
- Baxış sayı: 647
Qubadlı rayon mərkəzindəki bu binanın bəri başdan 1-ci giriş, 3-cü mərtəbədəki mənzil mənim, o birilər Mehman, Allahverdi, Fehruz, Qabilindir, inşəallah, tezliklə hamımız qayıdacağıq. Balkonlardan asılan yorğan-döşəklərdən göründüyü kimi, xeyli erməni ailəsi də yaşayıb, təbii ki, artıq indi qaçıb gedirlər. Xarabalığa çevrilən yerdə Ticarət mərkəzi, arxasında uşaq bağçası var idi və orada 2-ci tabor yerləşirdi. Dağılanları yenidən tikərik.Erməni, gedəndə bu binanı dağıtmadınsa, içi təpili qoyub gəldiyim mənzilimdə nə varsa, haramxoşun olsun, onsuz da murdarlanıb, heç nəyə əlimi vuran deyiləm, götür apar, 28 ildi qarovulun çəkmisən yolumuzu gözləyərək, səksənə-səksənə. Ancaq...əgər qalıbsa, istəyərdim kitablarım qalsın. Mənzildə sovetin vaxtında aldığım o finski stenka mebelin bütün gözlərinə kitablarımı yığmışdım, xanımın cer-cehizi açılmamış bağlamalarda alt gözdə qaldı. İstitutu yalnız “əla” qiymətlə oxuyurdum, həm də təqaüdə görə, hər ay təzələrinə çox gücüm çatmasa da, “Bukinist”dən azı 5-10 kitab almağın xatirinə. Rayonda ən böyük şəxsi kitabxanalardan biri Saray kəndindəki evimizdə idi, bir otağımız ancaq kitabxana idi. Qardaşım Dostəli də, mən də bütün çoxcildliklərə abunəydik, dil-ədəbiyyat müəllimi idik, çörəyimiz qələmdən çıxırdı.
Qardaş Türkiyənin fəal dəstəyi ilə Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində qazandığı qələbənin kulminasiya nöqtəsi, zirvəsi noyabrın 8-də Şuşanın alınması oldu. O gün Qafqaz İslam Ordusunun Komandanı Nuru paşanın da, Bakının və Şuşa qarnizonunun ilk rəisi, 1-ci komendantı albay Cəmil Cahid bəyin də, 4000 türk şəhid əsgər və zabitinin də, minlərlə qazinin də ruhlarının şad olan gündür. İnanırıq ki, tarixdə misli-bərabəri olmayan Azərbaycan - Türkiyə qardaşlıq, birlik, bərabərliyinin daha bir nəticəsini 2021-ci ildə görəcəyik: Bakıda Nuru paşanın, Şuşada albay Cəmil Cahidin adları layiq olduqları, xalqımız qarşısında xidmətlərinə layiq şəkildə əbədiləşəcəkdir. 1918-ci ilin 15 sentyabrında Bakını azad edən Nuru paşa komandanlığında Qafqaz İslam Ordusunun ilk tədbirlərindən biri Qarabağ və Zəngəzura təcili kömək göndərmək oldu. Nuru paşa Qarabağ bölgəsində misli görünməmiş bir qətliam hazırlığına başlayan erməniləri dayandırmaq üçün hərəkətə keçdi. Qarabağ hərəkatı üçün 1-ci Azərbaycan diviziyası yaradıldı. Komandanlığına da Bakı Qarnizon Komandanı albay (polkovnik) Cəmil Cahid bəy gətirildi.
“AzərTAc-da 15 il” silsiləsindən - Sözün gücü - Bir xəbərin xatirəsi
AzərTAc-ın “Zəngəzur” İnformasiya Mərkəzinin direktoru - xüsusi müxbiri olduğum rayonlarım işğal edilib; Şuşa, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan gedib, Füzulinin bir hissəsi bizdə qalıb. Şəki-Balakən rayonları üzrə AzərTAc-ın xüsusi müxbiri təyin olunmuşam. 1993-cü il noyabrın 19-dur. Şəkiyə sonuncu dəfə 15 il əvvəl Qubadlı rayon komsomol komitəsində işləyəndə müşavirəyə gəlmişəm, zona müxbiri kimi ilk gəlişimdir, əsas məqsədim məndən əvvəlki müxbir, yaşına görə təqaüdə çıxmış, çox hörmətli ziyalılardan olan əməkdar jurnalist Ənvər Mikayılzadə ilə görüşüb onun halallığını almaq, bölgə müxbiri təyin olunmağımla bağlı əmrin surətini, məktubu İcraya təqdim etmək, “Şəki, “İpəkçi”, “Şəkinin səsi”ndəki qəzetçi dostlarla görüşməkdir.
Heç nə unudulmamalıdır; Qubadlı rayonunun Eyvazlı kəndini 24 noyabr 1988-ci ildə ermənilər yağmalayıb yandırıb. Bu, I Qarabağ savaşında Şəhid olan ilk kəndimiz idi. Faciə günü qələmə alınmış bu yazımı oxuculara təqdim edirəm. Vaxtı ilə adı-sanı respublikaya sığmayan, neçə dövlət xadiminin, generalın, alimin, çekist və bolşevikin anadan olduğu Eyvazlı kəndi. Yandırılıb məhv edilmiş evlərinə, həyətlərinə, quş-heyvan damlarına baxa-baxa qapqara qaralmış divarların arası ilə səssizcə addımlayan, doğma od-ocaqla vidalaşan kənd adamlarının kədərli, tutqun sifətləri. Görünməmiş vəhşiliyin şahidləri danışırlar:
Müraciətdə deyilir: “Əziz, möhtərəm prezidentlərimiz!
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim etdiyi Azərbaycana hərbi qüvvələrin göndərilməsini dəstəkləyən Qərarın təsdiq olunmasını cani-könüldən alqışlayır, bu mübarək hadisə münasibətilə sevinən hər kəsi təbrik edirik. Bu qərar qardaş xalqlarımızın yekdil arzu və istəyinin ifadəsi, Azərbaycan və Türkiyə Prezidentlərinin siyasi iradəsi, qətiyyətinin təntənəsidir.