Haqdan, ədalətdən, demokratiyadan dəm vuran bir çox beynəlxalq təşkilatlar, bəzi Avropa ölkələri şəri, xəyanəti, yalançılığı, bir sözlə, bütün  anti-bəşəri dəyərləri özündə ehtiva edən erməni vərəminə yiyə durmaqda davam edirlər. Biz isə qədim xalq olaraq hələ də təəccüb və heyrət içində düşünürük ki, nə üçün xəstə təfəkkürlü, şeytan xislətli erməni toplumu belə himayə olunur? Son 30 ildə (təkcə son 30 ildəmi) haylar günahsız körpələri, qadınları, qocaları, mülki əhalini qətlə yetirməklə Azərbaycan xalqına qarşı soyqrım törətməyiblərmi? O Azərbaycan xalqına qarşı ki, dünyada milli dövləti ilə tolerantlığın ən gözəl nümunəsidir. Özünün kifayət qədər problemləri, bir milyondan çox qaçqın və məcburi köçkün vətəndaşı ola-ola Avropada kilsə, məktəb tikdirən və ya təmir-bərpa etdirən, mütərəqqi layihələri reallaşdıran, həyata keçirtdiyi humanitar siyasətlə dünyaya əmin-amanlıq mesajları verən Azərbaycana kim nə verib ala bilmir?  

O vaxt xalqımıza qarşı ədalətsizlik də edilmişdir, çünki Azərbaycanın əzəli torpağı olan Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermşdilər. Ona görə bu qərarın qəbul edilməsində Azərbaycan xalqına qarşı ədalətsizlik və qərəz əsas rol oynamışdır. Ancaq mən tam əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq.

 İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

                        Həmidov Şükür Nəriman oğlu

  Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuş, Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adma hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat uzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N. saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

Tofiq Şəfaət oğlu Mehdiyevin adı, xüsusilə Sovetlər İttifaqının dağılması və müstəqil dövlətimizin qurulması dövrünün ictimai-siyasi fəallarının yaxşı yadındadır.  

O, Azərbaycan KP MK-da məsul vəzifələrdə, bədnam qonşumuzla həmsərhəd Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı, "Azərittifaq"ın sədri, XI, XII çağırış Ali Sovetin deputatı olaraq daim hadisələrə obyektiv, çevik, prinsipial, çoxlarının dilinə gətirmədiyi problemlər və onlardan çıxış yolları barədə yüksək tribunalarda səsləndirdiyi açıq, tənqidi fikirləri ilə daim gündəmdə olurdu.

8 -dən səhifə 18