Pənahəli xan - Qarabağ xanlığının qurucusu

1747-ci il­də Na­dir şah Əf­şa­rın qur­du­ğu nə­həng im­pe­ri­ya­nın da­ğıl­ma­sın­dan son­ra va­hid dövlə­tin par­ça­lan­ma­sı baş­lan­dı və bu, Azər­bay­can­da xan­lıq­la­rın ya­ran­ma­sı­na sə­bəb ol­du. Qa­ra­bağ xan­lı­ğı öz əra­zi­si­nə, tə­bii şə­rai­ti­nə görə da­ha üstün mövqe­yə ma­lik idi.

Bu xan­lıq Azər­bay­can əra­zi­si­nin xey­li his­sə­si­ni əha­tə edir­di. Onun sər­həd­lə­ri Araz­dan Göyçə gölünə­dək, Tər­tər ça­yın­dan bütün düzən­lik və dağ­lıq Qa­ra­ba­ğı, Zən­gə­zur, Bərgü­şad ma­hal­la­rı­nı əha­tə et­mək­lə Meh­ri, Ta­tev, həm­çi­nin Si­sia­na qə­dər uza­nır­dı. Qa­ra­bağ xan­lı­ğı Şə­ki, Gən­cə, İrə­van, Nax­çı­van, Qa­ra­dağ, Ca­vad və Şa­ma­xı xan­lıq­la­rı ilə həm­sər­həd idi

Bu xan­lı­ğın ba­ni­si, qu­ru­cu­su Pə­na­hə­li xan (1693­ - 1763) Ca­van­şir­lər tay­fa­sı­nın Sa­rı­ca­lı oy­ma­ğın­da do­ğul­muş­du. Azər­bay­can­da hə­lə qə­dim dövrlər­də məs­kun­laş­mış Ca­van­şir­lər tay­fa­sı­nın baş­çı­la­rı XVI əsr­dən baş­la­ya­raq Qa­ra­ba­ğı nə­sil­dən-nəs­lə ötürülən ir­si ha­kim hüqu­qu ilə ida­rə edir­di. 1736-cı il­də Na­di­rin şah se­çil­mə­si­nin əley­hi­nə çı­xış edən di­gər tay­fa­lar ki­mi, Ca­van­şir­lər tay­fa­sı da Xo­ra­sa­na sürgün edil­miş­di. Bu dövrdə on­la­ra baş­çı­lıq edən Pə­na­hə­li xan Na­dir şa­hın ən nüfuz­lu sər­kər­də­lə­rin­dən bi­ri­nə çev­ril­miş­di. Kər­bə­la, La­hor, Pi­şə­vər, Deh­li sə­fər­lə­rin­də igid­lik göstə­rib, döyüşlə­rin önündə ge­dib. Son­ra sa­ray int­ri­qa­la­rı on­la­rın da ara­sı­nı so­yu­dub, Pə­na­hə­li xan  6 nə­fər­lə bir­lik­də Xo­ra­san­dan Qa­ra­ba­ğa qa­çıb gəl­mək   məc­bu­riy­yə­tin­də qa­lıb. Tez­lik­lə müstə­qil Qa­ra­bağ xan­lı­ğı­nın əsa­sı­nı qo­yub. Xan­lı­ğın apa­rı­cı el­lə­ri, tay­fa bir­lik­lə­ri­ni - Ca­van­şir, Sa­rı­ca­lı, Qa­car­lar, Qa­ra­man­lı, Ba­har­lı, Zülqə­dər, Əh­məd­li, Qa­ra­qo­yun­lu, Göyçə­li, Ozan və baş­qa­la­rı­nı az vaxt­da öz ət­ra­fın­da bir­ləş­di­rib.

Pə­na­hə­li xan ye­ni­cə ya­ran­mış Qa­ra­bağ xan­lı­ğı­nı möhkəm­lən­dir­mək üçün həm da­xi­li, həm də xa­ri­ci düşmən­lə­rə qar­şı uzun və gər­gin müba­ri­zə apar­ma­lı ol­du. Da­xil­də onun ha­ki­miy­yə­ti üçün ən böyük təhlü­kə­ni Qa­ra­ba­ğın xris­ti­an mə­lik­lik­lə­ri (Çi­ləbörd, Gülüstan, Xa­çın, Və­rən­də və Di­zaq) ya­ra­dır­dı. Na­dir şa­hın ha­ki­miy­yə­ti dövründə nis­bi müstə­qil­lik əl­də et­miş bu mə­lik­lik­lər ba­ğım­sız Qa­ra­bağ xan­lı­ğı­nın ya­ran­ma­sı­nı düşmən­çi­lik­lə qar­şı­la­dı­lar. Tez­lik­lə Azər­bay­can tor­paq­la­rı­nı iş­ğal et­mə­yə ça­lı­şan Ru­si­ya­nın və onun əlal­tı­sı olan Kart­li-Ka­xe­ti­ya çar­lı­ğı­nın əlin­də oyun­ca­ğa çev­ri­lən mə­lik­lər Qa­ra­bağ xan­lı­ğı­nı məhv et­mək və onun ye­rin­də xris­ti­an çar­lı­ğı   ya­rat­maq üçün fürsət ax­ta­rır­dı­lar. La­kin Pə­na­hə­li xa­nın ye­rit­di­yi qə­tiy­yət­li si­ya­sət on­la­ra öz niy­yət­lə­ri­nə çat­ma­ğa im­kan ver­mə­di.

Pə­na­hə­li xa­nın və İb­ra­him­xə­lil xa­nın fəa­liy­yə­tin­də Qa­ra­bağ xan­lı­ğı­nın əra­zi­si­ni ge­niş­lən­dir­mək və son nə­ti­cə­də pə­ra­kən­də Azər­bay­can tor­paq­la­rı­nı va­hid dövlət­də bir­ləş­dir­mək si­ya­sə­ti özünü ay­dın göstə­rir­di. Bu is­ti­qa­mət­də ilk ad­dım­lar hə­lə Pə­na­hə­li xa­nın ha­ki­miy­yə­ti dövründə atıl­mış­dı. O, da­xil­də öz mövqe­lə­ri­ni möhkəm­lən­dir­mək­lə ya­na­şı, qon­şu xan­lıq­la­rın da tor­paq­la­rı­nı özünə bir­ləş­dir­mək si­ya­sə­ti ye­ri­dir­di. Məlumdur ki, Səfəvi dövlətinin dağılma mərhələsinə qədəm qoymasından istifadə edən osmanlılar XVIII əsrin 20-ci illərində yenidən Azərbaycanın çox hissəsini ələ keçirmişdilər. Osmanlı hakimiyyəti dövründə Zəngəzur torpaqlarının bir hissəsi – Sisyan və Meğri Çuxursəd vilayətinə, Bərgüşad, Həkəri, Çavundur nahiyələri Gəncə- Qarabağ əyalətinin tərkibində aid edildi.

Nadir şah yenidən bütün Zənəzur ərazilərini osmanlılardan geri aldı və öz imperiyasının tərkibinə daxil etdi. 1747-ci il iyunun 19-dan 20-nə keçən gecə Nadir şah sui-qəsd nəticəsində öldürüldükdən və onun imperiyası çoxsaylı xırda dövlətlərə – xanlıqlara parçalandıqdan sonra Zəngəzurun Qapanat ərazisini Təbriz və Qaradağ xanları öz aralarında bölüşdürdülər. Qapan, Zəngəzur və Bərgüşad Təbriz xanına, Mehri, Güney və Çavundur Qaradağ xanına çatdı.

Lakin 1750-ci illərdə Pənahəli xan Qarabağlı Mehri və Güney mahallarını Qaradağ xanının əlindən, Tatev və Sisyan mahallarını Naxçıvan xanının əlindən, Zəngəzur və Qapanı isə Təbriz xanının əlindən aldı. Beləliklə, bir neçə əsr əvvəl olduğu kimi, Zəngəzur yenidən bir inzibati vahidin tərkibində birləşdirildi.

1822-ci ildə ruslar Qarabağ xanlığını ləğv edib, onu Müsəlman əyalətləri hərbi dairəsinin tərkibində bir əyalətə çevirdikdən sonra, 1830-cu illərin əvvəllərində bu əyalətin tərkibində 9 minbaşılığı birləşdirən iri Zəngəzur mahalı təşkil olundu. Bunlar keçmiş Sisyan, Tatev, Zəngəzur, Qaraçorlu, Püsyan, Bərgüşad, Qapan, Meğri-Güney və Çavundur (Çuldur) mahalları idi.

İrə­van və Gən­cə­yə məx­sus bir çox tor­paq­la­rı ələ ke­çi­rən Pə­na­hə­li xan Ca­van­şi­rin ilk iş­lə­rin­dən bi­ri ona könüllü ita­ət edən və et­mək is­tə­mə­yən Qa­ra­ba­ğın “Xəm­sə” ad­la­nan beş Al­ban-Xris­ti­an mə­lik­li­yi­nin bir­də­fə­lik qə­ti mər­kə­zi ha­ki­miy­yə­tə ta­be edil­mə­si ol­muş­du.

Pə­na­hə­li xa­nın ölümündən son­ra ha­ki­miy­yə­tə gəl­miş İb­ra­him­xə­lil xa­nın dövründə Qa­ra­bağ xan­lı­ğı da­ha da güclən­di. Pə­na­hə­li xa­nın Qa­ra­bağ xan­lı­ğı­nın sər­həd­lə­ri­ni ge­niş­lən­dir­mək si­ya­sə­ti İb­ra­him­xə­lil xan tə­rə­fin­dən uğur­la da­vam et­di. Ay­rı-ay­rı vaxt­lar­da Azər­bay­ca­nın Təb­riz, Ər­də­bil, Qa­ra­dağ, Nax­çı­van və Gən­cə xan­lıq­la­rı Qa­ra­bağ xan­lı­ğın­dan ası­lı və­ziy­yə­tə sa­lın­dı. Avar ha­ki­mi Ömər xan­la da qo­hum­luq əla­qə­si ya­ra­dan Qa­ra­bağ xa­nı hər­bi cə­hət­dən da­ha da güclə­nə­rək Cə­nu­bi Qaf­qa­zın ən nüfuz­lu ha­kim­lə­rin­dən bi­ri­nə çev­ril­di.

Qa­ra­bağ xan­lı­ğı­nın ya­ran­dı­ğı ilk dövrlər­də Pə­na­hə­li xa­nın fəa­liy­yə­ti­nin mühüm is­ti­qa­mət­lə­rin­dən bi­ri­ni pay­taxt şə­hə­ri­nin ya­ra­dıl­ma­sı təş­kil edir­di. Bir tə­rəf­dən da­xi­li çə­kiş­mə­lər, di­gər tə­rəf­dən isə qon­şu xan­lıq­la­rın və Qa­car­lar dövlə­tin­də  ha­ki­miy­yət uğ­run­da müba­ri­zə apa­ran ay­rı-ay­rı feo­dal ha­kim­lə­rin hücum təhlü­kə­si Qa­ra­bağ xa­nı­nı güclü müda­fiə im­kan­la­rı olan şə­hər-qa­la tik­dir­mə­yə məc­bur edir­di. Bu qa­la ey­ni za­man­da Qa­ra­bağ xan­lı­ğı­nın pay­tax­tı ro­lu­nu oy­na­ma­lı idi. 1748-ci il­də əsa­sı qo­yul­muş Ba­yat qa­la­sı məhz bu məq­sə­də xid­mət edir­di. La­kin qa­la­nın düşmən hücum­la­rı­nın qar­şı­sı­nı al­maq ba­xı­mın­dan ki­fa­yət qə­dər eti­bar­lı ol­ma­dı­ğı­na görə,  Pə­na­hə­li xan 1751-ci il­də vax­ti­lə I Şah Ab­ba­sın qış­laq ye­ri ol­muş Şah­bu­laq qa­la­sı­nı tik­dir­di.[3] Pə­na­hə­li xa­nın ömür yo­lu, hər­bi, si­ya­si fəa­liy­yə­ti ba­rə­də, elə­cə də Şu­şa­nın ta­ri­xi haq­qın­da ən mükəm­məl mən­bə­lər­dən bi­ri, şübhə­siz, Mir­zə Ca­mal bəy Ca­van­şir Qa­ra­ba­ği­nin “Qa­ra­bağ ta­ri­xi” əsə­ri­dir. O, bu əsə­ri Tif­lis ca­ni­şi­ni Vo­ront­sov-Daş­ko­vun tap­şı­rı­ğı ilə ya­zıb, Adolf Ber­je tə­rə­fin­dən fars­ca­dan rus­ca­ya çev­ri­lib, 1855 –ci il­də  “Kaf­kaz” qə­ze­tin­də dərc olu­nub. Ca­mal bəy 1797-1822 – ci il­lər­də Qa­ra­bağ xan­lı­ğı­nın və­zi­ri olub, ata­sı da, özü də Pə­na­hə­li xa­nın ən çox inan­dı­ğı sa­ray əh­lin­dən idi. 1773-cü il­də Xo­ca­lı­da do­ğu­lub Şu­şa­da məd­rə­sə təh­si­li alıb, fars, ərəb, avar, ləz­gi dil­lə­ri­ni bi­lib. Xan­lı­ğın ləğ­vin­dən son­ra məh­kə­mə­də iş­lə­yib, 1853-cü il­də və­fat edib.

Pə­na­hə­li xan 1763-cü il av­qus­tun 21-də 70 ya­şın­da Qa­car­lar dövlə­ti­nin Şi­raz şə­hə­rin­də Kə­rim xan Zən­din sa­ra­yın­da müəm­ma­lı şə­kil­də və­fat edib. Və­siy­yə­ti­nə görə, nə­şi Ağ­da­ma gə­ti­ri­lib də­də-ba­ba İma­rət qə­bi­ris­tan­lı­ğın­da dəfn edi­lib.

 Qeyd edək ki, “Qa­ra­bağ” sözünün eti­mo­lo­gi­ya­sı ba­rə­də iki əsas fi­kir var. Bi­rin­ci­si, “qa­ra” qə­dim türk di­li­miz­də “böyük”, “ge­niş” mə­na­sı­nı bil­di­rir, bu ifa­də hə­min an­lam­da “Ki­ta­bi-Də­də Qor­qud”da gen-bol iş­lə­nib. Məs; “Qa­ra ye­rin üstünə ağ ban evin tik­dir­miş­di”, “Qa­ra ba­şım qur­ban ol­sun, su­yum sə­nə”... Oğuz-türk an­lam­lı “qa­ra”nın izi Qa­ra­ba­ğın  hər ya­nın­da qa­lıb: Qa­ra­qo­yun­lu, Qa­ra­man­lı, Qa­ra­lar, Qa­ra­ğac, Qa­ra­cal­lı, Qa­ra­ki­şi­lər, Qa­ra­qa­ya, Qa­ra­su, Qa­ra­çay, Qa­ra­də­rə, Qa­ra­hun... İkin­ci­si, Qa­ra­bağ­lı ad­lı türksoy­lu tay­fa­lar qə­dim türk el­lə­ri­miz­də  ge­niş ya­yı­lıb.