SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MEHRİ

images-m

936961 464006213675514 1409370508 n

180588 111208175621988 2612116 n

 

 

 

 

 

 

 

 

 

Mehri

Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon.
Mənbələrdə həm də Meğri, Mığrı kimi də yazılır.


Tarixi

1929-cu ildə Azərbaycanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Mehri şəhəri Ermənistana bağışlanmışdır. Mığrı Azərbaycanı Naxçıvanla birləşdirən yeganə dəhliz idi.Meğri rayonunun keçmiş adının "Mığrı" olduğunu həmin bölgənin yerli əhalisi təsdiqləyir.[1][2] Toponim türk dilində "quruyan, az sulu çöl çayı olan dərə" mənasında işlənən mukır, mukur sözünün fonetik variant olan mığrı sözü əsasında formalaşdığını bir sıra elmi mənbələr vurğulayır.
Ermənistan Respublikasında Meğri 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 664 kv km-dir. Rayon mərkəzi Meqri (Meğri) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 264 km-dir. Mığrı mahalı Çar Rusiyası dövründə Gəncə (Yelizavetpol) quberniyasına daxil olub.
Meğri adının ermənicə izahının (meğ-ermənicə bal deməkdir. Meğri bal çox olan yer kimi yozulur.) heç bir əsası yoxdur. Bu yerin adı qədim mənbələrdə Mehri kimi göstərilir. Mehri toponimi isə Mehranilər sülaləsinin banisi Mehranın adı ilə bağlanılır. Şəhərin Mehran tərəfindən salındığı güman edilir. Digər fikrə görə isə Meğri adı "meğ", "mağ", "muğ" anlamını saxlayıb və bu yerlərdə qədim türk tayfalarının yaşadığına tutarlı dəlildir.
Meğri rayonu Şərqdən Zəngilan rayonu, Qərbdən Ordubad rayonu, Şimaldan Qafan rayonu, Cənubdan isə Güney Azərbaycanla həmsərhəddir. Mığrı rayonu ərazisindən Mığrı çayı axıb, Araza tökülür. Qaladaş dağı (h.2163 m), Cahnovar dağı (h.3024 m) da rayonun ərazisinə düşür. I Şah Abbasın ölkədə tikdirdiyi 999 karvansaradan biri də Meğri rayonu ərazisinə düşür ki, indi ermənilər bu qədim abidədən restoran kimi istifadə edirlər.
•    1988-ci ilə qədər azərbyacanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Aldərə, Lök, Maralzəmi, Lehvaz, Mığrı, Astazur və s. Rayonun Nüvədi kəndi 1991-ci ildə boşaldılıb.

http://az.wikipedia.org/wiki/Megri

 

MEĞRİ RAYONU
(Mığrı)

Zəngəzurun cənub və cənub-Ģərq hissəsini Meğri rayonunun ərazisi təĢkil edir. Zəngəzur Ermənistana verildikdən sonra, 1930-cu ildə təĢkil olunmuĢ Meğri rayonunun ərazisi 664 km2, inzibati mərkəzi Meğri Ģəhər tipli qəsəbəsi olmuĢdur. Zəngəzurun cənub-Ģərqində, Meğri və Qafan rayonlarının sərhədini Meğri dağ silsiləsi təĢkil edir. Bu silsilə dağlar Zəngəzur dağlarının cənub-Ģərqindən baĢlayaraq, Araz çayı vadisində qurtarır. Dağ silsiləsinin uzunluğu 59 km, maksimum yüksəkliyi (3256 m) Bacassar zirvəsidir. Meğri dağları tektonik aĢınmalara məruz qalmıĢdır, qeyri-mütənasib quruluĢa malikdir. Cənuba doğru Meğri, Malev, ġvanizor, Nüvədi çayları ilə  parçalanmıĢdır, Ģimal sinələri isə nisbətən qısa qollar və sıldırım qayalar Ģəklində nəzərə çarpır. Faydalı qazıntılardan, molibden, qızıl, gümüĢ və baĢqa mədən yataqları vardır. Qonur meĢə, meĢə-səhra və alp çəmənlik torpaqları üstünlük təĢkil edir. Dağətəyi yamaclar seyrək palıd, vələs meĢələri ilə örtülmüĢdür.
Bütün Zəngəzur mahalı kimi, Meğri rayonu da ən qədim yaĢayıĢ məskənlərindən sayılır. Aparılan qazıntı iĢləri zamanı Meğri rayonunun ərazisində eradan əvvəl VII əsrə aid olan döyüĢ və bəzək əĢyaları tapılmıĢdır. Meğri rayonunun ərazisi Sünik knyazlığında mövcud olan 12 əyalətdən biri sayılan Arevik qəzasına uyğun gəlir. Müxtəlif fikirlər olsa da, "Meğri" sözünün mənası tam aydınlaĢdırılmayıb. Ermənilər bu topomorfantın izahını erməni dilində olan "meğ" - "bal" sözü ilə əlaqələndirərək, guya buranın "Ballı dərə" adlandırıldığını
söyləyirlər. Lakin bu izah inandırıcı görünmür. Ən azı ona görə ki, çiçəkli, güllü, dar, dərin, daĢlı dərə olar, lakin "ballı dərə" olmaz.
Digər tərəfdən Meğri rayonunda insanların min illərlə yaĢamasına baxmayaraq, Meğri adı mənbələrdə ilk dəfə 1676-cı ildə çəkilir. Bu dövr isə məlum olduğu kimi, Osmanlı imperiyası ilə Ġran Ģahlığı arasında Zəngəzur uğrunda gedən mübarizələrlə xarakterizə olunur. Heç Ģübhəsiz ki, Meğri sözü ya fars, ya da türk dilində olmalıdır. Meğri adının Sasanilər dövlətinin hökmdarlarından olmuĢ Mehranilər sülaləsinin adı ilə əlaqələndirilməsi də inandırıcı görünmür. Akademik Budaq Budaqov və professor Qiyasəddin Qeybullayev "meğri" sözünü "miğri" - türkdilli xalqlarda "yarğan, uçurum" mənasını verən "migir" sözü ilə əlaqələndirirlər.
TanınmıĢ Ģair - publisist Hidayət öz ana yurdu Mığrı rayonunun adını türk soylu "mığır" tayfalarının adı ilə əlaqələndirir. Rayonda aparılan qazıntılar zamanı tapılmıĢ bürünc dövrünün yadigarları sayılan yarpaq Ģəkilli, dairəvi  dəstəkli qılınclar, e.ə. VII-VI əsrə aid zərgərlik əĢyaları (bəzəkli qalxanlar, muncuqlar, ayĢəkilli bəzəklər) və s. Meğrinin lap qədimdən inzibati mərkəz kimi formalaĢdığını sübut edən tutarlı dəlillərdir. Xristianlıq Qafqaza yayıldıqdan çox sonra təxminən IX əsrin sonu, X əsrin əvvəllərində Meğridə ilk kilsə
- Alban kilsəsi inĢa edilmiĢ, bu Ģəhər isə Qarğavan adlandırılmıĢdır. 1105-ci ildə Səlcuq-türk qoĢunları Meğrini ələ keçirmiĢlər. Erməni mənbələrində 1106-cı ildə Əmir Harunun qoĢunlarının burada böyük qırğınlar törətdiyi qeyd olunur. Meğri rayonunun orta əsrlərdəki tarixi Zəngəzurun digər torpaqlarının tarixi ilə eynidir. Yəni Səlcuqlardan sonra buraya moğol-tatar türkləri, daha sonra Qaraqoyunlular və Ağqoyunlular, Əmir Teymur, ondan sonra isə Ģiəliyi dövlət dininə çevirmiĢ Səfəvilər Meğridə öz hakimiyyətlərini qurmuĢlar. Tarixi
mənbələrdə Ģiəliyə etiraz edən Meğri əhalisinin Ġsfahana köçürülməsi və buraya Ərdəbil, Ġsfahan, Təbriz ətrafından QızılbaĢ tərəfdarlarının gətirilib yerləĢdirilməsi qeyd olunur. Meğri rayonu 1730-cu ildə yenidən Osmanlı Türkiyəsinin tabeliyinə keçmiĢ, lakin beĢ ildən sonra Nadir Ģah Qarabağ və Zəngəzurun erməni məliklərinin köməkliyi ilə bu torpaqları geri almıĢdır.
Qarabağ xanlığının 1806-13-cü illərdə ilhaq edilmiĢ digər torpaqlarından fərqli olaraq, Meğri rayonu yalnız 1828-ci ildə Rusiyaya birləĢdirilmiĢdir. Çünki o vaxtkı inzibati bölgüyə görə Meğri rayonunun torpaqları indiki Ordubad rayonu ilə birlikdə Naxçıvan xanlığının tabeçiliyində idi. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılmıĢ, Zəngəzur qəzasının tərkib hissəsi kimi, Meğri rayonu da bu quberniyanın tabeçiliyinə keçirilmiĢdir. Ermənistanda Sovet hakimiyyəti qurulan kimi, yəni 1920-ci ilin 1 dekabrında Zəngəzurun digər
torpaqları kimi, Meğri rayonunun indiki ərazisinin çox hissəsi, 1929-cu ildə isə Nüvədi, Ernəzir və Tuğut kəndləri Ermənistana verilmiĢdir.
Meğri rayonunun ərazisində orta əsrlərə məxsus çoxsaylı memarlıq abidələri vardır: Alban memarlıq mədəniyyətinə xas olan dördkünc tavanlı, günbəzli, üçkünclü, örtüklü, daĢ naxıĢlı, taclı salonları olan kilsələr, qəbirüstü abidələr, məqbərələr, o cümlədən, məĢhur Baba Haci məqbərəsi, tağlı daĢ körpülər və s. XX əsrin əvvəllərində Meğri rayonunda 23 azərbaycanlı kəndi olmuĢdur. 1918-20-ci illərdə daĢnak silahlı dəstələrinin hücumuna məruz qalmıĢ azərbaycanlı kəndlərinin hamısı dağıdılmıĢ, kənd əhalisi qəddarlıqla qətlə yetirilmiĢdir. Meğri azərbaycanlılarının bir çoxu Araz çayını keçərək cənubi Azərbaycana qaçmıĢ, bir hissəsi isə Qarabağ və Cəbrayıl qəzalarına köçmüĢlər. Sovet hakimiyyəti illərində Meğri rayonundakı azərbaycanlı kəndlərindən doqquzu ləğv edilmiĢ, yaxud erməniləĢmiĢdir (Buğakar, Vahravar, DüzqıĢlaq, Əmrəkar, Əynəzur, Mülk, Tağamir, Tey, Tuğut).
1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təĢkil etdiyi halda, 1988-ci ildə Meğri rayonunda cəmisi 5 azərbaycanlı kəndi (Lök, Əldərə, Lehvaz, Maralzəmi, Nüvədi) mövcud olmuĢdur. 1988-ci ildə bütün Qərbi Azərbaycan torpaqlarında yaĢayan azərbaycanlılar kimi, Meğri rayonunun azərbaycanlı əhalisi də öz tarixi yurdlarından vəhĢicəsinə qovulub çıxarılmıĢlar. Yalnız Nüvədi kəndinin camaatı qəhrəmancasına mübarizə apararaq, 1991-ci ilin 8 avqustuna qədər öz kəndlərini qoruyub saxlaya bildilər. Ermənistan SSR-də 1988-ci ilə qədər mövcud olan kəndlərin arasında Nüvədi yeganə kənd idi ki, 3 ildən artıq bir müddətdə mühasirə Ģəraitində qalmasına baxmayaraq, erməni-rus silahına qarĢı mərdliklə mübarizə aparmıĢdır. Meğri rayonunun kəndləri haqqında məlumatlar Əhmədəli Əliyevin "Azərbaycan dilinin Meğri Ģivələri" adlı kitabı və kitaba ön söz yazmıĢ Ģair Hidayətin "Mığrı" məqaləsi əsasında hazırlanmıĢdır.
Həmin kitabda müəllif Meğri rayonunun ərazisindəki türk mənĢəli toponimləri ətraflı Ģəkildə Ģərh edərək, tutarlı dəlillərlə göstərir ki, Meğri ərazisindəki Araz çayı sahili boyunca 38 topomorfantın və Qafan-Meğri sərhəddi boyunca yerləĢən 114 topomorfantın hamısı təmiz Azərbaycan türkcəsindədir: Narlıq Ģamı, Pambıqlı, Cəhənnəm dərə, Ayı dərəsi, Qırax, Gəmi düzü, KəfĢən, Gen dərə, Lələ daĢı, Aldərə çayı, Gəray suyu, Siçan piri, Pulovlu dağ, Qırçıvan düzü, ġah Abbas karvansarası, ġükrətaz, Qanlı ağac, Dolu vuran, DaĢ ağıl, Lalalı, Dərbənd, Xan kəndi, Qanvay təpəsi, Gülü novu, Yelli gədik, Huralay, Kəlbəçay yurdu, Çiçək zəmi, Göl çeĢmə, Qandallı çeĢmə, Ataman, Yarpaqlı düz, Əli qəbri, Mal gədiyi, Nazlı dərə, Saqqar su, Çiçək banu və s.


Meğri rayonunda 1988-ci ilə qədər mövcud olmuş azərbaycanlı KƏNDLƏRi:


Aldərə (Əldərə, Əli damı) kəndi


Rayon mərkəzindən 12 km cənub-Ģərqdə, Araz çayının sol sahilində, Ġrəvan - Bakı dəmir yolunun sol  tərəfində yerləĢmiĢ, üç tərəfdən hündür dağlarla əhatə olunmuĢ, ətrafı baĢdan-baĢa bağlara bürünmüĢdür. Rayonun qədim kəndlərindən biri olan Aldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə 1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü ildə 1987 nəfər əhali yaĢamıĢdır. Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andronikin qəzəbinə düçar oldu. Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırıldı və əhalisinin salamat qalan hissəsi müxtəlif qonĢu vilayətlərə, qəzalara qovuldu. Bir neçə il kənd sahibsiz qalaraq, xarabalığa çevrildikdən sonra 1926-cı ildə kəndin əhalisinin təqribən 15 %-i, yəni 414 nəfəri öz doğma kəndinə qayıtmıĢ, 1931-ci ildə isə kəndə qayıdanların sayı 490 nəfərə çatmıĢdır. Aldərə kəndində 30-cu illərin əvvəllərində kolxoz təĢkil edilmiĢ, məktəb açılmıĢdır. Sonralar bu məktəb orta məktəbə çevrilmiĢdir. Zəngəzurun digər kəndləri kimi, Aldərə kəndi də ötən əsrin 70-80-ci illərində inkiĢaf etməyə baĢlamıĢ, kənddə ikimərtəbəli, hər Ģəraiti olan evlər tikilmiĢ, klub, kitabxana, tibb məntəqəsi, uĢaq bağçası və s. sosial obyektlər yaradılmıĢdır. 1988-ci il noyabrın 28-də Aldərə kəndinin camaatı bütün vardövlətini qoyaraq, ermənilərin dövlət səviyyəsində təĢkil edilmiĢ deportasiya siyasəti nəticəsində Azərbaycana pənah gətirmiĢdir.


Lehvaz kəndi.

Meğri rayon mərkəzindən 6 km Ģimal-Ģərqdə Meğri çayının sol sahilində yerləĢmiĢdir. Kənddə 1831-ci  ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1914-cü ildə 836 nəfər azərbaycanlı yaĢamıĢdır. 1918-ci ildə Zəngəzurun digər azərbaycanlı kəndləri kimi, ermənilər Lehvaz kəndini də yandırmıĢ, dağıtmıĢ, kənddə 200-dən artıq insanı qətlə yetirmiĢlər. Qalan insanlar isə öz yurd-yuvalarından didərgin salınmıĢlar. 1922-ci ildən baĢlayaraq, kənd  camaatı yavaĢ-yavaĢ Lehvaza qayıtmıĢ və artıq kənddə məskunlaĢmıĢ ermənilərlə birgə yaĢamaq məcburiyyətində qalmıĢlar. Lehvaz kəndində orta məktəb, mədəniyyət evi, klub, kitabxana, tibb məntəqəsi var idi. 1988-ci ilin sonlarında Lehvaz kəndinin 1002 nəfər sakini erməni millətçiləri tərəfindən silah gücünə öz doğma yurdlarından qovulmuĢlar.


Lök (Vartanizor) kəndi

Azərbaycanlı kəndi. Rayon mərkəzindən 9 km Ģimal-Ģərqdə, Mığrı çayının orta axınının sol sahilində  yerləĢmiĢdir. Erməni mənbələrində Lök kəndi iki hissədən: birincisi Lök, yəni AĢağı Lök və Yuxarı Lökdən (buraya Vartanizor və Seyidlər kəndləri daxil olmuĢdur) ibarət kənd kimi göstərilir. Dəniz səviyyəsindən 1814 metr yüksəklikdə yerləĢir. 1831-ci ildə kənddə 136 nəfər, 1873-cü ildə 316 nəfər, 1886-cı ildə 480 nəfər, 1897- ci ildə 506 nəfər, 1914-cü ildə 1053 nəfər əhalisi olmuĢdur.
1918-ci ildə Andronikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı kəndlərini dağıdıb yandırdıqdan sonra Zəngəzurun digər rayonlarına, o cümlədən Mığrı rayonunun azərbaycanlı kəndlərinə hücum edirlər. I Lök kəndində 100 tüstü, II Lök kəndində 60 tüstü dağıtmıĢ və 200 nəfər əhali qırmıĢlar. Lök (Vartanizor) kəndi bir neçə il sahibsiz qalmıĢ, xarabalığa çevrilmiĢdir. Ermənistanda Sovet
hakimiyyəti qurulduqdan sonra tədricən rayonunun azərbaycanlı kəndlərinin əhalisi öz doğma yurdlarına  qayıtmağa baĢlamıĢlar. Vartanizor kəndinin 1053 nəfər əhalisindən 1922-ci ildə cəmi 177 nəfəri qayıtmıĢdır. 1926-cı ildə onların sayı 187 nəfərə, 1931-ci ildə 243 nəfərə çatmıĢdır. Kəndə qayıtmıĢ didərginlər əvvəlcə dağıdılmıĢ yaĢayıĢ binalarını bərpa etməyə, təsərrüfatı dirçəltməyə baĢlamıĢlar. Kəndlilər bağçılığı, meyvəçiliyi, taxılçılığı, tərəvəzçiliyi inkiĢaf etdirərək qısa müddətdə özləri üçün güzaran yaratdılar. 1930-cu illərdə kolxoz qurdular, üzüm və baĢqa meyvələrin tədarükü məntəqəsini yaratdılar. Özləri üçün yeni yaĢayıĢ binaları tikdilər.
Milli ayrı-seçkiliyə baxmayaraq, kənd camaatının öz qüvvəsi ilə kənddə məktəb, klub, kitabxana, kino qurğusu, məiĢət xidməti emalatxanası təĢkil edilmiĢ, tibb məntəqəsi açılmıĢdır. 1988-ci ildə kənddə 90 ev var idi, 600 nəfər azərbaycanlı əhali yaĢayırdı. 1988-ci ilin noyabrında ermənilər rayonun partiya, sovet və inzibati orqanlarının zorakılıqla həyata keçirdikləri cəza tədbirləri ilə kəndin min nəfərdən çox əhalisini, uĢaqlara, qadınlara, qocalara məhəl qoymadan bir həftə ərzində qaçmağa məcbur etmiĢlər. Kənddə kolxozun bütün mülkiyyəti, kolxozçuların evləri, bağları və ev əĢyaları əllərindən alınmıĢdır. Lök kəndinin toponimləri: Soyuq bulaq, Qara su, Kəspər çeĢməsi, Seyid Əhməd çeĢməsi, Selaxulu çeĢməsi, Top yaylağı, Bəddə zəmi, Gen dərə, Nəcəfxan dərəsi, Tuğut kəfĢəni və s.

 

Maralzəmi kəndi

 

Meğri rayon mərkəzindən 12 km Ģimal-qərbdə, Meğri çayının sol sahilində, mənzərəli bir yerdə yerləĢmiĢdir. Kəndin ərazisində olan qədim tarixi abidələr bu kəndin orta əsrlərdən mövcud olduğunu sübut edir. 1831-ci ildə kənddə 118 nəfər, 1897-ci ildə 193 nəfər, 1904-cü ildə 951 nəfər əhali yaĢamıĢdır. 1905 və1918-ci ildə Maralzəmi kəndi bir neçə dəfə dağıdılmıĢ və yandırılmıĢ, kənddə yaĢayan azərbaycanlılardan 1000 nəfərə yaxın insan daĢnaklar tərəfindən vəhĢicəsinə öldürülmüĢ, yandırılmıĢ, meyitləri təhqir olunmuĢdur. 1918- ci ildə Maralzəmi kəndinin sakinləri tamamilə deportasiya olunmuĢ, yalnız 4 ildən sonra qaçqınların ilk dəstəsi -66 nəfər kəndə qayıtmıĢlar. Ermənilər tərəfindən göstərilən ciddi müqavimətə və törədilən əngəllərə baxmayaraq, Maralzəmi kəndinin sakinləri öz doğma kəndlərində yenidən məskunlaĢmıĢ, ev-eĢik qurmuĢ, kolxoz təĢkil etmiĢ, klub, kitabxana, rabitə Ģöbəsi, tibb məntəqəsi tikmiĢ, özlərinə gün-güzaran yarada bilmiĢdilər. 1988-ci ilin noyabr ayında Ermənistan hökumətinin dövlət siyasəti səviyyəsində təĢkil olunmuĢ, deportasiya aktı nəticəsində Maralzəminin 800-ə yaxın sakini də öz doğma kəndlərindən didərgin salınmıĢlar.
Toponimləri: Xudayar çeĢməsi, Bəy çeĢməsi, Palan kürək dağı, Xəstə dərə, Göy təpə, Ağ zəmi, Ölü zəmi təpəsi, Xak zəmi düzü, MüĢərrəf düzü, Xudayar meĢəsi, Tarqulu yaylağı və s.


Nüvədi kəndi

 

Öz qəhrəmanlığı, kənd əhalisinin mübarizliyi ilə bütün Azərbaycana Ģərəf gətirmiĢ, 3 ilə yaxın Ermənistan hökuməti ilə qəhrəmancasına mübarizə apararaq, bütün təzyiq və hücumlara rəğmən təslim olmamıĢ, öz dəyanətini tarixə yazdırmıĢ azərbaycanlı kəndidir. Azərbaycanlı kəndi olan Nüvədi Mığrı rayon mərkəzindən 26 km Ģimal-Ģərqdə Zəngəzur rayonu ilə sərhəddə yerləĢir. Nüvədi kəndi Qafqazda ən qədim yaĢayıĢ mərkəzlərindən biridir. Bu kəndin sakini tədqiqatçı - yazıçı, mərhum Həmzə Vəli Nüvədili kəĢf etdiyi  və bütün ömrünü həsr edərək öyrəndiyi Nüvədi kəndi yaxınlığında QarqadaĢı dağında tapılmıĢ qədim daĢ kitabələrin üzərindəki Orxon-Yenisey yazılarından xeyli əvvəlki dövrə məxsus olan daĢ kitabələr Nüvədi kəndinin qədim tarixindən xəbər verir. Nüvədidə 1831-ci ildə 291 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1914-cü ildə 1072 nəfər əhali yaĢamıĢdır. 1918-ci ilin sonlarında Andronikin daĢnak dəstələri Nüvədi kəndinə basqın edərək, kəndi yandırıb dağıtmıĢ, nüvədililəri kənddən çıxarıb qovmuĢdur. Bu hadisələr zamanı Nüvədi camaatının böyük bir hissəsi Araz çayını keçərək cənubi Azərbaycana pənah aparmıĢ, Misən kəndində yerləĢmiĢlər. Kənd camaatının yalnız bir hissəsi 1922-ci ildən baĢlayaraq, yenidən Nüvədiyə qayıtmıĢ, kəndi, təsərrüfatı bərpa etmiĢdir. Nüvədi camaatının bir neçə tayfası Misən kəndində qalaraq oranın daimi sakinlərinə çevrilmiĢlər. Nüvədi kəndi və onun yaxınlığında mövcud olmuĢ Ernəzir və Tuqut kəndləri 1929-cu ilə qədər Azərbaycanın Cəbrayıl qəzasının tabeçiliyində olmuĢ, yalnız həmin il fevralın 18-də Zaqafqaziya MĠK rəyasət heyətinin qərarı ilə Ermənistana verilmiĢdir. Onu da qeyd etmək lazımdır ki, həmin qərar  Azərbaycan Respublikası hökuməti tərəfindən yalnız Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 7 may 1969-cu il qərarı ilə təsdiq edilmiĢdir.
1930-cu illərin əvvəllərində Nüvədidə kolxoz qurulmuĢ, orta məktəb açılmıĢdır.
Birinci Dünya Müharibəsində yüzdən çox nüvədili iĢtirak etmiĢ, onlardan 66 nəfəri geriyə qayıtmamıĢdır.  Nüvədi kəndi öz ziyalıları ilə tanınmıĢ qədim kəndlərimizdəndir. Nüvədi kəndi Azərbaycan elminə 5 nəfər elmlər doktoru, 40-dan çox elmlər namizədi, yüzlərlə ali təhsilli yüksək ixtisaslı ziyalı bəxĢ etmiĢdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Fikrət Əliyevlə, müxbir üzvü Faiq Cəfərov Nüvədi kəndinin yetirmələridir. 1988-ci ildə ermənilər tərəfindən Qərbi Azərbaycanda yaĢayan 200 minə yaxın soydaĢımızın öz dədəbaba torpaqlarından zorla deportasiya olunmasına baxmayaraq, Nüvədi camaatı öz kəndlərini 1991-ci ilin  avqust ayının 8-nə qədər qoruyub saxlaya bilmiĢlər. Nüvədi kəndi Qərbi Azərbaycanda bütün azərbaycanlı yaĢayıĢ məntəqələri boĢaldıldıqdan sonra belə
kəndin qəhrəman özünümüdafiə dəstəsinin əzmi sayəsində 3 ilə yaxın bir müddətdə ermənilərə təslim olmadı.  Yalnız baĢında Ayaz Mütəllibovun və Viktor Polyaniçkonun dayandığı moskvapərəst Azərbaycan hökumətinin xəyanəti və təslimçilik siyasətinin nəticəsində ermənilər Nüvədi kəndini ələ keçirdilər. Nüvədililər torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə həmiĢə fəal olmuĢlar. Qarabağın azadlığı uğrunda Ģəhid olmuĢ Xəqani Qurbanov, Orxan Hüseynov və Yanvar ġahməmmədov qəhrəman Nüvədi torpağının yetirmələridirlər.

 

Mənbə: MUSA URUD "ZƏNGƏZUR"


425666 338464482861318 1675367545 n

Nüvədi kəndi-Meğri

Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.
Kəndin adı 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Nüyədə (143, s.179), erməni (415, s.68), rus dilli (309, s.20; 266, s.201) mənbələrdə Nyuvadi formalarında qeyd edilir. Yerli əhali isə kəndə Nüyədi, Nüədi deyirdilər.
Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız azərbaycanlı yaşamışdır (415, s.68-69, 142-143). 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla ata-baba torpaqlarından deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdir.
Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər (415, s.68-69, 142-143), 1979-cu ildə 1700 nəfər (85, s.175) yalnız azərbaycanlı yaşamışdır. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu azərbaycanlı kəndi olan Nüvədi kəndinin sakinləri - azərbaycanlılar 1991-ci il avqustun 8-də tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.
Toponim "dağ ətəyində ovuq, çökək yer" mənasında işlənən nüyək, nüək, nüyəx (253, s.23, 128, Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri, B., 1967, 8, s.231), "iki tərəfi qaya olan sahə" mənasında işlənən nüy (8, s.344) sözünə fars dilində "kənd" mənasında işlənən "deh" sözünün variantı olan "di" sözünün (339, s.177; 104, s.139) qoşulması yolu ilə əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nrnadzor qoyulmuşdur.
http://az.wikipedia.org/wiki/Nuvedi