Məşhur gürcülər erməni xisləti barədə

Erməni xislətinin mahiyyətini açan dünya tanınmışları arasında xeyli gürcü də var. Bu şəxsiyyətlər ermənilərlə qonşuluq, tanışlıq, yaxın ünsiyyət zamanı şahid olduqlarını qələmə alaraq gələcək nəsillərə ötürmüşlər. Sənədli istinadlara söykənən bu fikirlərdən bəzilərini təqdim edirik.
Gürcü yazıçı və mütəfəkkiri İlya Qriqoryeviç Çavçavadzenin (1837-1907) rus çarına məktubundan: “Əlahəzrət! Mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar ki, bura bizim qədim dədə-baba torpağımızdır.”

 İ. Q. Çavçavadze əsrlər boyunca “erməni alimləri” və “ziyalıları”nın təşviqi, təbliği və təlqinliyi nəticəsində ermənilərin başqa xalqlara, xüsusilə gürcülərə qarşı nifrəti, düşmənçiliyi kinli qısqanclıqdan, başqalarının uğurlarına qarşı bədxahlıqla yanaşmaqdan qaynaqlanır, bu hiss “ermənilər”in nəciblikdən uzaq olmaqlarından yaranır.

  • I Dünya müharibəsinin ilk günlərində Osmanlı torpaqlarına hücum edən rus ordusunun gürcü əsilli komandanı general İlya Odişelidzenin Sankt-Peterburqa yolladığı məktubdan: “11-12 mart gecəsində erməni cəlladlar Ərzincan ətrafındakı ərazilərdə müsəlmanları süngülərlə və baltalarla qətlə yetirdilər. Bu vəhşilər öz qurbanlarını məlum planlarını icra etmək məqsədilə qazdırdıqları xəndəklərə atırdılar. Hər xəndəyə 80 müsəlmanın nəşi atılırdı. Mənim yavərim 200 belə xəndək saydı”.
  • Gürcü politoloqu, tarix elmləri doktoru, professor Quram Marxulia: “Hamıya məlumdur ki, Ermənistan dövləti 1918-ci ildə Azərbaycan və Gürcüstan ərazilərində xarici dövlətlərin dəstəyi və təzyiqi ilə yaradılıb. Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi Qarabağ mövcud olanda heç Ermənistanın adı belə olmayıb. Ermənilər bu faktları ört-basdır etməklə diqqəti yayındırmağa çalışırlar. Amma hesab edirəm ki, onlar buna nail ola bilməyəcəklər. Əslində Azərbaycan torpaqlarını Ermənistan təkbaşına işğal edə bilməzdi. Yalnız xarici havadarlarının fitvası və dəstəyi ilə onlar Azərbaycanın əzəli torpaqlarını işğal ediblər. Onlar uduzduqlarını nə qədər tez başa düşsələr bir o qədər də onlara xeyirdir. Bölgədə işğala mütləq son qoyulacaq. Bu gün uzaqda deyil”.
  • Gürcü patriarxı-katalikos II İlya 24-26 noyabr 2005-ci il tarixində Tbilisi şəhərində “Xristianlıq həyatımızda: keçmişdə, indi, gələcəkdə” mövzusunda keçirilən II Beynəlxalq simpoziumda çıxışından: ermənilərin “Gürcüstanda erməni kilsələri” adı ilə nəşr etdiyi xəritə toplusunda Gürcüstanın 600-dən çox kilsəsi erməni kilsələri kimi verilib. Bu əsassız, yalan məlumatlara kəskin etirazımı bildirirəm.”
  • Gürcü professor, rəssam, yazıçı-publisist Vaja Vladimiroviç Kakabadze 2020-ci ildə Tbilisidə çıxan “Məkr, yalan və əxlaq” əsərində yazır: “Ermənilərin davranışı, həyat tərzi, ictimai münasibətlərinin mayasında duran hiyləgərlik, məkr, yalan, saxtakarlıq amillərinin real həyatımızdakı (keçmişimiz və günümüzün timsalında, gələcəyimiz qalıb Allah amanına) qanlı izləri qonşu Azərbaycanla yanaşı, Gürcüstanda və gürcü xalqında da eyni dərəcədə narahatlıq yaratmışdır.”

Həmin kitabın fəsilləri; “Ermənilərin qanlı izləri”, “Abxaziyada ermənilərin məkri”, “V.Ardzinbanın erməni memuarı”, “Samaçabloda (Sxinvali regionu) erməni hiyləsi”, “Azərbaycana, Gürcüstana və Rusiyaya qarşı ermənilərin iqtisadi təxribatı”, “Ermənilərin yalanı və əxlaqı”, “Hiylə və ya axmaqlıq”, “İlya Çavçavadzenin “Erməni alimləri və fəryad edən daşlar” kitabının qısa məzmunu”, “Erməni miflərinin ifşası”, “Erməni millətçiliyi”, “İnquşetiyada, Çeçenistanda və Dağıstanda gürcü pravoslav kilsəsinin himayəsində olan “erməni yazılarının” təhlükəsi və saxtakarlıq təklifi”…

  • Tarixçi David Merkviladze yazır: “Antik yunanların “ermənilər” adlandırdığı toplum “armene” antrotoponiminin daşıyıcılarıdır (“ərmənlər” qıpçaq tayfalarının bir qolu olub). Deməli, indiki Qərbi Azərbaycanın ərazisində yaranan Ermənistanın və bu ərazidə yaşayan “ermənilər” (özlərini “hay”, məskunlaşdıqları yeri “Hayastan” adlandırmaqla) tarixi-coğrafi, etnik-irsi keçmiş baxımından kökənli, yerli xalq yox, məhz bu yerlərə köçmüş, gəlmiş tayfaların xələfləridir. Qədim yunan mənbələri yazır: “hay tayfaları (“sürüsü”) e.ə. I minillikdə Balkan yarımadasının şimalından (Frakiyadan) Kiçik Asiya yarımadasına köçürülmüş, Şərqi Anadoluda, Cənubi Azərbaycanda və Qafqazda məskunlaşmışlar.”

“Erməni xalqının tarixi” (Tbilisi ş., “Universal” nəş., 2016, səh. 28, gürcü dilində) əsərində

müəllif bu kitabın “Ermənilərin qanlı izi” adı altında verilmiş 14-25-ci səhifələrində verdiyi çoxsaylı faktları belə yekunlaşdırır: “ermənilər” bütün dövrlərdə gürcü hakimlərinin etibarını qazanmaqla, Gürcüstanın ayrı-ayrı vilayətlərinə hücum etmişlər, qarşılarına çıxan dinc sakinləri-əhalini amansızlıqla qətlə yetirmişlər.”

  • Rus tarixçisi, qafqazşünas N.Q.Volkova “XIX-XX əsrlərdə Zaqafqaziyada etnik proseslər” məqaləsində (1969) yazır: “Gürcü pravoslav və erməni qriqoriyan xristianları arasındakı ayrılmaya 495-ci ildə keçirilmiş Xalkidon məbəd yığıncaqında, “erməni” keşişlərinin 506-cı ildə Dvin (Qərbi Azərbaycanda, Vedibasar mahalında Dəbil (“dəbilqə”, “baş hissə” mənasını verən toponim) şəhərinin haylar tərəfindən dəyişdirilmiş adı) hay keşişi Avraam demişdir: “Ermənilərdən hər kim gürcülərlə münasibət yaradarsa bədəni, ruhu və həyatı ilə lənətlənmiş hesab ediləcəkdir.”

Özgə adlarını, dillərini, əfsanələrini və s. özlərininki ilə əvəz etmək, onlara torpaqlarında yer vermis birgə yaşadığı qonşulara xəyanət lap qədim zamanlardan ermənilərin adi adəti imiş. "Adət isə adamın ikinci xasiyyətidir". Gürcülər həmişə soyadlarını dəyişimiş ermənilərdən əzab, əziyyət çəkmiş, xəyanət görmüşlər. Tarixdən daha bir neçə fakt; Gürcü çarı III Georqi sağ cinahı hay mənşəli İvan Mxarqrdzeliyə etibar etmişdi, o da həmcinsi Karapet Korqanaşvili ilə birlikdə Rusudanın hakimiyyəti illərində 1225-ci ildə Cəlaləddinin 200 minlik ordusuna qarşı mübarizədə onların xəyanətləri nəticəsində türklərin məskun olduqları Cavaharli, Əhəlkələk və Məshəti mahallarından olan döyüşçüləri xəyanətlə məğlubiyyətə uğratmış, 4 min əsgərin həlak olması ilə sonda Tiflis şəhərinin qala qapılarını da açıb şəhəri oda qalatmışdır. Gürcü tarixində bu səhifə 1225-ci ilin Qarni döyüşü kimi qalmışdır.”

*İ. Q. Çavçavadze “Erməni alimləri və fəryad edən daşlar” əsərini bu cümlələrlə bitirir: “Daşlar fəryad edir”, düz deyilmi, cənab erməni alimləri, savadlıları! Fəryad etməyə fəryad edirlər, lakin "qulağınızın qapılarını onlar üçün siz bağlamısınız!”…Ermənilərin, hətta pambığı guruldamalıdır, gürcülərin isə fındığı da səs salmamalıdır.  Məgər ermənilərin hər tərəfə dağılması bizim üçün faydalıdır? Qoy qadir Allah onlara qüvvət, hamısına birləşmək bacarığı versin. Lakin qoy kələk gəlməsinlər, bizi özümüzdən məhrum eləməyə çalışmasınlar və bizim adımızı alçaltmaqla özlərini tərifləyib göyə qaldırmağa və şöhrətləndirməyə cəhd göstərməsinlər. Biz sizə sığınacaq verdik, sizi saxladıq və sizinlə qardaşlaşdıq. Bizimlə öz evimizdə düşmən kimi rəftar etməyin! ...Ermənilər heç vaxt yaşamadıqları yerlərdə yuva qurmağa çalışır və hamını buna inandırmağa can atırlar". Ermənilərin naşükürlüyündən dəhşətə gələn Akaki Sereteli isə bunları yada salırdı: "Gürcü çarlarının ermənilərə yazığı gəlib, onları ticarətlə məşğul olmaq üçün Gürcüstanın müxtəlif guşələrində yerləşdirdilər, onlara hətta şəhərlər verildi. Gürcülər isə çoxsaylı düşmənlərlə müharibədən yorulub geri qayıtdıqda təəccüblə gördülər ki, onların evləri "qardaş" dedikləri ermənilər tərəfindən zəbt olunub. Üzr istəmək əvəzinə isə onlar qışqırıb bağırırlar: "Siz kimsiniz, haradan gəlmisiniz? Siz burada nə vaxt yaşamısınız? Bu torpaq həmişə bizim olub!" Sübut üçün isə elə gürcü kilsələrini, məbədlərini göstərirdilər. Orada isə artıq gürcü yazılarını pozub ermənicə yazmışdılar". 

Hacı Nərimanoğlu