Məşhurlar və səyyahlar Şuşa haqqında  

2020-ci il sentyabrın 27-də başlanıb 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu  erməni silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhərini azad edib 28 il sonra yenidən Azərbaycana qovuşdurdu.

2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub, 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib,  Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 2023-cü il üçün Şuşanı “Türk dünyasının mədəniyyət paytaxtı” seçib.

Şuşanın tarixi, mədəniyyəti, bu günü barədə bir çox tanınmış siyasi, dövlət xadimləri, məşhur elm, sənət xadimlərinin, səyyahların, eləcə də ötən əsrlərdə çıxan qəzet, jurnalların səhifələrində yayılmış xeyli dəyərli fikirlər vardır.

Onlardan bir hissəsini təqdim edirik.

 ****

 Məşhurlar Şuşa haqqında

 

“Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

 Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur “.

 Ümummilli lider Heydər Əliyev

  “Şuşa şəhəri işğaldan 2020-ci il noyabrın 8-də azad edilmişdir. Şuşa şəhərini azad etmək böyük qəhrəmanlıq tələb edirdi. Şuşaya gələn hər bir insan bu sıldırım qayalara baxarkən görür ki, bu şəhəri, alınmaz qala sayılan şəhəri götürmək, azad etmək böyük qəhrəmanlıq, peşəkarlıq, şücaət, fədakarlıq tələb edir. Qəhrəman Azərbaycan əsgərləri qan tökərək, şəhid olaraq, sıldırım qayalara dırmaşaraq, demək olar ki, yüngül silahlarla, əliyalın Şuşanı düşmənin əlindən aldı və Azərbaycan bayrağını ucaltdı.

Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

“Bu gün təbii ki, fərqli bir həyəcanın, hisslərin içindəyik. Allaha şükür olsun ki, daha əvvəl verdiyimiz sözümüzü bu gün yerinə yetiririk. Qırx dörd günlük məlum müharibənin nəticəsində Qarabağ, Şuşa, çox şükürlər olsun ki, sahiblərinə qovuşdu və erməni zülmündən, erməni işğalından azad edildi.

Hazırda arxa fonda görünən bina, əslində, erməni zülmünün təəssüf ki, bu şah əsərləri nə hala gətirdiyinin bir ifadəsidir. Qardaşım da fon olaraq mətbuat konfransı üçün olduqca anlamlı bir yer seçib. Bir tərəfdə valilik binası, o biri tərəfdə də təəssüf ki, ermənilərin, necə deyərlər, yerlə-yeksan etdikləri bir bina...”

Rəcəb Tayyib Ərdoğan, Türkiyə  Prezidenti

 «Şuşа qаlаsı Cənubi Qаfqаzın gözəl və bаsəfа şəhərlərindən birisi hеsаb оlunurdu və ахır vахtlаrdа аrtıq sürət ilə аbаd оlmаğа üz qоymuşdu. İçində çох gözəl imаrətlər yаpılmışdı. Yаy fəslində аltmış-yеtmiş minə qədər nüfus bu şəhərə cəm оlurdu, çünki Şuşаnın аbı hаvаsı хеyli sаf və sаlаmаt оlmаğа görə, yаylаq mənzələsindəndir».

Firudin bəy Köçərli, ədəbiyyatşünas

«Ucа dаğ bаşındа, mədəniyyət mərkəzlərindən və dəmir yоlundаn uzаq, lаçın yuvаsınа bənzər хırdаcа bir şəhər düşübdür. Dаğın sаğ və sоl ətəklərindən köpüklənərək sürətlə ахаn iki çаy, ахırdа iki mеhribаn qаrdаş kimi birləşib ахаrаq, düzlərdə yаşаyаn əhаlinin bаğlаrını, əkinlərini sirаb еdirlər. Şəhər tаmаm qışı və bаhаrın yаrısını qаrа, dumаnа bürünmüş kеçirib; ахırdа bu qаrа çаdırşəbi аtıb gözəl bir nаzənin sənəm tək sürətinin pаrıltısını аləmə sаlıb, tаmаm yаy istirаhəti аrzusundа оlаn isti yеrlər əhаlisini öz аğuşunа cəlb еdir. Ətrаfı səfаlı mеşələr, sərin bulаqlаr, hаvаsı məsum uşаq qəlbi tək ipək. Bu şəhərin ömrü bir еlə uzun dеyilsə də, tаriхi bir şəhərdir. Burаyа хаnlаr, bəylər, həttа şаhzаdələr gəlib-gеdirlər. Burаdа pаdşаh bаşı kəsilib, təpiklərdə pаymаl оlub. Аbu hаvаsının şаirəliyi əhаlisinin təbiətinə də sirаyət еtdiyi üçün, о şəhər məşhur şаirlərin, ədiblərin, musiqişünаslаrın, хаnəndələrin mədəni оlmuşdur».

Əbdürrəhim bəy Hаqvеrdiyеv,  yazıçı, dramatuq

 «Dаğ bаşındа yаzı-yаyı yаşıllığа, pаyızı-qışı dumаnа və qаrа bürünmüş bir şəhər təsəvvür еdiniz. Bu mənim şəhərimdir. Оnun tаriхi çох qədim dеyildir: iki əsr əvvəl Pənаhхаn Cаvаnşir və Оtuziki аdlı еlləri ilə bu yеrə gəlib, şəhər sаlır, ətrаfınа qаlа tikdirib оturur. Аdı Pənаhаbаd, yа Şuşа qаlаsıdır. Yеni хаnlıq, Qаrаbаğ хаnlığı mеydаnа çıхır. Аrаz çаyınа qədər hökmü yеriyən bu хаnlıq bütün İrаn şаhlаrının hücumunа bахmаyаrаq, çаr istilаsınа qədər müstəqil оlаrаq yаşаyır…».

Yusif  Vəzir Çəminzəminli, yazıçı

 “Şuşada Qafqazın başqa yerlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Romadakıları xatırladan gözəl hamamlar var. Bütün bunlar onun qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir”.

Robert Burter, ingilis səyyahı

 “Əgər oxumursansa, deməli, şuşalı deyilsən”.

 Sergey Yesenin, rus şairi.

 

“Şuşa Qarabağ  xanlığının baş şəhəridir, olduqca yaxşı möhkəmləndirilmiş bir yerdir Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir. Onu iki tərəfdən çılpaq qayalar, digəriki tərəfdən isə tikililər, divarlar və qüllələr qoruyur. Şuşa şəhəri Zaqafqaziyanın mənini olduğum digər şəhərlərindən tamamilə fərqlənir. Yalnız ötəri baş çəkdiyim İrəvan. Naxçıvan və Yelizavetpol özlərində Şərqin xarakterik əlamətlərini yaşadır. Bu şəhərlərdə evlər azdır, alçaqdır, əksəriyyəti torpaqdan və kərpicdən tikilmişdir və ətrafdakı bağların yaşıllıqları arasında itib-batan nadir pəncərələri və alçaq taxtapuşları ilə fərqlənir.

Şuşa üzərində yerləşdiyi sıldırım qayaların daşlarından tikilmişdir. Küçələrə hər yerdə böyük sal daşlar döşənmişdir. Evlərin damları nazik taxtadan -Avropasayağı düzəldilmişdir.”

 Vasili Vereşşagin, rus rəssamı

 

1843-cü ildə Şuşada yol yoldaşım cənab Aderkas Qarabağlı İbrahimxəlil xanın nəvəsi, general-mayor Cəfərqulu xan Cavanşirə təqdim edilmişdi və onun tərəfindən çay süfrəsinə dəvət olunmuşdu. O, burada Şərq və Avropa adət-ənənələrinin və həyat tərzinin qəribə  qarışığını gördü. Ev görünüşünə görə Şuşada varlı tatarların (azarbaycanlıların) evlərindən heç nə ilə fərqlənmirdi, lakin içəridə bütün Avropa rahatlığına xas qaydaya salınmış zal var idi, divarlarda güzgülər, tavanda çil-çıraqlar, divarların önündə  bahalı qırmızı taxtadan düzəldilmiş mebel, divanlar, kreslolar, stollar, stullar... Divarlara divar kağızı çəkilmiş, rəsmlərlə  bəzədilmişdi, bir sözlə, bütün əşyalar Avropa səliqəsi və dəbdəbəsində idi. Xan cənab Aderkası və başqa avropalıları Avropa qaydası ilə qəbul etdi. O, gözəl, boy-buxunlu, nəcib və əsilzadə siması ilə adamı cəlb edən, məğrur görkəmli, qeyri-adi qüvvəyə malik bir kişidir. Onlar çay süfrəsi arxasında oturdular. Şərqli qonaqlar da gəldilər, öz adətlərinə görə divanda bardaş quraraq yayxanıb, tənbəki çəkir, çay içirdilər və söhbətdə yalnız, onlara sual verəndə iştirak edirdilər. Xidmətçilər Avropa livreyalarında (xüsusi biçimli zərbaftalı paltar) çay, pirojna, mürəbbə, şərbət və dondurmu verirdilər. Başqa xidmətçilər tatar paltarları və çərkəzi çuxa geyinmişdilər. Musiqili bahalı Vyana saatı frenelladan uvertüra çalırdı. Cəfərin zəngin hərəmxanası və çoxlu uşağı var, lakin qonaqlar onları görmədilər".

Baron Fon Qatsqauzen, alman səyyahı

 

“Şuşanın görünüşü orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipək-barama alverində üstün mövqeyə malikdirlər, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticarət əlaqəsi saxlayırlar”. 1903-cu ildə Tiflisdə nəşr olunmuş “Vestnik Kavkaza” jurnalının 43-cü səhifəsi.

 

 “Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Bura hər tərəfdən dəstə-dəstə adam axışıb gəlməkdədir”. “Qafqaz” qəzetinin icmalçısı;  24 may 1868-ci il tarixli buraxılış.

“Şuşa Yelizavetpol quberniyasının qabaqcıl şəhərlərindəndir. O, ticarətdə və gözəllikdə Tiflislə rəqabət aparır. Yelizavetpol əyalətində yaşayan 625 min 599 adamın 24 min 522 nəfəri Şuşanın payına düşür”.  İ.Drozdov,

“Kavkazski sbornik” 1882-ci il, kitabının II cild, 457-ci səhifəsi.

 

 "Şuşada Qafqazın başqa şəhərlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var. Bütün bunlar onun qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir". 

İngilis səyyahı Robert Burter.

“1752-ci ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu. Şuşa qalasının inşasında ətraf kəndlərin əhalisi, mahalların bəyləri, yaxın-uzaq ellərin başçıları bir yerdə çalışaraq beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər. Şuşa qalasının divarlarından nə top gülləsi də keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi.Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb Şuşa şəhərinə gətirdi, onlara burada yer verdi... Şuşanın məhəllələri isə bunlardır: Mehrili, Qazançılı, Əylisli, Çiləbörd, Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifti, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası.

Mirzə Yusif Nersesov Qarabaği (erməni), “Tarixi-Safi”(1853-cü il)

“Mən dəfələrlə demişəm ki, Ermənistanla  Azərbaycan arasında nəinki sülh sazişinin, həm də bütün əlaqələrin – iqtisadi, mədəni və ümumiyyətlə, dostluq əlaqələrinin qurulmasının tərəfdarıyam. Ermənistan və Azərbaycan iki kiçik respublikadır, əlbəttə, onlara mehriban qonşuluq münasibətləri gərəkdir. Mənə elə gəlir ki, son nəticədə hər şey buna doğru gedir. Ermənistan tərəfi etiraf etməlidir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Bunu dərk etməsək heç nə alınmayacaq. Vəziyyətin incəliyi ondan ibarətdir ki, Ermənistan faktiki olaraq heç vaxt rəsmi səviyyədə bu faktı inkar etməyib. Paşinyan bu yaxınlarda hətta az qala açıq şəkildə bildirib ki, Qarabağ heç zaman ermənilərin olmayıb. Rusiya da inkar etmir ki, Qarabağ Azərbaycanın bir hissəsidir. De-fakto nə varsa, de-yure təsdiq edilməlidir. Ermənilərə bununla barışmaq lazımdır”.

Erməni əsilli rusiyalı rejissor Karen Şahnazarov. [1]

 Şuşa  üç tərəfdən tamamilə alınmazdır. O, daş qayalıqlarla əhatə olunmuşdur. Qayaların aşağısında daşların arası ilə tez süzülüb gedən çay axır. Ora çıxmaq üçün yalnız bir tərəfdən yol vardır. Bu tərəf divarla möhkəmləndirilə bilər. Digər tərəf isə təbiət tərəfindən qorunur. Dağın zirvəsində düzənlik mövcuddur ki, onun dairəsini qət etmək üçün iki saat piyada getmək lazımdır. Həmin yerdə şəhər tikmək və onu cəsur döyüşçülərlə məskunlaşdırmaq mümkündür. 

Daha sonra əsərdə Şuşa qalasının əsasının qoyulması təsvir olunur: «Böyük silahlı dəstə ilə müşayiət olunan Pənah xan Vərənd məliyi və Cümşüdlə şimala gedəndə dağ silsiləsini aşaraq yuxarı və yuxarı dırmaşdılar. Onların qarşısında meşə və mamırlara bürünmüş sıldırım qayalar yüksəlirdi. Təxminən 7 verst yolu qət etdikdən sonra onlar yüksəkl iyin ən yuxarı nöqtəsində böyük bir düzənliyə çıxdılar. Bu düzənlikdən vadinin ən uzaq nöqtələrində yerləşmiş kəndləri, zəngin üzüm bağlarını, meşələrlə örtülmüş dağları seyr etmək mümkün idi. Bütün bunlar o qədər kiçik görünürdü ki, onlar dünyanın ən kiçik əşyaları təsəvvürünü yaradırdı. Üç tərəfdən bu düzənliyin alınması mümkün deyildi.Çünki ora sərt qayalarla dövrələnmişdi və bu yerə yalnız şimal tərəfdən çıxmaq mümkün idi.

 – Budur,- deyə ərazini diqqətlə gözdən keçirən Pənah xan dilləndi.- Qalanın tikilməsi üçün ən münasib yer. Məlik, siz bu yeri mənə verməyə razısınızmı? – Ancaq,məlik dilləndi,- bura çox genişdir. – Üç tərəfdən möhkəmləndirilməsi tələb olunmur, dördüncü tərəfdən isə divar və bürclər ucaldarıq və onların üstündən yaxınlaşmağa cəsarət edən ötkəmləri darmadağın edərik. – Yaxşı, mən razıyam. Elə sabah qalanın əsasının qoyulmasına başlarıq. – Əlbəttə, payızın sonuna isə bu yeni şəhərə köçmək olar. – Bəs, biz onu necə adlandıraq? – Buradan necə gözəl mənzərə görünür. Bütün ətraf sanki şüşədə görünən kimi görünür. Yeni qalanı Şuşa adlandırarıq. – Necə də gözəl addır.

Çalışacağam ki, bu qalanın layiqli sahibi olum. Hamı atdan yerə düşdü və bir neçə daş götürərək təpəciklərin birinin üzərinə topladılar. Pənah xan onun üstünə qalxaraq təntənəli səslə dedi: – Qoy Allah yeni yaradılan qalaya öz xeyir-duasını göndərsin, qoy, o, Gülüstanın gülü kimi, peyğəmbər həyətinin cənnət ağacı kimi çiçəklənsin, qoy nə vaxtsa bütün Qarabağın mərkəzi olsun və ecazkar hadisələrlə məşhurlaşsın. Qoy ətraf hakimlər yeni qalanın əzəməti qarşısında baş əysinlər və onun düşmənləri kül kimi yox olsun… Bu sözləri deyəndən sonra o, əlini alnına qoyub sonra yerə toxundurdu, bir ovuc torpaq götürüb toplanmış daşların üstünə səpdi. Hamı onun elədiyini təkrarladı.

https://1905.az/məhəllə-adlari-da-susanin-azərbaycanlilarin-səhəri-kimi-formalasdigini-subut-edir/

Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı «Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur» komediyasının  qəhrəmanı - prototipi Qarabağ xalçalarındakı təbii rənglərin sirrini, mənbəyini, florasını öyrənmək, elmi araşdırmalar aparmaq üçün Qarabağa gəlmiş Fransa Kral Akademiyasının üzvü təbiətşünas botanist Müsyö Aleksis Jordan (1814-1897) idi.  M.F.Axundov bu fransız alimi ilə Tiflisdə şəxsən tanış olmuş və onun 1848-ci ildə Qarabağın Təklə-Muğanlı elinin mülkədarı Hətəmxan ağa ilə əhvalatını da eşidib qələmə almışdı. Xatırladaq ki, bu komediyanı müəllif özü rus dilinə çevirib 1851-ci ildə “Qafqaz” qəzetində çap etdirmişdi. Bu əsər o qədər populyar olmuşdu ki,  elə həmin il Sankt-Peterburqda, 1852-ci ildə Tiflisdə, 1883-cü ildə isə Naxçıvanda tamaşası göstərilmişdi.

1752-ci ildə Pənah xan xoş bir gündə Şuşa şəhərinin təməlini qoydu. Şuşa qalasının inşasında ətraf kəndlərin əhalisi, mahalların bəyləri, yaxın-uzaq ellərin başçıları bir yerdə çalışaraq beş arşın hündürlüyündə, iki arşın enində bir divar hördülər. Şuşa qalasının divarlarından nə top gülləsi də keçməzdi. Çünki divar daş və əhənglə bərkidilmişdi.Şuşa şəhəri bina olandan sonra Pənah xan Şahbulaq qalasının əhalisini, bəzi Qarabağ və başqa kənd adamlarını köçürüb Şuşa şəhərinə gətirdi, onlara burada yer verdi...Şuşanın məhəllələri bunlardır: Mehrili, Qazançılı, Əylisli, Çiləbörd, Dərə, Aşağı məhəllə, Qurdlar, Culfa, Quyuluq, Çuxur məhəllə, Hacı Yusifti, Merdinli, Cuhudlar, Saatlı, Mamayı, Xoca Mərcanlı, Çölqala və Hamamarası.

Mirzə Yusif Qarabaği  (1798-1864),  erməni, «Tarixi-Safi» əsəri, 1853-cü il

Hazırlayan:       Hacı Abdulla