərək sonralar onu Paris və Moskvada “cəfakeş və qədim erməni xalqı”nın sənət nümunəsi kimi təqdim etdi.

Özünü yazıçı adlandıran Zorinin goreşənliyi, işğaldan azad edilmiş yurd yerlərimizin viran halı insanı o qənaətə gətirir ki, erməni toplumu insanlığın qara ləkəsidir.

 

Samir Zəngəzurlu.

“Qızıl qələm” mükafatçısı,

yazıçı-publisist.

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü.