İb­ra­him­xə­lil xan  

Qa­ra­bağ xa­nı  İb­ra­him­xə­lil xan Ca­van­şir Azər­bay­can ta­ri­xin­də məx­su­si ye­ri olan müdrik si­ya­sət­şi, şüca­ət­li dövlət xa­di­mi olub. Müa­sir­lə­rin­dən ve­ri­lən aşa­ğı­da si­tat­lar da bu­na sübut­dur.

Məş­hur “Qa­ra­bağ­na­mə” müəl­lif­lə­rin­dən bi­ri Mir­zə Adıgö­zəl bəy Qa­ra­ba­ği ya­zır­dı: “Mər­hum İb­ra­him­xə­lil xan pad­şah ad­lan­ma­sa da, onun cah-cə­la­lı müa­si­ri olan İran pad­şah­la­rın­dan da­ha çox idi. Vi­la­yət­lə­rin xan­la­rı və xan­za­də­lə­ri hə­mi­şə gözəl xa­siy­yət­li xan cə­nab­la­rı­nın hüzu­run­da qo­naq olar­dı­lar”.

Rus ali­mi, pro­fes­sor P.İ.Ko­va­lens­ki “Gürcüstan haq­qın­da qeyd­lər” əsə­rin­də Qa­ra­bağ xa­nın­dan be­lə söz aç­mış­dı: “İb­ra­him­xə­lil xan Şu­şa­nı elə bir qo­çaq­lıq, cə­sa­rət­lə müda­fiə edir­di ki, onun adı bütün İran­da və Ru­si­ya im­pe­ra­tor sa­ra­yın­da məş­hur­laş­mış­dı. Öz qüvvə­ti, qo­çaq­lı­ğı və zən­gin­li­yi ilə İb­ra­him­xə­lil xan çox­dan şöhrət qa­zan­mış­dır”.

Mil­li ta­rixşü­nas­lı­ğı­mı­zın ba­ni­si Ab­bas­qu­lu ağa Ba­kı­xa­nov   “Gülüsta­ni-İrəm”də ya­zır: “İb­ra­him­xə­lil xan hünər­li, əda­lət­li, bərk ürək­li və sa­də rəf­tar­lı bir hökmdar idi”.

So­vet və mil­li ta­rixşü­nas­lı­ğı­mız­da, bir sı­ra bə­dii əsər­lər­də (Sə­məd Vur­ğu­nun “Va­qif” dra­mı) İb­ra­him­xə­lil xan haq­qın­da ta­ri­xi ger­çək­lik­dən uzaq uy­dur­ma­lar baş alıb ge­dib, re­al ta­rix­dən xə­bər­siz audi­to­ri­ya­da mən­fi ob­ra­zı ya­ra­dı­lıb. Xüsu­si­lə, onun Ağa­mə­həm­məd  şah Qa­ca­rın Şu­şa­ya hücu­mu ərə­fə­sin­də şə­hə­ri tərk et­mə­si­nin sə­bə­bi düzgün ya­zıl­mır. Ta­rix­çi Şə­fi­qə Hə­mi­do­va “XVI­II əs­rin ikin­ci ya­rı­sın­da Azər­bay­can–Gürcüstan müna­si­bət­lə­ri ta­ri­xin­dən” ad­lı mo­noq­ra­fi­ya­sın­da bu mə­sə­lə­yə ay­dın­lıq gə­ti­rə­rək, ta­ri­xi mən­bə­lə­rə is­ti­nad­la ya­zır ki, Qa­ca­rın Şu­şa­ya ikin­ci hücu­mun­da İb­ra­him­xə­lil xan ya­xın­la­şan düşmən­lə vu­ruş­maq üçün 200 nə­fər­lik dəs­tə­si­lə Şu­şa qa­la­sın­dan çı­xır, düşmə­nin qa­baq süva­ri­si­ni ge­ri otur­dur. An­caq bu döyüşdən son­ra Şu­şa qa­la­sı­na qa­yı­da bi­lir, çünki qar­da­şı oğ­lu Məm­məd bəy Ca­van­şi­rin xa­in dəs­tə­si və bə­zi bəy­lər qa­la dar­va­za­la­rı­nı içə­ri­dən bağ­la­mış­dı­lar. Qa­la­ya gi­rə bil­mə­yən İb­ra­him­xə­lil xan aşa­ğı enib, Xan­kən­di­də­ki əh­li-əya­lı­nı, ya­xın qo­hum­la­rı­nı da götürüb, Şu­şa­dan uzaq­la­şıb əla­və qüvvə al­maq üçün Ba­la­kə­nə qay­nı­nın ya­nı­na ge­dir. Bun­dan əv­vəl isə at il­xı­sı şah or­du­su­nun əli­nə keç­mə­sin de­yə da­ha eti­bar­lı ye­rə sürdürür.

Ağa Mə­həm­məd şah 1795-ci il  iyul və av­qust ay­la­rın­da 85 min­lik qo­şun­la Ara­zı ke­çib Qa­ra­ba­ğa yürüş et­miş, Şu­şa­nı üzük qa­şı ki­mi müha­si­rə­yə al­mış­dı. Qa­car 3 də­fə hücum edib qa­la bürclə­ri­nin bi­ri­ni da­ğıt­mış, 33 gün Şu­şa­nı müha­si­rə­də sax­la­mış­dı. İb­ra­him­xə­lil xa­nın qo­şu­nu və hət­ta qa­dın­lar da mərd­lik­lə döyüşmüşdülər. Par­ti­zan dəs­tə­lə­ri isə şah or­du­su­na qə­nim kə­sil­miş­di. Şa­hid­lər ya­zır­lar ki, qa­dın­lar hündür, sıl­dı­rım qa­ya­lıq­lar­dan daş­la­rı şah qo­şun­la­rı­nın ba­şı­na yağ­dır­mış­dı­lar. İb­ra­him­xə­lil xa­nın müdrik, adil, qorx­maz hökmdar ol­du­ğu­nu Ağa Mə­həm­məd şah Qa­ca­rın Şu­şa­ya hücu­mu za­ma­nı yaz­dı­ğı mək­tub­la­ra ca­vab­la­rın­da, son­ra da onun nə­şi­ni əsl müsəl­man ola­raq uzaqgö­rən­lik­lə, düşmən də ol­sa, eh­ti­ram­la Teh­ra­na yo­la sal­ma­sın­da təs­di­qi­ni ta­pır. Şah tə­ləb edir­di ki, böyük oğ­lu Mə­həm­məd­hə­sən ağa­nı onun ya­nı­na gi­rov­lu­ğa göndər­sin və müəy­yən miq­dar­da ver­gi ver­sin. İb­ra­him­xə­lil xan bu əm­ri rədd edə­rək ca­vab mək­tu­bun­da yaz­mış­dı: “Göndər­di­yim gi­rov əmim oğ­lu Əbdüs­sə­məd bəy və Mir­zə Və­li Ba­har­lı şah sa­ra­yın­da  günah­sız öldürüldüyü üçün bir da­ha heç kə­si göndər­mə­yə­cə­yəm. Ver­gi mə­sə­lə­si­nə gə­lin­cə, atam Pə­na­hə­li xan ölən­də bir kim­sə­yə ver­gi ver­mə­mə­yi mə­nə və­siy­yət et­miş­dir”/

Mir­zə Ca­mal ya­zır: “İb­ra­him xan qə­rib­se­vən, qo­naq­pər­vər, ye­tim­lə­rə kömək edən, rə­iy­yət­pər­vər, qey­rət­li, safü­rək­li, çörək­li, eh­san sa­hi­bi və ənam pay­la­yan idi. Se­yid­lə­rə, fa­ğır­la­ra sə­də­qə və nə­zir ve­rir­di. Alim­lə­rə hörmət edər­di.”

İb­ra­him­xə­lil xan və­ziy­yə­ti düzgün qiy­mət­lən­di­rib xan­lı­ğı, dinc əha­li­ni, qo­şun­la­rı­nı labüd it­ki, da­ğın­tı, fa­ciə­lər­dən də­fə­lər­lə qo­ru­muş­du. Oğ­lu Əbül­fət xa­nı mək­tub­la 1796-cı il­də güclü qo­şun­la Qa­ra­ba­ğa hücu­ma ha­zır­la­şan V.A.Zu­bo­vun ya­nı­na göndə­rib onu sülhə ra­zı­laş­dır­mış­dı. Hə­lə gənc yaş­la­rın­dan ata­sı Pə­na­hə­li xan­la bir­lik­də Na­dir şah Əf­şa­rın hər­bi yürüşlə­rin­də iş­ti­rak edib, zən­gin döyüş təcrü­bə­si, bi­li­yi al­mış­dı.  Kürək­çay müqa­vi­lə­si ilk ba­xış­dan Qa­ra­bağ xan­lı­ğı­nın müstə­qil­li­yi­nin sax­la­nıl­ma­sı görüntüsü ya­rat­sa da, əs­lin­də bu sə­nə­din im­za­lan­ma­sı həm İb­ra­him­xə­lil xan, həm də onun xan­lı­ğı üçün ağır nə­ti­cə­lə­rə gə­ti­rib çı­xar­dı. Məğ­rur, əx­laq­lı müsəl­man-türk xa­rak­ter­li Xan sözü bütöv in­san idi, baş­qa­la­rı­nı da elə bi­lir­di, ya­na­şı im­za qoy­du­ğu sömürgə­çi çar ge­ne­ral, za­bit, mə­mur­la­rı isə məkr­li ni­yət­lə­ri­ni çox tez büru­zə ver­di­lər.

1806-cı ilin yaz fəs­lin­də iran­lı­lar ye­nə də Qa­ra­ba­ğa yürüş et­mə­yə ha­zır­la­şır­dı­lar. Tez-tez İb­ra­him­xə­lil xa­nın ya­nı­na şa­hın  el­çi­lə­ri gə­lir, vəd­lər və ümid­lər­lə onu öz tə­rə­fi­nə çək­mək is­tə­yir­di­lər. Hər də­fə iran­lı­lar­la görüşünü İb­ra­him­xə­lil xan iş­ğal­çı rus hər­bi bir­li­yi­nin rəh­bə­ri ma­yor Li­sa­ne­vi­çə bil­di­rir­di. Müha­ri­bə­nin qar­şı­sı­nı al­maq üçün İb­ra­him­xə­lil xan ba­car­dıq­ca iran­lı­lar­la müla­yim hə­rə­kət et­mə­yə ça­lı­şır­dı. Di­gər tə­rəf­dən, məh­su­lun ye­tiş­mə­si və yı­ğıl­ma­sı dövrü ya­xın­laş­dı­ğın­dan xan Qa­ra­ba­ğı müha­ri­bə mey­da­nı­na çev­ril­mə­si­nə ma­neə ol­ma­ğa ça­lı­şır­dı. İran qo­şu­nu Şu­şa qa­la­sı­na doğ­ru hə­rə­kət edir,  İb­ra­him­xə­lil xan ailə­si­nin təhlü­kə­siz­li­yi­ni qo­ru­maq üçün Şu­şa­dan 12 ki­lo­metr ara­lı­da olan Xan ba­ğın­dan köçüb şə­hə­rin 4 ki­lo­metr­li­yin­də Qa­ra­qa­ya ad­lı ye­rə gə­lib düşər­gə sa­lır.

Ge­cə ma­yor Li­sa­ne­viç az say­da qo­şun­la Şu­şa­dan çı­xıb xa­nın düşər­gə­si­nə hücum et­di. Xan ça­dır­dan çı­xıb ma­yo­ru gördü: “- Ge­cə­nin bu vax­tın­da nə ha­di­sə üz ver­miş­di­r?” - de­yə su­al ver­di. La­kin na­haq qan tökmə­yə adət et­miş Li­sa­ne­viç heç bir sor­ğu et­mə­dən ça­dır­la­ra atəş aç­maq üçün sol­dat­la­ra əmr et­di. Ça­dır­da olan­lar­dan 17 nə­fə­ri öldürüldü. Ölən­lər içə­ri­sin­də İb­ra­him­xə­lil xan­dan baş­qa ar­va­dı Tu­ba xa­nım, qı­zı Səl­tə­nət bə­yim, 12 yaş­lı oğ­lu Ab­bas­qu­lu ağa, Kə­bir­li bəy­lə­rin­dən iki nə­fər qo­naq və baş­qa­la­rı var idi. 12 iyun 1806-cı il idi. 85 yaş­lı İb­ra­him­xə­lil xan 1763-cü il­dən bə­ri 43 il idi ki Xan­lıq edir­di.

Bu qət­li­am II Ni­ko­lay və onun 11 nə­fər­lik ailə üzvlə­ri­nin 1918-ci ilin iyu­lun 16-dan 17-ə ke­çən ge­cə Ye­ka­te­rin­burq­da qır­mı­zı bol­şe­vik­lər tə­rə­fin­dən güllə­lən­mə­si­ni xa­tır­la­dır.

Ma­yor Li­sa­ne­vi­çin in­san­lıq­dan uzaq, şə­rəf­siz xə­ya­nə­ti ilə  sa­kit, dinc hə­yat ke­çi­rib iba­dət­lə məş­ğul olan, ömrünün qürub günlə­ri­ni  ya­şa­yan ahıl yaş­lı İb­ra­him­xə­lil xa­nın ailə üzvlə­ri ilə bir­lik­də çox böyük aman­sız­lıq­la qət­lə ye­ti­ril­mə­sin­dən son­ra  ma­yor Li­sa­ne­vi­çin ko­man­dan­lı­ğı ilə rus hər­bi his­sə­si xan ba­ğın­da yer­ləş­di, bir qə­dər­dən son­ra bu hər­bi­ləş­miş dəs­tə  Şu­şa şə­hə­ri­nə köçürüldü. Hə­min qan­lı və fa­ciə­li ge­cə­də Meh­di­qu­lu ağa və Cə­fər­qu­lu ağa Şu­şa­da idi­lər. Bu ha­di­sə şu­şa­lı­la­rı və bütün Qa­ra­bağ­lı­la­rı qə­zəb­lən­dir­di, eti­raz­la­ra sə­bəb ol­du.

La­kin Meh­di­qu­lu xan (1772-1845) xal­qı sa­kit­ləş­di­rib de­di: “Höku­mət özü müqəs­sir­lə­ri cə­za­lan­dı­ra­caq”. An­caq xal­qın na­ra­zı­lı­ğı və çox­lu şi­ka­yə­ti nə­ti­cə­siz qal­dı. İb­ra­him­xə­lil xan ça­riz­min qəd­dar müstəm­lə­kə­çi­li­yi­nin qur­ba­nı ol­du. Bu qət­li­am­dan son­ra Li­sa­ne­vi­çin və­zi­fə­si və hər­bi rütbə­si san­ki müka­fat­lan­dı­rı­lır ki­mi ar­tı­rıl­dı.

İb­ra­him­xə­lil xan qu­rub ya­ra­dan, özündən son­ra Şu­şa, Qa­ra­bağ­da zən­gin irs qo­yan xan olub. Onun hökmran­lı­ğı dövründə Şu­şa­da in­şa edi­lən Gövhər ağa məs­ci­di, 2,5 km uzun­lu­ğun­da qa­la di­var­la­rı, kümbəz­lər, Əs­gə­ran qa­la is­teh­ka­mı, Ağ­da­mın bağ ha­sar­la­rı, Xan­kən­di, Xan bağ­la­rı, kar­van­sa­ra, çox say­da di­gər bi­na­lar bu gün də mə­də­ni, ar­xi­tek­tur, mülki əhə­miy­yə­ti­ni qo­ru­yub sax­la­yır.