SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

1828-ci ildə İrəvan xanlığı Rusiya imperiyası tərəfindən işğal olunduqdan sonra erməniləri kütləvi şəkildə bu torpaqlara köçürməyə başladılar. Çox qısa müddətdən sonra ermənilər və onların havadarları bu torpaqların əzəli sakinləri olan azərbaycanlılara qarşı soyqırım və deportasiya həyata keçirdilər. 1905-06, 1915, 1918-20, 1937, 1947-53 və nəhayət  31 il əvvəl - 1988-ci ilin oktyabr ayından  etibarən ermənilər tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların sonuncu deportasiyasına başladılar.
Yeniavaz.com-un soyqırım və deportasiya tariximizin ən faciəli dönəmlərindən olan bu hadisələr barədə suallarını Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa cavablandırıb.  

30 Avqust - Türkiyənin Zəfər Bayramıdır

 
30 Avqust - Türkiyənin Zəfər Bayramıdır

Türk millətinin istiqlalının simvolu olan Qazi Mustafa Kamal Paşa Atatürk 19 may 1881-ci ildə Selanikdə Qocaqasım Məhəlləsi İslahhanə Caddəsindəki üç qatlı çəhrayı-pəmbə evdə doğuldu. Babası Ali Rıza Əfəndi, anası Zübeydə xanımdır. Baba tərəfindən dədəsi Hafız Əhməd Əfəndi XIV-XV yüzillərdə Konya və Aydından Makedoniyaya yerləşdirilmiş Kocacık köçərilərindəndir. Anası Zübeydə xanım isə Selanik yaxınlarındakı Langaza qəsəbəsinə yerləşmiş əski bir Türk ailəsinin qızıdır.

Milis zabiti, evkaf (vəqf evləri idarəsi) katibliyi və taxta-şalban ticarəti ilə məşğul olan Ali Rıza Əfəndi 1871-ci ildə Zübeydə xanımla evləndi. Atatürkün beş qardaşından dördü kiçik yaşlarında öldü, sadəcə bacısı Makbulə (atadan bir) 1956-cı ilə qədər yaşadı. Kiçik Mustafa məktəb yaşına gəlincə Hafiz Mehmet Əfəndinin məhəllə məktəbində təhsilə başladı, sonra babasının istəyi ilə Şəmsi Əfəndi Məktəbinə keçdi. Bu sırada atasını itirdi (1888). Bir sürə Rapla ferma-ciftliyində dayısının yanında qaldıqdan sonra Selanikə dönüb məktəbi bitirdi. Selanik Mülkiyə Rüştiyəsinə qəbul oldu. Qısabir sürə sonra 1893-cü ildə Əsgəri Rüştiyəyə girdi. Burada riyaziyyat müəllimi Mustafa bəy ağıl, dərrakə, tərbiyəsinə görə onun adına “Kamal”ı əlavə etdi.

1896-1899-cu illərdə Manastır Əsgəri İdadisini bitirib İstanbulda Hərbi məktəbdə oxumağa başladı. 1902-ci ildə teğmen-leytenant rütbəsiylə məzun oldu. Hərbi Akademiyada təhsilinə davam etdi. 11 yanvar 1905-ci ildə yüzbaşı rütbəsiylə Akademiyanı tamamladı. 1905-1907-ci illər arasında Şamda 5-ci Ordu əmrində vəzifə-görev aldı. 1907-də yüzbaşı oldu. Manastıra III Orduya dəyişdirildi. 19 aprel 1909-cu ildə İstanbula girən Hərəkat Ordusunda Kurmay Başqanı olaraq görev aldı. 1910-da Fransaya göndərildi. Picardiyə Manevralarına qatıldı. 1911-də İstanbulda Genel Kurmay Başqanlığı (Baş Qərargah Rəisi) əmrində çalışmağa başladı.

1911-də İtalyanların Trablusgarpa (Liviya, Trablis-qərb) hücumu ilə başlayan savaşda Mustafa Kamal bir qrup dostu iləbirlikdə Ənvər Paşanın qurduğu ilk türk gizli servisi olan “Teşkilat-ıMahsusa” tərəfindən düzəldilən saxta kimlik, pasportlarla ərəb tacirivə müxbir sifətində Liviyaya keçib Tobruk və Dərnə bölgəsində görev aldılar. 22 dekabr 1911-də İtalyanlara qarşı qızğın döyüşlərdənsonra Tobruk Savaşını qazandılar. Mustafa Kamal 6 mart 1912-də Dərnə Komandanlığına gətirildi.Noyabr 1912-də Balkan Savaşı başlayınca Mustafa Kamal Gəlibolu və Bolayırdakı birliklərlə savaşa qatıldı. Dimətoka və Ədirnənin geri alınmasında böyük xidmətlər göstərdi.

1913-də SofyaAtaşeliyinə dəyişdirildi. Bu görevdə ikən 1914-da podpolkovnikyarbaylığayüksəldi. Ataşelik görevi dekabr 1915-də sona yetdi. Bu sırada I Dünya Savaşı başlamış, Osmanlı İmperatorluğu savaşagirmək zorunda qalmışdı. Mustafa Kamal 19-cu Tüməni qurmaqüçün Təkirdağa göndərildi.1914-cü ildə başlayan I Dünya Savaşında Mustafa KamalÇanaqqalada bir qəhrəmanlıq dastanı yazıb Antanta (İtilaf)Dövlətlərinə “Çanaqqala keçilməz! ” dedirtdi. 18 mart 1915-dəÇanaqqala Boğazını keçməyə qalxan İngilis və Fransız donanmasıağır itkilər verincə Gelibolu yarımadasına əsgər çıxarmağa qərarverdilər. 25 aprel 1915-də Arıburnuna çıxan düşmən qüvvələriniMustafa Kamalın komandiri olduğu 19-cu tümən Conkbayırındadurdurdu. Mustafa Kamal bu başarı üzərinə polkovnik-albaylığayüksəldi.

İngilislər 6-7 avqust 1915-də Arıburnunda təkrar hücumakeçdi. Xüsusi təyinatlı, ən döyüşkən Anafartalar Qrubu KomandanıMustafa Kamal 9-10 avqustda Anafartalar (çətin keçilən yer adıdır)Zəfərini qazandı. Bu zəfəri 17 avqustda Kirəçtəpə, 21 avqustda II Anafartalar zəfərləri ilə davam etdirdi. Çanaqqala Savaşlarındatəqribən 253.000 şəhid verən Türk milləti qürurunu, mətanətini Qərb dövlətlərinə tanıtdı. Mustafa Kamalın əsgərlərinə: “Mən sizə hücuməmri vermirəm, ölməyi əmr edirəm!” əmri cəbhənin qədərinidəyişdirmiş oldu.Mustafa Kamal Çanaqqala Savaşlarından sonra 1916-da Ədirnə və Diyarbəkirdə görev aldı. 1 aprel 1916-da general leytenanttümgenerallığa yüksəldi. Rus qüvvələriylə savaşaraq Muş və Bitlisingeri alınmasını təmin etdi. Şam və Hələbdəki qısa sürəligörevlərindən sonra 1917-də İstanbula gəldi. Vəlihat VahidəttinƏfəndiylə Almaniyaya gedərək cəbhədə araşdırmalar apardı.

Bu səyahətdən sonra xəstələndi. Vyana və Karisbada gedərək müalicəaldı. 15 avqust 1918-də Hələbə 7-ci Ordu Komandanı olaraq döndü.Bu cəbhədə İngilis qüvvələrinə qarşı başarılı müdafiə savaşlarıapardı. “Mondros Mütarəkəsi”nin imzalanmasından bir gün sonra 31 oktyabr 1918-də “Yıldırım Orduları Grubu Komutanlığı”na gətirildi. Bu ordunun ləğvindən sonra 13 noyabr 1918-də İstanbula gəlib HərbiNəzarət Nazirliyində görevinin icrasına başladı.“Mondros Mütarəkəsi”ndən sonra Antanta DövlətlərininOsmanlı torpaqlarını işğala başlamaları ilə Mustafa Kamal 9-cuOrdu Müfəttişi olaraq 19 may 1919-da Samsuna çıxdı. 22 iyun 1919-daAmasyada yayımladığı bildirişdə “Millətin istiqlalını yenə millətinəzm və qərarının qurtaracağını ” elan edib Sivas Konqresinitoplantıya çağırdı. 23 iyul – 7 avqust 1919-cu il tarixləri arasındaƏrzurum, 4 – 11 sentyabr 1919 tarixləri arasında da Sivas Konqresinitoplayaraq vətənin qurtuluşu üçün izlənəcək yolu göstərdi. 27 dekabr1919-ci ildə Ankarada coşqu ilə qarşılandı. 23 aprel 1920-ci ildəTür kiyə Böyük Millət Məclisinin açılmasıyla Türkiyə Cümhuriyyətinin qurulması yolunda önəmli bir addım atılmış oldu.Məclis və

Hökumət Başqanlığına Mustafa Kamal seçildi. TürkiyəBöyük Millət Məclisi Qurtuluş Savaşının başarıyla sonuclanmasıüçün gərəkli qərarları qəbul edib həyata keçirməyə başladı.Türk Qurtuluş Savaşı 15 may 1919-da yunanlıların İzmiriişğalı sırasında düşmənə ilk qurşunun atılmasıyla başladı. 10 avqust1920-də Sevr Andlaşmasını imzalayaraq aralarında Osmanlıİmperatorluğunu paylaşan I Dünya Savaşının qalib dövlətlərinə qarşı öncə “Kuvâ-yi Milliye” adı verilən milis qüvvələriylə savaşıldı.Türkiyə Böyük Millət Məclisinin qərarı ilə nizami ordu quruldu,“Kuvâ-yi Milliye” – ordu bütünləşməsini təmin edərək savaşı zəfərlə sona çatdırdı.
30 Avqust - Türkiyənin Zəfər Bayramıdır
Mustafa Kamal komandanlığında Türk Qurtuluş Savaşının önəmli mərhələləri bunlardır:Sarıkamış (20 sentyabr 1920), Qars (30 oktyabr 1920) və Gümrünün (7 noyabr 1920) azad edilməsi. Çukurova, Gazi Antəp, Kahraman Maraş, Şanlı Urfanın müdafiəsi (1919- 1921), I İnönü Zəfəri (6 -10 yanvar 1921), II İnönü Zəfəri (23 mart-1 aprel 1921), Sakarya Zəfəri (23 avqust-13 sentyabr 1921), Böyük Hücum (Taarruz), Başkomutan Meydan Müharibəsi və Böyük Zəfər (26 avqust- 9 sentyabr 1922) Sakarya Zəfərindən sonra 19 sentyabr 1921-də Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala Marşal rütbəsi və Qazi adı verdi. Qurtuluş Savaşı 24 iyul 1923-də imzalanan Lozan Andlaşmasıyla sonuçlandı. Beləcə Sevr Andlaşmasıyla paramparça edilən Türklərə 5-6 vilayət böyüklüyündə vətən buraxıldı. Türkiyə torpaqları üzərində beynəlxalq-ulusal birliyə dayalı yeni Türk dövlətinin qurulması üçün heç bir əngəl qalmadı.

23 aprel 1920-də Ankarada TBMM-nin açılmasıyla Türkiyə Cümhuriyyətinin quruluşu müjdələndi. Məclisin Türk Qurtuluş Savaşını başarıyla yönətməsi yeni Türk dövlətinin quruluşunu sürətləndirdi. 1 noyabr 1922-də xilafət və səltənət bir-birindən ayrıldı, səltənət qaldırıldı. Beləcə Osmanlı İmperatorluğuyla idarəçilik bağları qoparıldı. 29 oktyabr 1923-də Cümhuriyyət idarəsi qəbul edildi, Atatürk bir səslə ilk Cümhurbaşqanı seçildi. 1923-cü il 30 oktyabr günü İsmət İnönü tərəfindən Cümhuriyyətin ilk hökuməti quruldu. Türkiyə Cümhuriyyəti, “Hegemonluq qeyd şərtsiz millətindir” və “Yurdda barış, cahanda barış” təməlləri üzərində yüksəlməyə başladı.

Atatürk Türkiyəni çağdaş tərəqqi yoluna, dövrünə çıxarmaq üçün gərəkən bütün sahələrdə inqilabi reformaların həyata keçirilməsinə başladı.

Bu inqilabi dəyişimləri-devrimləri beş başlıqaltında toplaya bilərik:

1.Siyasi devrimlər:• Səltənətin qaldırılması (1 noyabr 1922)• Cümhuriyyətin elanı (29 oktyabr 1923)•Xəlifəliyin qaldırılması (3 mart 1924)

2. İctimai-toplumsal devrimlər:• Qadınlara kişilərə bərabər haqlar verilməsi (1926-1934)• Şapka və qiyafət dəyişimi (25 noyabr 1925)• Təkyə bucaq (tekke zaviyə-əsasən ələvi, bəktaşilərin toplaşıb dini ayinlərin icra etdikləri yerlər, pir ziyarətgahlar) və türbələrin qapadılması (30 noyabr1925)• Soyadı qanunu ( 21 aprel 1934) • Ləqəb və ünvanların qaldırılması (26 noyabr 1934)• Uluslararası saat, təqvim və uzunluq ölçülərinin qəbulu (1925-1931)

3. Hüquq devrimi :•Məcəllənin qaldırılması (1924-1937)• Türk Mədəni Qanunu və digər qanunların çıxarılaraq dünyəvi hüquq nizamına keçilməsi (1924-1937)

4. Təhsil və kültür sahələrində devrimlər:• Tədrisin-Öğretimin birləşdirilməsi (3 mart 1924)• Yeni Türk hərflərinin qəbulu (1 noyabr 1928) • Türk Dil vəTarix Qurumlarının qurulması (1931-1932)• Üniversitetdə tədris düzənləməsi (31 Mayıs 1933)• Gözəl sənətlərdə yeniliklər

5. Ekonomi-iqtisadi sahədə devrimlər:•Aşarın qaldırılması• Çiftçinin həvəsləndirilməsi-özənlənməsi• Örnək çiftliklərin qurulması• Sənayeni Təşviq
Qanununun qəbulu, sənaye quruluşlarının yaradılması• I və II İnkişaf-Kalkınma Planlarının (1933-1937) təsdiqi, yurdun hər
tərəfinə yeni yolların çəkilməsi

Atatürk dönəmində Türkiyə Cümhuriyyətinin dış siyasətinin bütün mahiyyəti Atatürkün “Yurdda sülh, cihanda sülh” sözü ilə müəyyən olunmuş, uluslararası əlaqələrdə dövlətin rəsmi siyasəti olaraq bütün dünyaya elan edilmişdir.

Soyadı Qanunu gərəyincə 24 noyabr 1934-də TBMM Mustafa Kamala "Türklerin Atası" anlamına gələn “Atatürk” soyadı verdi (2587 sayılı qanun). Atatürk 24 aprel 1920 və 13 avqust 1923 tarixlərində TBMM Başqanlığına seçildi. Bu başqanlıq görevi Dövlət-Hökumət Başqanlığı səlahiyyətini özündə birləşdirirdi. 29 oktyabr 1923-cü ildə Cümhuriyyət elan edildi və Atatürk ilk Cümhurbaşqanı seçildi. Anayasaya görə dörd ildə bir cümhurbaşqanlığı seçimləri yenilənməliydi. 1927, 1931, 1935-ci illərdəTBMMAtatürkü yenidən Cümhurbaşqanı seçdi. Atatürk sıx- sıx yurd gəzintilərinə çıxaraq dövlət çalışmalarını yerində yoxladı. Geri qalan sahələrlə bağlı bilgilər alıb qərarlar verdi. Cümhurbaşqanı sifəti ilə Türkiyəni ziyarət edən yabançı ölkə dövlət başqanlarını, başbakanlarını, bakanlarını, komandanlarını qəbul etdi. 15-20 oktyabr 1927 tarixdə Qurtuluş Savaşını və Cümhuriyyətin quruluşunu anladan böyük nitqini, 29 oktyabr 1933-cü ildə 10-cu İl Nitqini oxudu.Atatürk özəl yaşamında sadəlik içində yaşadı. 29 yanvar 1923-də Lətifə xanımla evləndi. Bir çox yurd gəzisinə birlikdə çıxdılar. Bu evlilik 5 avqust 1925-ci ilədək sürdü. Çocukları çox sevən Atatürk Afət (İnan), Sabiha (Gökçən), Fikriyə, Ülkü, Nəbilə,Rukiyə, Zəhra adlı qızları və Mustafa adlı çobanı mənəvi övlad götürdü. Abdurrahim və İhsan adlı çocukları himayəsinə aldı. Onları doğma ata kimi yaxşı bir gələcəyə hazırladı.1937-ci ildə çiftliklərini-fermalarını, təsərrüfatlarını xəzinəyə, bir qisim daşınmaz əmlaklarını da Ankara və Bursa bələdiyyələrinə bağışladı. Mirasından bacısına, mənəvi övladlarına,Türk Dil vəTarix Qurumlarına pay ayırdı.

Atatürk kitab oxumağı, musiqi dinləməyi, rəqs etməyi, ata minməyi və üzməyi çox sevərdi. Zeybək oyunlarına, güləşə, Rumeli türkülərinə çox sevgisi vardı. Nərd və bilyard oynamaqdan böyük zövq alırdı. Sakarya adlı atına, köpəyi Foksa çox dəyər verir, vaxt ayırırdı. Zəngin bir kitabxanası vardı, gözəl şeirlər yazıb, bir coxu hərbi məktəbdə oxuyarkən qəzetlərdə dərc edilmişdi, əsas mövzusu da vətənsevərlik türkcülük duyğularının tərənnümü idi. Axşam yeməklərinə dövlət və elm adamlarını, sənətçiləri dəvət edər, ölkənin sorunlarını onlarla müzakirə edər, bilgilər alardı. Təmiz və səliqəli geyinməyə diqqət göstərirdi. Dovğanı çox sevərdi. Sıx-sıx Atatürk Orman Çiftliyinə gedər, çalışmalara özü də qatılardı. Fransızca və almanca bilirdi.

Atatürkün xəstəliyi haqqında ilk bilgi 1937-ci ildə ortaya çıxdı. 1938-in əvvəlində Yalovada olan zaman ciddi olaraq xəstələndiyi üzə çıxdı. Buradakı müalicə əhəmiyyətli nəticə verdi. Fəqət tamamən sağalmadan Ankaraya dönməsi, burada sıx proqramlı gərgin işləri xəstəliyinin artmasına səbəb oldu. Bu tarixlərdə Hatay sorununun gündəmdə olması da onu yormaqdaydı. Xəstə olmasına rəğmən, Mərsin və Adanaya gəzintiyə çıxdı. Qızğın günəş altındaəsgəri birlikləri təftiş edib təlimlər keçirən Atatürk çox yorğun düşdü. Fəaliyyəti sırasında şəxsi sağlamlığını arxa plana keçirdi, günəş altında çox qalması da xəstəliyinin artmasına səbəb oldu. 26 mayda Ankaraya döndükdən sonra müalicə və istirahət üçün İstanbula getdi.Doktorlar tərəfindən “siroz” xəstəliyi diaqnozu qoyuldu.

Dənizhavası xeyirli olduğu üçün Savarona Yatında bir sürə dincəldi. Budurumda belə ölkə sorunlarıyla ardıcıl maraqlanmaqda davam etdi.İstanbula gələn Rumıniya kralı ilə görüşdü. Nazirlər Kabinetinintoplantısını keçirdi, 4 iyul 1938-ci ildə HatayAndlaşmasının qüvvəyə minməsi Atatürkü çox sevindirib əhvalını qaldırdı. İyulun sonlarına qədər Savaronada qalan Atatürkün xəstəliyi ağırlaşınca Dolmabağça Sarayında müalicəyə alındı. Fəqət xəstəliyi durmadan irəliləyirdi. Onun xəstələndiyini duyan Türk xalqı sağlığıyla ilgili xəbərləri həyəcanla izləyir, bütün qəlbi ilə yaxşılaşmasını Allahdan diləyirdi. Xəstəliyinin ciddiyyətini qavrayaraq 5 sentyabr 1938-ci ildə vəsiyyətini yazıb sərvətinin böyük bir qismini Türk Tarix və Türk Dil qurumlarına bağışladı. Oktyabr ayının ortalarında durumu düzəlir kimi oldu. Fəqət çox arzuladığı halda Ankaraya gəlib Cümhuriyyətin on beşinci il dönümü törənlərinə qatıla bilmədi. 29 oktyabr 1938-ci ildə qəhrəman Türk Ordusuna yolladığı mesaj Başbakan Cəlal Bayar tərəfindən oxundu. “Zəfərləri və keçmişi insanlıq tarixi ilə başlayan, hər zaman zəfərlərlə bərabər mədəniyyət nurlarını daşıyan qəhrəman Türk ordusu!” sözü ilə Türk Ordusunun önəmini bildirdi.

Yenə eyni mesajda “Türk vətəninin və Türklük camiasının şan və şərəfini, daxili və xarici hər dürlü təhlükələrə qarşı qorumaqdan ibarət olan vəzifəni,hər an ifaya hazır və amadə olduğuna mənim və böyük ulusumuzuntam bir inam və etimadımız vardır” deyərək Türk Ordusuna olangüvənini bildirmişdi.Atatürk 1 noyabr 1938-ci ildə TBMM-nin açılış törənində dəgörünmədi. Hazırladığı açılış nitqini də Başbakan Cəlal Bayar oxudu.Atatürk bu nitqində ölkənin abadlığı, sağlamlıq xidmətləri vəekonomi sahəsində vəzifələrini açıqladı. Bundan başqa təhsil vəkültür mövzularına da toxunub gəncliyin milli şüurlu və modernkültürlü olaraq yetişməsi üçün İstanbul Universitesiningenişləndirilməsi, Ankara Universitesinin tamamlanması və VanGölü civarında bir universitenin qurulması üçün çalışmalarınbaşlandığını bildirdi.

Türk Tarix və Türk Dil qurumlarınınçalışmalarından duyduğu məmnuniyyəti açıqladı. Ayrıca Türkgəncliyinin kültürdə olduğu kimi idman -spor sahəsində də idealbaşarılara çatması üçün Bədən Tərbiyəsi Qanununun qəbul edilməsivə həyata keçirilməyə başlamasından duyduğu məmnuniyyəti bildirdi. Atatürk ölümünə qədər məmləkət məsələlərindən bir anolsun uzaq qalmamışdı.Atatürkün xəstəliyi təkrar şiddətləndi. 8noyabrda sağlığıyla ilgili raporlar yayımlanmağa başlandı. Bütünməmləkəti təkrar dərin bir üzüntü bürüdü. Hər Türkün qəlbi onun qurtulması diləyi ilə çarpırdı. Ancaq qurtarılması üçün göstərilənçabalar sonuc vermədi və xalqın, vətənin qorxduğu oldu.Dolmabağça Sarayında 10 noyabr 1938-ci il səhər saatdoqquzdan beş dəqiqə keçmiş insan üçün dəyişməz qanun özhökmünü göstərdi.

Mustafa Kamal Atatürk cismən uğrunda songücünə qədər çalışdığı xalqından ayrıldı. Bu qara xəbərlə yalnız Türkmilləti deyil, bütün dünya yasa büründü. Böyük, kiçik bütün dövlətləronun cənazə törəninə qatılmaq üçün təmsilçilər göndərərək, TürkiyəCümhuriyyətinin qurucusuna qarşı duyduqları dərin sayğını bildirənmesajlar göndərdilər. 16 noyabr günü Atatürkün tabutu DolmabaxçaSarayının böyük törən salonunda katafalka qoyuldu. Üç gün üç gecəgözü yaşlı bir insan seli ulu öndərinə qarşı duyduğu sayğı, minnət vəbağlılığını ifadə etdi. Cənazə namazı 19 noyabr günü Prof. ŞərafəttinYaltkaya tərəfindən qıldırıldı. On iki generalın çiynində sarayın çöl qapısına çıxarılan tabut, top arabasına qoyularaq gözyaşları arasındaGülhanə Parkına götürüldü.

Buradan bir “torpido” ilə Yavuzzirehlisinə qoyularaq Böyük Adanın açıqlığına qədər donanmanın törəninə qatılmaq üçün gəlmiş olan xarici gəmilərin də müşayiət etdiyi Yavuz zirehlisi cənazəni İzmitə gətirdi. Burada Yavuz zirehlisindən alınan cənazə özəl bir qatara qoyuldu. Atalarına son sayğı görevləriniyerinə yetirmək üçün yollar uzunu toplanan, düzülən xalqın qəlbindədərin bir üzüntü buraxaraq Ankaraya gətirildi.Atatürkün vəfatından sonra cümhurbaşqanı seçilən İsmətİnönü Türkiyə Böyük Millət Məclisi Başqanı, bakanlar,Genelkurmay Başqanı, millət vəkilləri ilə ordu və dövlətin rəhbərləritərəfindən qarşılanan cənazə Türkiyə Böyük Millət Məclisi önündə hazırlanan katafalka qoyuldu. Ankaralıları da onun cənazəsi önündənsayğıyla keçərək son borclarını verdilər.

21 noyabr 1938-ci ildə bazarertəsi günü, mülki və əsgəri rəhbərliyin, xarici dövlət təmsilçilərininhazır dayandığı və on minlərcə insanın qatıldığı böyük bir mərasim keçirildi. Daha sonra Atatürkün tabutu katafalk-tabut aparan maşınüzərinə alınaraq Etnoqrafiya Muzeyində hazırlanan müvəqqəti qəbrə qoyuldu. Türk milləti daha sonra bu böyük insana layıq Ankara Rasattəpədə bir Anıtkabir ucaltdı. 10 noyabrda EtnoqrafiyaMuzeyindən alınan Atatürkün nəşi Anıtkabirə gətirildi. Burada yurdun hər guşəsindən gətirilmiş olan vətən torpaqlarından hazırlanan əbədi istirahətgahına yerləşdirildi.

30 Avqust - Türkiyənin Zəfər Bayramıdır
Atatürk və Azərbaycan. Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərimanov 23 mart1921-ci il tarixdə Atatürkə yazdığı məktubunda böyük səmimiyyət və hörməthissi ilə etiraf edirdi: "Paşam, 1918-ci ildəsiz bizi mütləq bir ölümdən qurtardınız!"Qurtuluş savaşından zəfərlə çıxanTürkiyə ağır maliyyə böhranı keçirirdi.Atatürk 3 may 1920-ci ildə Şərq ordusukomandiri general Kazım Qarabəkirə göndərdiyi məktubda həmin əsil ürəkkövrəldən ərklə, göz yaşardan qardaşlıq duyğusu ilə yazırdı:"Dövlətin pulu qalmadı. İndiki halda heç bir yerdən kömək istəməyəümid də yoxdur.

Başqa çıxış yolu tapana qədər Azərbaycanhökumətindən borc almağınızı rica edirəm".Kazım Qarabəkir Atatürkün xahişini birbaşa Nəriman Nərimanovaçatdırır. Nərimanov 19 avqust 1920-ci ildə Atatürkə cavab məktubugöndərərək belə yazır:”…qardaş qardaşa borc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar. Biz qardaşıq və hər zaman əlinizdəntutacağıq…Müsəlman kommunistlər sizin istəyinizə çatmağınızüçün bütün gücləri ilə yanınızda olacaqlar. Siz məğlub olduğunuztəqdirdə nə sizin üçün, nə də digər Şərq xalqları üçün qurtuluş yoluqalmayacaq". ( Doğan Avçıoğlu "Milli qurtuluş tarixi", 2-ci cild,səhifə 430) "Cənab general, bizim Türk millətində qardaş qardaşaborc verməz. Qardaş hər zaman qardaşın əlindən tutar.

Biz qardaşıq və hər zaman əlinizdən tutacağıq" (A.Şəmsəddinov "Qurtuluş savaşıillərində Türkiyə-Sovet İttifaqı əlaqələri," səhifə 66).Azərbaycan hökuməti çox keçmir ki, 500 kiloqram qızılıTürkiyəyə göndərir. Qardaş köməyi bununla bitmir. NərimanovRusiyadan aldığı 10 milyon qızıl rublu da Türkiyəyə ünvanlayır. 23mart 1921-ci ildə isə Türkiyənin müraciətini gözləmədənAzərbaycan hökuməti hədiyyə kimi 30 sistern neft, 2 sistern benzin, 8 sistern yağgöndərir.Yardımların arası kəsilmir. Çox keçmir ki, 62 sistern neft dəgöndərilir.Atatürk Azərbaycanın Türkiyə üçün önəmini çox yüksək dəyərləndirərək Bakıya bir səfir göndərir. Diplomat olmaqla yanaşıı bir yazıçı olan səfir Mehmet Şövkət Esendal Nəriman Nərimanovla və o dönəmin önəmli şəxsiyyətləri ilə görüşür.

Hətta,Hacı Zeynalabdin Tağıyevin xanımını da ziyarət edir. Azərbaycan dailk səfirini - İbrahim Əbilovu Ankaraya göndərir. İ. Əbilovun 1921-ci ilin oktyabr ayında Ankaraya gəlməsi böyük bir sevincə səbəb olur.Səfirlik binasını Atatürk açır və öz əlləri ilə Azərbaycan bayrağınıyüksəldir. Bu Azərbaycan Sovet Sosialist Respublikası ilə TürkiyəCümhuriyyəti arasında ilk rəsmi diplomatik əlaqənin qurulmasıdemək idi.Atatürkün ən yaxın adamlarından olmuş Dr.Riza Nurunxatirələrində yazır ki, İ. Əbilov sonralar Atatürkün ən inanılmış,etibarlı adamlarından biri olur.1921-ci ildə Nərimanov xarici işlər naziri Mirzə Davud Hüseynovu yanına çağıraraq Atatürkə 1 və 2-ci İnönü döyüşlərində qazandığı zəfər münasibətilə bu məzmunda bir teleqram vurmağıtapşırır: “Qazanılan bu böyük zəfərlərdən dolayı Türk xalqını Azərbaycan Sovet Sosialist Respublikası adından təbrik edirik.”Anadolu insanları Osmanlı Türklərinin Azərbaycana etdiyiyardımları yaxşı bilsələr də, Azərbaycanın Türkiyəyə etdikləri bu kimi köməkləri bilmirlər.

Çanakkalada Azərbaycandan ürəyininistəyi ilə gəlib Qurtuluş savaşına qatılmış 18 yaşlı İbrahimin məzarıdurur. Osmanlı tabeliyindəki Balkanlarda başlayan savaşdaOsmanlıya ilk dəstəyi verən Bakı aydınları olmuşdu. 1912-ci ildəİstanbulda çıxan “Səbilür-Rəşad” məcmuəsində Bakıdan bir qrup insanın göndərdiyi bəyanat dərc olunmuşdu: “Dindaşlar! Bilin vəagah olun ki, yeganə ümidimiz və nicatımız Osmanlının istiqlal və tərəqqisindədir!”

Türkiyənin sabiq mədəniyyət və turizm naziri Namiq Kamal Zeybəkin Türkiyə Cümhuriyyəti Başbakanlığı arxivindən tapıb üzə çıxardığı aşağıdakısənəddə bu ifadələr əksini tapmışdır:Türkiyə Cümhuriyyəti Baş naziri və xarici işlər naziri İsmətPaşa cənablarına!Türk ordusununAzərbaycanı azğın düşmənlərin caynağındanxilas etdiyi, sevgili, gözəl İzmirimizin və bir sıra digər müqəddəs türktorpaqlarının qana susamış mənfur düşmənlər tərəfindən atəşəverilərək işğal olunduğu bir zamanda türk yurdu Azərbaycan daingilis əsgərləri tərəfindən işğal edilmişdi.

Bütün qəlblərin sızladığı, qan ağladığı bir məqamda Azərbaycanınfədakar övladları 23 mart 1920-ci il tarixində baharın gəlişimünasibətilə Anadolu gününə həsr olunmuş xüsusi yardımkampaniyası təşkil etmişdir.Miqdar baxımından çox olmasa da, “Anadolu günü” yardımkampaniyasında bolşeviklərin işğalına məruz qalmış AzərbaycandanAnadoludakı qardaşlarımıza kömək məqsədilə 3 milyon rubl toplanmışdır. Bakı Yardım Komitəsinin adından bank hesabınızaköçürülmüş 3000 ingilis funt sterlinqini qəbul etməklə yardım etməkistəyən vətəndaşlarımızın öz vicdanları qarşısında borcunu ödəməyəimkan vermənizi rica edirik.Azərbaycan maliyyə naziri, xeyriyyə cəmiyyətinin sədri Abdulvasi, Bakı, 10 dekabr 1920-ci il.”

Atatürk 1921-ci ildə 3 nəfərlik bir heyət ayırıb Bakıya göndərir, Nərimanovla görüşdükdən sonra Moskvaya yola düşmələrini tapşırır. Nərimanov onlara dəyərli məsləhətlərini verir, Leninin xəstələnməyi səbəbi ilə onunla görüşə bilməsələr də, dövlətin 2-ci adamı Stalinlə mütləq görüşməyə nail olmalarını tövsiyə edir, hər şeyin onun əlində olduğunu bildirir, Stalinin adına bir məktub da yazıb verir. Behbud bəy Şahtaxtinskini də yardım üçün onlara qoşur.Dediyi kimi də olur, nümayəndələri Stalin qəbul edir, Atatürkün istəyi gerçəkləşir, Rusiya Türkiyəni 1-ci olaraq tanıyır, Qars müqaviləsinin şərtləri razılaşdırılır. Bütün təzyiqlərə baxmayaraq, Naxçıvan Azərbaycan tərkibində saxlanır.

Dr.Riza Nurun xatirələrində Azərbaycan oxucusu üçün maraqlı, yeni olan bir çox məqamlarla birlikdə bu epizod da diqqət çəkir: Türkiyəyə geri dönmək üçün Bakıya qayıdan nümayəndələrin vaqonuna 40 ədəd hədiyyə xalı qoyulur, ancaq onlar çətinliklə də olsa, bu hədiyyədən imtina edə bilirlər, səfirlikdə buraxıb gedirlər. Təbii ki, bu da bir qardaşlıq jesti-çətin maddidurumda olan Türkiyəyə kömək amacı idi. Göründüyü kimi, Azərbaycanda milli hökumət yıxıldıqdansonra belə, hələ Sovet Rusiyası öz məkrli niyyətlərini tam çılpaqlığıilə büruzə verə bilmədiyi dövrlərdə Azərbaycan Türkiyə ilə əlaqələrini üzmədi. Kommunist də olsa, Nəriman Nərimanovun bu cəhətdən fəaliyyəti olduqca ibrətli və təqdirəlayiqdir, bütün ziddiyyətli, bir çox hallarda milli mənafelərimizə sağalmaz yaralarvurmuş addımları ilə birlikdə bu böyük ədibin adına yazılası ən xoşməramlı, işıqlı fəaliyyətlərdən biridir. Təbii ki, onun Bakıdan aralaşdırılaraq Moskvaya aparılıb zəhərlənib öldürülməsində bu amilin də təsiri olub.

Mustafa Kamalın böyüklüyü həm də onun türk millətinin ruhunu ən həssaslıqla duymasında və bu ruhun gücündən türkünqurtuluşu üçün yararlanmağı bacarmasındaydı. Ataturkədək hec birsultan deməmişdi ki, ey turk, sənsən özünün xilaskarı! Ancaq o bəyanetdi ki, bir əfəndi var - o da türk xalqıdır, millətimizdir; bir haqqıqoruyan qüvvə var - o da millətin qüvvəsidir; hakimiyyət də qeyd şərtsiz millətindir, möhtac olduğun qüdrət sənin öz qanındadır!Türkiyə Azərbaycan və Orta Asiyanın başqa türkcümhuriyyətləri və xalqları üçün həyat qaynağı və yol göstərən mayak oldu - ona baxaraq öz müstəqillikləri uğrunda mübarizə apardılar. Bu, Ataturkun TÜRK milləti qarşısında ən böyük xidmətiydi. Turkiyənin inkişaf edərək qabağa yürüməsi, yüksəlməsi, Avropayla culğaşması, Avropa və Asiyada önəmli yer tutması budövlətin özülünu Atatürkün düzgün qoymasındadır. Müqayisə aparaq. Osmanlı dövləti də imperiyaydı, rus imperiyası da. Hər ikisi çökdü, dağıldı. Hər ikisinin yerində cümhuriyyət yarandı. Birinin yaradıcısı Atatürk oldu, o birininki Lenin (sonra Stalin). 30-cu illərdə Rus imperiyası ölkə daxilində və beynəlxalq aləmdə mövqeyini gücləndirəndən sonra qanlı repressiyalar başladı, ilk hədəfdə isə Azərbaycanın milli düşüncəli türkçü insanları oldu, türk, Türkiyə adını dilə gətirmək belə yasaq oldu, Türkiyə ilə əlaqələrə tabu qoyuldu, artıq bütün məsələlər istisnasız olaraq Moskvanın əlində cəmləşdi, respublikaların müstəqilliyi anlayışı yalnız kağız üzərində qaldı.

Atatürkün qurduğu dövlət bu gün də inkişaf edir, demokratiyaya doğru yürüyür, Avropa və Asiyanı bir-birinə culğaşdırmağa calışır və bu dövlətin hələ yüz illərcə yaşayacağı şübhə doğurmur. Amma Rusiyada qurulan SSRİ adlı dövlət başqa xalqları zülm altında saxladığına, onlara azadlıq vermək istəmədiyinə görə, özünü dünya birliyinə qarşı qoyduğuna görə cəmi 70 il yaşadı, dağıldı. Atatürkün dahiliyi isə oradadır ki, onun qurduğu cümhuriyyətdə hakimiyyət qeydsiz-şərtsiz millətindir, xalqın iradəsinə, seçiminə bağlıdır və xalq üçündür: “Çağdaş bir cümhuriyyət qurmaq insanları insan kimi yaşatmaq, öz haqqını almaq deməkdir."

Atatürkün qurduğu Azad, Müstəqil Türkiyədə Demokratiya artıq xalq tərəfindən qəbul edilmiş bir Ümummilli Dəyərə çevrilib-Atatürkün Türkiyəyə ən böyük töhfəsi budur!

Çox təəssüf ki, Türkiyə ulu öndər Atatürkün uzaqgörənliklə söylədiyi bu vəsiyyəti, üzərinə düşən görevi hələ də yerinə yetirə bilməyib: “Bir zaman SSRİ adlı xalqlar məhbəsxanası dağılacaqdır və indidən Türkiyə o vaxt öz türk qardaşlarına sahib çıxmağa hazır olmalıdır.” Obyektiv, subyektiv səbəblərdən Türkiyə indiyədək əski türk sovet respublikalarının türk dili danışan xalqlarına gərəkən qədər böyük arxa, dayaq ola bilməyib. Bu gün də demokratik dəyərləri ilə sözdə bağımsız Türk cümhuriyyətlərinə örnək olan Türkiyə 1990-cı illərdə Türk dünyasını, ən azı 5 türksoylu, türk dilli respublikanın siyasi, hərbi, iqtisadi birliyini qura bilməyib, bu yolda bir çox fürsətləri qaçırmışdır və mövqelərini əldən verməkdə davam edir.
30 Avqust Zəfər Bayramın mübarək, zəfərlər səninlə olsun, Türkiyə!

Məqalə Hacı Nərimanoğlunun “TURAN Aşiqləri” kitabının “Atatürk” bölümü əsasında hazırlanmışdır. (YEK Production-2011, səh.6-47)
30 Avqust - Türkiyənin Zəfər Bayramıdır

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

https://manera.az/gundem/10132-30-avqust-turkiyenin-zefer-bayramidir.html

S-n ERDOGAN hakkinda kitabimErdoqan

26 fevral Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın və  Başbakanı Əhməd Davudoğlunun doğum günüdür.

           Məsləkdaşların ömür yolları

 Rəcəb Tayyib Ərdoğan26 fevral 1954-cü ildə İstanbulun Qasımpaşa məhəlləsində doğulub. İbtidai məktəbi, İmam Xatib liseyini, Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsini, hərbi xidmətini bitirib, 16 il müxtəlif komandalarda futbol oynayıb, Əminə xanımla evlənib, iki oğlu, iki qız övladları olub. Türkiyədə 12 sentyabr1980-cı il çevrilişindən sonra aktiv siyasətə qoşulub, 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib, 2 milyard dollar borclarla təhvil aldığı İstanbulda 4 milyard dollarlıq sərmayə yatırımı gerçəkləşdirdi. 97-ci ildə bir mitinqdə Ziya Göyalpın 1912-ci ildə "Balkan Savaşı" üçün yazdığı "Asker Duası"nın dəyişdirilmiş bir hissəsinə görə və çıxışının davamında "hər dövrün Firoun və Nemrutları olduğu kimi bunun qarşısına çıxacaq insanlar da  var" söyləməsi səbəbindən Diyarbakır Dövlət Təhlükəsizlik Məhkəməsi tərəfindən həbs olunub. Azadlığa çıxandan az sonra Səadət Partiyasından ayrılan "islahatçılar"ın 14 avqust 2001-ci ildə yaratdığı Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri seçilib. Partiya 3 noyabr 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlib. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilib, süni yaradılan  baryerləri keçərək 15 mart 2003-cü ildə Türkiyə Cumhuriyyətinin Baş naziri, referendumla Ana Yasaya edilən dəyişiklikdən sonra 10 avqust  2014-cü ildə Cümhuriyyət tarixində ilk dəfə xalqın səsi ilə Cümhurbaşqanı-Prezident seçilib.4 övlad atasıdır.

Əhməd Davudoğlu  26 fevral 1959-cu ildə Konya vilayətinə bağlı Daşkənd qəsəbəsində  doğulub, İstanbulda liseyi, Boğaziçi Üniversitetinin İqtisadi və siyasi bilimlər və Beynəlxalq əlaqələr bölümlərini bitirib, doktorluq müdafiə edib. Malayziya Beynəlxalq İslam Universitetində dosent kimi çalışıb, burda siyasi elmlər fakültəsini yaradıb və rəhbərlik edib. Türkiyəyə dönüb Mərmərə Universitetinin Beynəlxalq Münasibətlər Bölümündə çalışıb, “Yeni Şəfəq” qəzetində köşə yazarı olub, 200-dən çox yazı qələmə alıb. Silahlı Qüvvələr Akademiyası və Hərbi Akademiyada müəllimlik edib. 1999-2004 illər arasında professor olaraq Beykent Universitetində universitet idarə heyəti üzvü, senat üzvü və beynəlxalq münasibətlər fakültəsinin rəhbəri olub. Türkiyə və beynəlxalq,  qlobal siyasətə dair 10-dək əsəri çox sayda dillərə tərcümə olunub, “Foreign Policy” dərgisinin rəy sorğusu əsasında 2010-cu ildə "İlk 100 Qlobal Mütəfəkkir" siyahısında yer alıb. 2009-cu ildən  Türkiyə Böyük Millət Məclisinin üzvü olmadan Rəcəb Tayyib Ərdoğanın üçüncü kabinetində xarici işlər naziri təyin edilib. 2011-ci il paralament seçkilərində  Konyadan millət vəkili seçilib. 27 avqust 2014-cü ildə Ədalət və İnkişaf Partiyasının 1-ci Fövqəladə Böyük Konqresində partiya sədri  seçilib və 28 avqust 2014-cü ildə Prezident  Rəcəb Tayyib Ərdoğandan baş nazirliyi təhvil alıb. 6 sentyabrda  Türkiyə Böyük Millət Məclisində keçirilən etimad səsverməsində  306 etimad səsi ilə Türkiyənin 62-ci Hökumətini qurmaq səlahiyyəti alıb. 4 övlad atasıdır.

 12 ilin yekunları

 Ərdoğan başqanlığında Türkiyə iqtisadiyyatı 3,6 dəfə böyüyərək “Böyük 20-lik”ə daxil olub, dünyanın inkişaf etmiş 16-cı, Avropanın 6-cı ölkəsinə çevrilib. Milli gəlir 230 milyard dollardan 822 milyarda çatıb. Ümumi Daxili Məhsul (ÜDM) istehsalının artım sürətinə görə son iki ildə 20-liyin 1-cisi olub. 230 milyard dollar məbləğindəki milli gəlir səviyyəsindən 822 milyard dollara, 36 milyard dollarlıq ixrac 160 milyard dollar ixraca gəlib çatıb. Adambaşına   ÜDM 3.492 dollardan 25 min dollara qalxıb. ÜDM-də 80 faiz artım qeydə alınıb. Türkiyəyə 145.5 milyard dollar sərmayə qoyulub. Ötən il Türkiyə 200 ölkə ilə 400 milyard dollardan yuxarı ixrac-idxal əməliyyatı aparıb. Özəl sektorun yatırımı 74 milyarddan 283 milyarda qalxıb. 2002-ci ildə Mərkəzi Bankdakı dövlətin ehtiyat pulunun məbləği 27 milyard dollardan hazırda 140  milyarda qalxıb, Türkiyə 23,5 milyard dollar xarici borcunu “sıfırlayıb”, İMF-lə borcunu tamam qapadıb. 12 ildə ixracat 4 dəfə artaraq 36 milyard dollardan 152,5 milyard dollara yüksəlib. Türk iqtisadiyyatının ən mühüm risk sahəsi kimi görülən cari kəsir ötən il  37 faiz azalıb. Türkiyə dünyada örnək şəffaf büdcə ölkələrindən sayılır. Büdcə kəsirinin ÜDM-ə nisbətində hazırda Aİ ölkələri arasında ən yaxşı vəziyyətdə olan dördüncü ölkə Türkiyədir. Dövlət borcunun ÜDM-ə nisbəti  yüzdə 74-dən yüzdə 33-ə düşüb.

2023-cü il Türkiyə Cümhuriyyətinin 100-cü quruluş ili üçün hədəf milli gəliri 2 trilyon dollara çatdırmaqdır. 2008-2009-cu illərin dünya krizindən ən yaxşı vəziyyətdə çıxan, həm də ümumdaxili məhsulun həcmini yüksəltməyə nail olan 3 ölkədən biri Türkiyə olub. Beynəlxalq Valyuta Fondu Türkiyədən borc almaq üçün rəsmən müraciət edib, digər beynəlxalq maliyyə təşkilatları, xarici ölkələrin də belə müraciətləri olub. 2000-ci illərin əvvəlində Türkiyədə davam edən iqtisadi böhranın, inflyasiyanın qarşısını alan Ərdoğan Hökuməti, bütün risqləri gözaltına alaraq lirədən 6 sıfırı atıb, borc içində üzülən, beynəlxalq donorlardan asılı olan Türkiyəni borc verən ölkəyə çevirib.

2002-ci illə müqayisədə əhalinin şəxsi avtomobil sayı 7 dəfə artıb. Türkiyədə turist sayı 2002-ci ildəki 13 milyondan 35 milyona, gəlir 8,5 milyarddan 25 milyarda qalxıb, dünyanın ilk 10 turizm ölkəsi içinə daxil olub. Türk iş adamları son 3 ildə 100 ölkədə 242 milyard dollara çatan 7 min layihə həyata keçirib, xaricdə sərmayə yatırma cəhətdən Çinin ardından dünyada 2-ci sırada yer alıb. Türkiyənin dış yardımları Monqolustandan Çili, Somalidən Krıma qədər dünyanın dördbir yanına yayılaraq 3,5 milyard dollara qalxıb.

Çanakkalala Şəhidlik muzeyinə 11 il əvvəl gələn ziyarətçi sayında ən yuxarı rəqəm illik 200 min idi, ötən il 2 milyon olub. Hər il istisnasız olaraq dövlət sektorunda çalışan vətəndaşların, eləcə də bütün növ təqaüd və sığortaların məbləği artırılıb.

Türkiyənin 153 illik röyası olan Mərmərə Layihəsi gerçəkləşib; yerin 60 metrlik dərinliyində dünyanın ən dərin sualtı tuneli ilə Asiya ilə Avropa birləşib, Pekindən Londona birbaşa dəmiryol xətti-Modern İpək Dəmiryolu açılıb. İstanbulda 46 milyard dollarlıq 3-cü Hava Alanı açılıb. Yaponiya Türkiyədə 22 milyard dollarlıq bir yatırımla Atom Stansiyasının inşasına başlayıb. İstanbul Boğazında 2,5 milyard dollarlıq layihə ilə 3-cü köprünün təməli qoyulub, Türkiyə dünyanın ən böyük enerji daşıyıcı, transit ötürücü ölkəsinə çevrilib.

12 ildə Cümhuriyyətin tarixindən bəri mövcud olandan 2 dəfədən çox-20 min kilometr uzunluğunda yeni yol inşa edilib. 80 vilayətdə 99 yeni üniversitet qurulub, 2200-dən çox yeni sağlıq mərkəzi-xəstəxana, 700 min yeni çoxmənzili yaşayış evi inşa edilib, əksər ölkələrdə bənzəri olmayan güzəştli, əlverişli şərtlərlə vətəndaşlara satılıb.

Türkiyə silahlı qüvvətləri ABŞ, İsrail, NATO-nun əlavəsindən çıxarılaraq Türkiyə Cümhuriyyəti dövlətinin iradəsinə tabe edilib, Dövlətin, Hökumətin Ordunun təlimatları ilə idarə olunması kimi acı sonuclarla da yaddaşlarda qalan qara tarix birdəfəlik arxivə göndərilib. Türkiyə silah idxalçısından ən modern hərbi təyinatlı texnikalar istehsal edən ölkəyə çevrilib. Dünyada ən müasir savaş gəmisi, tank, helikopter, raketlər hazırlayan 10 ölkədən biri halına gəlib. Davudoğlu Hökumətinin proqramına görə, 2023-cü ildə Türkiyənin mülki, hərbi hava təyyarələrinin tamamı öz istehsalı olacaq. Türkiyə qürurlu ölkə olaraq nə mərdə, nə namərdə möhtac olmayan özü-öz ehtiyaclarını büs-bütün təmin edən ölkə olacaqlar.

Hər şey insan üçün, hər şey vətəndaş üçün amalı ilə çalışan Davudoğlu Hökuməti keçən ilin sonlarında ailə dəyərlərinin qorunması, türk əhalisinin dinamik inkişafının davamlı inkişafını təmin etmək üçün dünyada misli görünməyən yeni qərarlar qəbul etdi. Dünyaya körpə gətirən analar üçün yarı zamanlı iş imkanı, yəni 8 saat əvəzinə 4 saat işləmək, amma 8 saatın pulunu almaq haqqı verən qanun qəbul etdi. İlk uşaq üçün 2, ikinci uşaq üçün 4, üç və daha çox sayda uşaq üçün 6 aylıq yarı zamanlı tam həcmdə əmək haqqı ödənir. Sonra əgər ana istəsə ki, uşaqları məktəbə gedənə qədər özü baxmaq istəyir, onda yenə qısa zamanlı çalışma imkanı veriləcək, yəni çalışdığı qədər pul alacaq, həm işini, həm imtiyazlarını saxlayacaqdır. Analar iş ya uşaq seçimi qarşısında qalmayacaqlar. Həmçinin, anaya doğulan uşaqlar üçün sıralama ilə qızıl və 300, 400, 600 lirə hədiyyə veriləcəkdir.Hökumət millətin özəyi olan ailəni möhkəmlətmək, tikinti sektorunu inkişaf etdirmək, gənclərin ailə qurmaları yolunda çətinliklərini yüngülləşdirməyə yönəlik işlər görür. Evliliyə hazırlıq üçün uşaqlarına cehiz hesabı açdıran hər ailənin 18 yaşına çatan uşağı üçün bu hesaba qoyulan məbləğin yüzdə 15-ni dövlət verəcəkdir. Eyni ilə ilk ev almaq üçün bir bank hesabı açdırıb ora pul qoyan hər kəsin qoyduğu məbləğin 15 faizini dövlət ödəyəcəkdir. Kiçik ticarətlə məşğul olan, yeni iş yerləri açan,  yox olan peşələrin  hazırlığı ilə məşğul olanlar üçün 50 faiz kredit subsidiya, 3 illik möhlətlə faizsiz kreditlər verir. Ev alanlar üçün uzunmüddətli faizsiz kreditlərin həcmi ilbəil artır. Ciftçilər üçün faiz krediti 8-dən 1-ə endirilir, tarlaçılara yanacaq, gübrə yardımı 2 dəfə  artırılır, əngəli vətəndaşlar üçün görünməmiş imkanlar açılır.

İnnovasiya həftəsi, yeni texnologiyalar həftəsi, “şüar istehsal edən deyil, fikir istehsal edən, cib telefonunu yaxşı istifadə edən gənclər deyil, mobil texnologiyasını irəli aparacaq gənclər” həftəsinin təşkili Hökumətin məram, fəaliyyət istiqamətini müəyyən edən başlıca amillərdir.

30 ildən çoxdur ki, 40 mindən çox günahsız insanın həyatına nədən olan iç savaşa, terrora son qoyan tədbirlər görülüb, 2 ildir ki, Şəhid qanı axıdılmır, televiziyaların ana xəbərləri göz yaşları ilə açılmır artıq. Ərdoğanın hər iki qızını başıbağlı olduqları üçün məktəbə qəbul etməmişdilər, örtüklə Amerikaya gedib ali təhsil alıb örtüklə də qayıtdılar, ömür-gün yoldaşı başıbağlı olduğu üçün hərbi qaydalara müvafiq olaraq əsgəri hospitalda müalicə alan bir ailə dostları ilə görüşə girməyə izin verməmiş, qapıdan geri qaytarmışdılar...Bu gün başıörtüklü xanımlar parlamentdə, siyasətdə, bələdiyyə başqanlığında, orduda ...hər yerdə özlərini azad, bərabərhüquqlu vətəndaş sayır, cəmi 7 il əvvəlin bu acı mənzərəsi də bir çox tabular kimi arxivlərə atılıb.

Bu gün Türkiyədə xalqın dəstəyi ilə qurulan, xalq üçün çalışan, xalqın etimadına arxalanan bir dövlət idarəetmə sistemi bərqərar olub. Bunun nəticəsidir ki, 2014-cü ilin 30 mart bələdiyyə seçimlərində səsvermə hüquq olan vətəndaşların yüzdə doxsanı seçki məntəqələrinə gəlib səvermədə iştirak etdi, 10 avqust Türkiyənin demokratiya tarixində yeni bir dövrün təməlini qoydu.

Türkiyə 12 ildir ki, dünyaya əxlaqlı siyasət anlayışını və nümunəsini gətirən, öz sözünü deyən, haqq, ədalət, vicdan səsi missiyasını, iradəsini diqtə etməyi bacaran söz sahibi dövlətə çevrilib.

Azərbaycanın həqiqi dostları

 Nəinki Türkiyə, həm də sivil dünya tarixində həbsdən çıxıb qurduğu partiyanı cəmi bir ilə təkbaşına iqtidara gətirən, son 12 ildə keçirilən bütün seçkilərdən səs sayısını artırmaqla sandıqdan 1-ci yerdə çıxan tək partiya AK Partidir. Bu, gənc yaşlarından liderlik yetənəklərinə, milli görüşlü dəliqanlı olduğuna görə tay-tuşları arasında “rəis” ləqəbilə çağırılan Ərdoğanın adına yazılan uğurlardır. Şübhə yox ki, bundan sonrakı şəxsi və siyasi taleyindən asılı olmayaraq, Rəcəb Tayyib Ərdoğan adını Türkiyə tarixinə əbədi yazmış dövlət, siyasət adamı olaraq qalacaqdır. Ən mötəbər reytinq sorğularında dünya siyasətinə təsir edən-etkili siyasətçilərin ilk beşliyində Ərdoğanın da adı yer alır.

2011-ci il iyulun 27-də hörmətli Ərdoğan Bakıya bir neçə saatlıq işgüzar görüşündə mənə də vaxt ayırmışdı. Büyükelçilikdə “Rəcəb Tayyib Ərdoğan” kitabımı təqdim etdim. Səmimi söhbətimizdə onun türk-islam dünyası üçün nə qədər gərəkli, dəyərli bir siyasətçi, sadə insan, Allah adamı olduğuna, Azərbaycana içdən gələn sevgisinə, Qarabağ sorunumuzun ədalətli həllinə cani-dildən səy göstərdiyinə bir daha əmin oldum.

Ərdoğanın müstəqilliyi, xarakterindəki məğrurluq, cəsarət, düşündüyünü birbaşa üzə deməyi, enerjisi, fikrində ardıcıllığı, qətiyyəti, natiqliyi, islam aləmində ilbəil yüksəlməkdə olan nüfuzu, Osmanı sultanlarını xatırladan ambisiyaları, Türkiyəni dünyada hakk etdiyi öncül yerə çıxarmaq uğrunda çabaları dünyanı yönəldən çeşidli siyasi, hərbi, ideoloji, maliyyə-bank strukturlarından gələn təlimatlara boyun əyməməsi ona hər zaman başağrısı gətirib, dəfələrlə qurulan terror aktlarından qılboyu qurtulub, partiyası bağlanmaq təhlükəsi ilə qarşılaşıb, məhkəmələrə çəkilib, təzyiqlərə məruz qalıb, survivor olaraq çıxıb. “Hürriyyət” qəzetində Türkiyənin hökumət və dövlət başçılarının ABŞ Prezidenti ilə görüşlərindən çəkilmiş fotolar verilmişdi; hamısında müti görkəmdə, fağır sözə baxan duruşda. Yalnız Ərdoğan çoxsaylı fotolarda həmişə türk-osmanlı məğrurluğunda, Kasımpaşalı  kişiləri təki dimdik dayanıb, barmaqları ilə “no” işarəti ilə yaddaşlara həkk olunub. Türkiyə yüksələn iqtisadiyyatlı, dünyada nüfuzu ilbəil artan ölkədir. Amma eyni zamanda dünyada vicdanın səsidir. Hamı susanda haqsızlıq qarşısında susmayan tək  ölkə Türkiyədir.

İllərdi ki, Türkiyədə R.T.Ərdoğan əleyhinə geniş bir koalisiya yaranıb. Ərdoğan çıxışlarında onların ünvanlarını göstərib:-seçkilərdə hər dəfə AK Parti ilə rəqabətdə uduzanlar, Türkiyədən “Van minute”nin, “Mavi Marmara”nın intiqamını almaq istəyən qüvvələr, vaiz, faiz və silah lobbiləri... Və bir də bütün erməni havadarlarının israrlı təzyiqlərinə baxmayaraq, “Qarabağda erməni işgalı sona yetmədən ermənilərlə sərhəd açılmayacaq” mövqeyində göstərdiyi qətiyyət. Ərdoğan və qurduğu AK Parti 12 ildir ki, Türkiyədə keçirilən seçkilərdə  səsini artırmaqla yarışda öndə gedir, çünki Ərdoğana 1-cilik yaraşır!

Türkiyə  Cümhurbaşkanı ötən ilin sonlarından dünyanın ən güclü ölkə liderlərinin toplantılarına rəhbərlik edir-G-20 sədridir. Və qardaş ölkənin Prezidenti  öz səlahiyyətindən istifadə edərək Azərbaycan Prezidenti İlham Əliyevi bu il ev sahibliyi edəcəyi “G-20”-nin zirvə toplantısına dəvət edib.

 Əhməd Davudoğlunun baş nazir statusunda ötən ilin sentyabrında Azərbaycana etdiyi ilk səfərdə söylədiyi bir fikir onun ölkəmizə, xalqımıza münasibətinin təzahürüdür: “Türkiyə üçün işləmək Azərbaycan üçün işləməkdir, Azərbaycan üçün işləmək Türkiyə üçün işləməkdir. Ulu öndər Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə birliyi haqqında dediyi fikirlər bizə yol göstərib. İlham Əliyev “bir millətin iki diasporu ola bilməz” deyib. Bu, Heydər Əliyevin “Biz bir millət iki dövlətik” sözünün başqa bir şəkildə ifadəsidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da deyib ki, “iki dövlət, tək millət olduğumuz qədər, eyni zamanda tək ürəyik”. Bu sözlərin arxasında bütün istiqamətlərdə qardaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən əməllər durur.

Qardaş Türkiyəmizin Cümhurbaşkanı və Başbakanının doğum günü mübarək olsun!

Uca Rəbbimdən Türkiyəmiz naminə xeyirli fəaliyyətlərinizdə Sizlərə yeni başarılar, zəfərlər diləyi ilə,

 Hacı NƏRİMANOĞLU

AYB, AJB üzvü, "Zəngəzur" Cəmiyyətləri Birliyi İdarə Heyətinin sədri

 

 

23 ildir həsrətindəyəm göz açıb, könül verib, torpağında iməkləyib ayaq açdığım Sarayımın. Gündüz xəyalımda, gecə yuxularımda ən çox gördüyüm kəndimizdi, evimizdi, bir də evimizin qabağından axan Bərgüşad çayıdı, Qubadlıya, Dondarlıya gedən yoldur. Bu yol  həm də ömrümün məktəb illərindən başlayan həyatımın sonrakı pillələrinə aparan yoldur. Düşündükcə bir daha minnətdarlıqla anlayıram ki, həyatımda az-çox qazandıqlarım üçün Ulu Yaradanıma, Ana-Atama, bir də müəllimlərimə, ilk sırada Dondarlı kənd orta məktəbinə borcluyam. Mənə heç zaman itməyən, tükənməyən, əksinə, üstünə ən etibarlı “var-dövlət” gətirən – elm, bilik bəxş edən Dondarlı məktəbinə və müəllimlərimə vəfa borcumdu bu yazı. Gəncəli Nizami: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsdən üstünlük eyləyə bilməz”. Özümü bircə bu cəhətdən bir az rahat hiss edirəm ki, arı pətəyinə bənzəyən beynimi o dünyaya içi boş aparmıram...

Eyyub-Abbasov-yazarphotoİstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur.