SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

TEYMUR ƏHMƏDOV və FƏRHAD ƏHMƏDOV

Bu 46595917gün 15 sentyabr Rusiyada yaşayan həmvətənimiz Fərhad Əhmədovun doğum günüdür, 58 yaşı tamam olur. Bu yazı Fərhad Əhmədov və atası Teymur Əhmədov haqqındadır.

 

Qubadlının Məzrə kəndində doğulub böyümüşdü. Zəngəzurun ən gözəl guşələrindən birində yerləşən bu kənddə cəmi 10-12 ailə yaşayırdı. Sıx meşələr, göz yaşı kimi büllur bulaqlar, kəndin başı üzərindəki dünya təbiətinin nadir möcüzəsi olan Kəpəz dağı bu yurda xüsusi gözəllik verirdi. Elə evlər də təbii sal qayalar üzərində tikilmişdi, özülü qayadan idi evlərin.

006 copyMəzrə ərəb dilində “əkin yeri” mənasını versə də burda əkin üçün yararlı sahə ancaq meşələr arasındakı talalar  idi. Qış gələn kimi bu dağ kəndinə gedən yollar, ətraf aləmlə  əlaqə kəsilirdi. Bu yerlər bir möcüzəydi.İnsan tək ata-anasının deyil, həm də dünyaya göz aşdığı təbiətin övladıdır.                    

Məzrəyə ən yaxın Ağbulaq kəndində yaylaq yerimiz vardı, yayın istiləri başlayan kimi bura köçərdik. Qubadlıda rayon komsomol komitəsində işləyəndə Bakıdan əmərsün planı qoymuşdular rayona. Yuxarı sinif şagirdləri-komsomolları avtobuslara yığıb düşürdük Məzrə, Şurnuxu, Ağbulaq, Şamsız, Qurdbulaq, Çayzəmi, Vağo bulağının yan-yörəsindəki meşələrə. Böyürtkəni, növbənöv cır alma, armudu… yığıb qurtarmalq mümkünsüz idi, kəkotu, qantəpər, qırxbuğumun ətri insanı məst edirdi. Allah bu yerlərə bənzərsiz gözəllik bəxş etmişdi. Məzrə və ətraf kəndlər Azərbaycana neçə-neçə dəyərli dövlət, ictimai xadim, elm, sənət adamı, inqilabçılar, çekistlərlər bəxş eləmişdi. Qəribə, həm də təbii idi ki,  rayondan çıxan, elə adları bu kitaba salınan, salınmalı olan (!) kişilərin də çoxu el arasında “dardan yuxarı” deyilən, hərəsində 10-30 ev olan  yolsuz, işıqsız, qazsız, məktəbsiz, xəstəxanasız bu kəndlərdə doğulub böyümüşdü.
İnsan təkcə ata-anasının övladı olmur, həm də dünyaya göz açdığı təbiətin övladı kimi də qanla keçən xarakterləri özü ilə işıqlı dünyaya gətirir və o insanlar da üz tutub gəldikləri şəhər, rayonlara, paytaxt Bakıya, yüksək vəzifə kürsülərinə, kabinetlərə, dövlət, hökumət işlərinə o yerlərin təmiz havasını, dağlarının ucalığını, torpağının, suyunun təmizliyini, havasının saflığını gətirmişdilər, qürur, mənlik duyğuları tək qazancları da özlərinə, doğulub böyüdükləri yer-yurdun adına gətirdikləri xətir-hörmət, ad-san olmuşdu. Bu yerlərin özünəməxsus kuralları var idi ki, bunlara hamı əməl etməli idi: böyüyə, ağsaqqal, ağbirçəyə hörmət, zəhmətə bağlılıq, cəsarət, ailə, nəsil-kök namını qorumaq…Gənc Teymur gözünü açıb bu dağların saf havası, təmiz suyu ilə böyümüşdü, qürur, mənliyini, halallığını bu dağların ucalığından, bir də atası Fərəc kişidən almışdı. Zəhmətkeş ailədə böyümüşdü, işləməkdən, şalışmaqdan yorulmazdı, tay-tuşlarının 3-4 günə gördüyü işi bir günə başa çatdırırdı, məhlələrində ot tayaları hamıdan əvvəl dikəlirdi. Balaca Teymurun əxlaqından, mərifətli oturuş-duruşundan hamı razı idi. Ancaq bu dağ kəndlərinin də bir neçə bəlası var idi, yaşamağa, oxumağa, qol-qanad açmağa imkan, şərait yox idi, cəmi 20 minə çatan Qubadlı əhalisinin ayağı yer tutan qoyun-quzu arxasından çomağını atıb böyük dəryaya Bakı və Sumqayıta üz tuturdu.

 

Zəngəzur qırğınları

1918-ci ildə böyük dövlətlərin qosqoca Osmanlı İmperiyasını yer üzündən silib pay-püş etmək planları boşa çıxmışdı. Əsrlərlə Anadolu torpaqlarında dinc yaşayıb sadiqi-millət –yəni dövlətə sədaqətli  millət adını qazanmış, dövlətin az qala bütün maliyyə-bank, xarici ticarət, xəzinədarlığını ələ keçirmiş, orduda azı 29 paşa-generalı olan ermənilər Birinci Dünya Müharibəsində Rusiya, Fransa, İngiltərə, Yunanıstan və digər böyük dövlətlərin şirnikləndirici yalanlarına aldanaraq Osmanlıya xəyanət yolunu tutmuşdu; silahlandırılmış ermənilər 7 cəbhədə xarici istilaçılarla ölüm-qalım savaşına girmiş imperatorluğa içəridən xəyanətkar saldırlara başlamışdı. Əli silah tutanları düşmənlərlə savaşa gedən Anadolunun iç torpaqları yalnız əkin-biçinlə ailəsini dolandırıb cəbhəyə də yardım  payı göndərən dinc müsəlmanların umuduna qalmışdı, onlar heç xəallarına da gətirməzdi ki, gün gələcək qonşuluqda sakit birgə yaşadıqları ermənilər birdən –birə silah qaldırıb onların qanına susayacaq, qənim kəsiləcək, körpə, qoca, qadın demədən hamını məscidlərə, mal, qoyun tövlələrinə doldurub diri-diri  yandırıb məhv edəcəklər.
Osmanlı sultanlığı hər bir dövlətin etməli olduğunu etdi: Tərcih-köçürmə qanunu çıxarıb erməniləri imperatorluğun digər bölgələrinə köçürməyə başladı.
Etdiyi xəyanətin cəzası olaraq qulağı kəsilən Andronik Uzunyanın komandanlığı ilə 10 minlik nizami erməni qoşunu İrandan keçib Qafqaza üz tutdu, Naxçıvan, İrəvanda qətliamlar edib Zəngəzurda hər 3 müsəlman türk və kürddən birini məhv edib kəndləri viran qoydu.

Çətin yollarla

 Bu vəhşiliyin ilk qurbanlarından biri də Məzrə kəndi oldu. Minlərlə zəngəzurlu ailə labüd ölümdən qurtulub aşağı Qarabağda özünə sığınacaq tapmağa məcbur qaldı. Ailəsini, doğma-əzizlərinin böyük bir qismini itirmiş balaca Teymur da Ağdamın Muradbəyli kəndinə pənah gətirdi. Qəssab Bəhramın evində nökərçilik edir, qoyunlarını otarırdı. Bir gün necə olursa canavar gözündən yayınıb qoyunlardan birini aparır. Axşam sürünü kəndə qaytaranda qəssab bundan necə qəzəblənirsə, bağlı saxladığı quduz iti açıb Teymurun üstünə buraxır, it qılçalarını parçalayır, yalnız üz-gözünü qoruymağa gücü çatır. Uşağı qan apardığın görüb naəlac qalıb kəndə yenicə gəlmiş cavan bolşevik həkimi çağırırlar. Həkim dava-dərman edib uşağı sağaldır, onun həm yetim, həm də dərrakəli olduğun görüb onu kənddə yenicə açılmış məktəbə oxumağa qoyur. Bu gəncin qabiliyyəti az vaxtda özünü göstərir, yazıb oxumaqda yaşıdlarını üstələyir, onu hüquq məktəbinə göndərirlər, qurtaran kimi müstəntiq işləyir, artıq qaynayıb qarışdığı həmkəndliləri onu yeni təşkil olunan kolxozlarına sədr seçirlər, hamı iş-gücündən razılıq edir.  Bütün maneələrə baxmayaraq yeni cəmiyyət quruculuğunun ilk çətin vəzifələrindən biri olan kollektivləşməni uğurla başa çatdırır, bacarığı yaxın-uzaq kəndlərə yayılır.


Ucarda

Tale Teymuru bu dəfə Ucarin Yuxarı Şilyan kəndinə gətirib çıxarır. Kənd camaatı yığılıb onu özlərinə kolxoz sədri seçirlər. Artıq neçənci dəfəydi ki, sədr seçmişdilər, ancaq sədr sarıdan bəxtləri gətirmirdi, gələn özünü çox da ağır zəhmətə vermədən özünü tutub gedirdi, rayonda ən geridə qalan, əməkgününə ən az taxıl, pul düşən Zərdabinin adını daşıyan bu kolxoz idi. Teymurun ilk işi camaatı yığıb açıq söhbət etməkdən başladı; halva-halva deməklə ağız şirin olmaz, könlü balıq istəyənin ayağı suda gərək, yaxşı yaşamaq üçün yaxşı da işləmək lazımdı. Özü qabağa düşdü, sədr kimi yox, əsil təsərrüfatçı əməksevərliyi ilə əlində bel, əynində işçi paltarı, günlərlə sahələri kol-kosdan təmizlədilər, əkinə yararlı vəziyyətə saldılar, yeni suvarma kanalları çəkdilər, hər kəs də Teymurun işgüzarlığını, gözü, könlü toxluğunu, ürəkdən işə can yandırdığını görüb nə desə ona arxa, dayaq olurdular, “el bir olsa zərbi kərən sındırar” deyib atalar. Cəmi 2-3 ilə Yuxarı Şilyanın siması dəyişdi, milyonçu təsərrüfata çevrildi. Burda ilk dəfə İliç lampalarını o yandırdı, xəstəxana, məktəb, idarə binası tikdirdi, kəndarası yollara asfalt döşətdi, körpü saldı, əməkgününə düşən pulu 5 dəfə qaldırmağa nail oldu, ilk dəfə Yuxarı Şilyana “Keçici Qırmızı Bayrağı” gətirdi. Rayon rəhbərliyi, dövlət idarələri, hər kəs hər yerdə bu Zəngəzurlu balasının işgüzarlığından, təpərindən, təşkilatçılıq bacarığından danışırdı.  O təsərrüfatda ciddi intizam yaratmışdı. Artıq 6-cı il idi ki, Teymur burda sədrlik edirdi.
Fəqət onu da gözü götürməyənlər, “gəlmədi” deyib ayağından çəkənlər, paxıllıqdan yuxusunu qaçıranlar da vardı, boş da  dayanmırdılar, mavrı pişiklər kimi marığa yatıb imkan gözləyirdilər. Teymurun zəif nöqtəsini də bilirdilər; haqsızlığa qarşı dözümsüz idi, mərdanə olduğu qədər də yaltaqlığı, ikiüzlülüyü görməyə gözü yox idi, nacins insanların iyrənc hərəkətlərini görəndə bəzən əsəblərini cilovlaya bilmirdi, cəzasını özü verirdi.
Pusquda durub gözləyənlərə fürsət verdi; hamının nadürüst kimi tanıdığı, illərlə islah etməyə çalışsa da, gücsüz qaldığı 2 bədzat Alışanla Məmməd aldığı tapşırıq üzrə bu dəfə yedikləri kötəkdən sonra birbaşa rayon mərkəzinə şikayətə qaçdılar, hər şey düzülüb qoşulmuşdu, bir əl yeri-bəhanə tapmaq lazım idi, o da tapıldı.
1948-ci ilin payızı idi. Teymurun sədr işlədiyi ikinci ildə tikdirdiyi yaraşıqlı kənd klubunda, əksər kəndlərin hələ həsrət qaldığı elektrik lampalarının gur işıqları altında, dünənədək içəri girən kimi hamının ayaq üstə qalxdığı, oturmamış heç kəsin yerində əyləşməyə cürət etmədiyi salonda indi onu mühakimə edirdilər. Heç kim cəsarət edib bərkdən dilinə gətirməsə də, hamı pıçıltı ilə  Teymura yapılan bu haqsızlıqdan üzülürdü, bunun qurama olduğuna inanırdı, kənddə gecə-gündüz demədən, yorulmadan gördüyü işlərin hesaba alınmadığını böyük haqsızlıq sayırdılar. Ancaq sən saydığını say…Müşavirədən qayıdan məhkəmə heyəti hokmü oxuduqca Teymurun gözləri kimə baxırdısa, utandıqlarından yerə dikilirdi, elə bil hamısı dilsiz baxışlarla “bağışla yoldaş sədr, əlimizdən nə gəlir, sənə yardım etməkdə acizik” deyirdilər. Son sözü də bir neçə kəlmə ilə söylədi: -başa düşürəm ki nə qədər nadürüstlük eləsələr də gərək səbrimi basıb dözəydim, əsəblərimi cilovlayaydım. Hökmü də mətanətlə qarşıladı. Ondan əvvəl partiya üzvlüyündən də çıxarmışdılar. Milislər də işini bilirdi, onu da rayona gətirmək üçün özləri ilə əlavə at gətirmişdilər. Nigarançılığı bircə qızı Xəzangüllə oğlu Dilsuzdan ötrü idi. Hələ indi balacadırlar, böyüyəndə nələr düşünəcəklər ataları haqqında.

 

Məhbəsdən Volqa-Don tikintisinə

Məhbusluğunu Rusiyada çəkirdi. İlk gündən Teymurun mərdanəliy, əsil kişi görkəmi onu hamıdan seçirdi, məxsusi hörmət qazanmışdı, hamı ondan çəkinir, haqlı sözünün qabağında bir söz deməyə cəsarət etmirdi, həbsxana rəisindən başlamış bütün nəzarətçilər onun burda olmasından məmnunluq duyurdu.
Ailə, uşaqlardan da elə bir ciddi narahatçılığı yox idi, tez-tez məktublaşırdı, bilirdi ki, duz-çörək kəsdiyi bir neçə dostu ailəsinə, uşaqlarına arxa, dayaq dururlar, korluq çəkməyə imkan vermirlər. Həbsxanada bir də ən çox dünyaya göz açdığı Məzrə kəndi yuxusuna girirdi, gecə yuxuya gedəndə, yuxudan oyananda özünü Məzrədə görürdü, ata-analı günlərini dönə-dönə yaddaşından keçirirdi, arada gözləri dolurdu, xəyalən kəndin eniş-yoxuşlu, qayalı, meşəli yolları ilə gəzməkdən yorulmurdu, uşaqlığının ən sevimli istirahət yeri  Çömçə bulağıydı, kəndin qoyun-quzularını otarır, bu bulağın suyundan içib dincəlir, arada böyüklərdən eşidib əzbərlədiyi mahnıları şövqlə oxumaqdan doymurdu, qoyun-quzular da bu səsə öyrəşmişdilər, əllərini yalayır, çomağına sürtünür, mürgü döyə-döyə gövşək vururdular.
Bir gün gözləmədiyi hadisə baş verdi, həmişə onun xətir-hörmətini saxlayan rəis Teymuru yanına çağırdı. SSRİ Ali Məhkəmnəsi həbsxana rəhbərliyinin təqdimatını, müsbət zəmanətini nəzərə alaraq onu cəzasının çəkilməmiş hissəsindən azad etmişdi.
Teymurun qərarı qətiydi, bu ləkəni üstündən götürməli idi. Vətənə təmiz adla qayıtmalıydı.
 Ölkədə böyük quruculuq işləri gedirdi. Hər kəs  Volqa-Don kanalının tikintisindən danışırdı, ölkənin hər yerindən bura işçi qüvvəsi axıb gəlirdi. Görünməmiş bir hadisə baş verirdi: tək Rusiyanın yox, Avrasiyanın iki nəhəng çayı insan əlinin gücü ilə birləşir, qucaqlaşıb tək bir can olurdu.
Həbsxanadan verilən zəmanətlə Teymuru dərhal işə götürdülər, ancaq hamının uzaq qaçdığı ən ağır sahəni göstərdilər, tərəddüd etmədən razılaşdı, betonçu oldu. Bir neçə həftə keçmişdi, amma onun işgüzarlığı, qazandığı hörmət artıq diqqəti cəlb etmişdi, briqadirliyə irəli çəkilmişdi. Kanalın ən qabaqcıl betonçular briqadası Teymur Əhmədovun başçılıq etdiyi briqada idi. Qəzetlər sosializm yarışının qalibi olan Teymur və briqadası haqqında dəfələrlə yazı vermişdi. Volqa-Don Kanalının vaxtından əvvəl istifadəyə verilməsində, tikintidə rəşadətli əməyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1952-ci il 4 oktyabr tarixli Fərmanı ilə təltif edilən, qəzetlərin 1-ci səhifəsində dərc olunmuş Fərmanda  Teymur Fərəc oğlu Əhmədovun da adı var idi. Ona verilmiş xasiyyətnamədə isə düz 77 dəfə təşəkkür aldığı yazılmışdı, xeyli pul da hesablanmışdı. Tikinti rəisi:-sənin bu tikintidə böyük əməyin oldu, heyf ki sənin kimi bacarıqlı təşkilatçılar bizdə çox azdır,-demişdilər. Briqadasının üzvləri onu həm sevinclə, həm də ayrılıqdan doğan kədərlə yola salırdılar.

 

Bərdədə

     Bu illərdə kifayət qədər düşünmüşdü və qərar vermişdi, artıq Ucarda qalmayacaqdı. Bərdəyə getməyə qərar vermişdi. Ailəsini də götürüb Bərdəyə köçdü. Uşaqlarının anası qayıdan gündən ona mənəvi dayaq oldu:-müstəntiqlik, ya sədrlik alnına yazılmayıb ki, nə iş versələr işlə, sən bizim üçün həminki Teymursan, bunu bil. Başını düz tut, bax biz də sənin adınla, sinəndəki ordenlə öyünürük. Həyatın enişi də, yoxuşu da var.
Raykomun 1-ci katibi onu dərhal tanımışdı. Sənədlərinə, sinəsindəki ordenə baxanda üzünə təbəssüm qondu, bir daha təsərrüfata qayıtmaq fikrində olmadığına əmin olandan sonra.:-görürsənmi Bərdədə nə qədər təzə tikintilərə başlamışıq, sizin təcrübəniz bizə lazım olacaq. Bax, o ilk ikimərtbəli binanı sən tikəsən.
Çamadanında özü ilə gətirdiyi betonçu geyimini əyninə geyib səhəri fəhlələrlə birlikdə işə çıxanda çoxları bu canlı-cüssəli insana qəribə şübhə ilə baxdılar, ancaq onun ən ağır işləri necə həvəslə, səliqə-sahmanla, zövqlə aşırması hamını heyran edirdi, artıq 2 növbədə işləyirdilər, bina  vaxtından 3 ay əvvəl tikilib istifadəyə verildi.
-Füzulinin Horadiz kəndində pambıq zavodu tikilməlidi, həm də sürətlə, tikinti rəhbərliyi bu işin sənə həvalə edilməsini istəyir. Teymur ailə, uşaqlardan ayrılmağın ağırlığını göz önünə gətirsə də, tərəddüd etmədən razılaşdı:-madam ki məsləhətdi, gedərəm.

 

Yenidən Ucarda

     1955-ci ilin noyabrı idi. Artiq zavodun tikintisi başa çatırdı. Teymur Bərdəyə uşaqlara baş çəkmyə gəlmişdi. Təzəcə rahatlanmışdı ki qapı döyüldü, Teymur qonaqları dərhal tanışmışdı; Ucardan gəlmişdilər, sayılb seçilən ağsaqqallar İbrahim kişi, Novruz baba, Hüseyn müəllim onunla mehriban görüşdülər, söhbəti onların kəndi ilə bitişik Yuxarı Şilyanda Teymurun gördüyü işlərdən saldılar, məqsədlərini də dedilər:- Biz 500 evli Bağbanbərgüşad camaatının bir istəyini sənə çatdırmağa gəlmişik, səni özümüzə sədr seçməkdə qərarlıyıq, rayon rəhbərliyinə də qərarımızı bildirmişik, əgər razılaşırsa biz ikiəlli razıyıq deyiblər. Səninlə də duz-çörək kəsmişik, inanırıq ki yaşımızın bu vədəsində bizi əliboş geri qaytarmayacaqsan...Yaman yerdə axşamlamışdı Teymur. Nə qədər desə də   səbirsizəm, yaramazlıqlara qarşı laqeyd qala bilmirəm, nə gizlədim əvəlkindən də əsəbi olmuşam, çiy insanları, bəd əməlləri görəndə dözə bilmirəm, nə edim mən də bu xasiyyətin sahibiyəm, o kəndin də təsərrüfatı ağır gündədi, iş çoxdu orda, mənim də bilirsiz ki alayarımçıq işlə aram yoxdu, bir işə əl qoydumsa geri dönüş yoxdur…Söhbət gecəyarıya qədər uzandı, hamısı vəd verdi ki, səni özümüz qoruyub saxlayacağıq, üz-üzə gəlməyə qoymayacağıq, danışmışıq hamı deyir Teymur hara daş qoysa, biz ora baş qoyacağıq, bəsdir daha rayonda ən geridə qalan təsərrüfatlardan, ən kasıb yaşayan camaatdan biri biz olmuşuq, bir qabağa düşən layiqli insan dərdindən. Bərgüşad, Bağbanbərgüşad kəndlərinin adını Teymur ilk dəfə eşidəndə ürəyində bir doğmalıq yaranmışdı; bu adlar onun üçün doğma idi,  doğulub böyüdüyü Qubadlı torpağının kəndləri bala anasına sığınan kimi Bərgüşad çayının sağ-sol sahillərinə səpələnmişdi, Bərgüşad çayı yüz illər idi ki, bu ellərə laylay deyən ana timsalındaydı, bu yerlərin xeyir-bərəkəti idi, Qubadlı, Zəngilan, Laçın, Cəbrayının böyük bir hissəsi tarixdə Bərgüşad mahalı kimi tanınmışdı. Teymur hardasa fəhmlə duyurdu ki, ata-baba yurdu ilə bu kəndlərin əlaqəsi olub, yəqin yaylaq, qışlaq gediş-gəlişi olubmuş, hər halda eyni kökdən olduğu şübhəsiz idi.
Teymur dilində  nə qədər yox desə də, incikliyini gizlətsə də, fikri-xəyalı Bağbanbərgüşadın, “Qırmızı Oktyabr” kolxozunun əkin-biçinə tamarzı qalan gen-bol torpaq sahələri üzərində gəzirdi, ağappaq pambıq tarlalarını gözləri önünə gətirirdi, dilində yox desə də artıq xəyal quşu o yerlər üzərində cövlan vururdu. Yuxarı Şilyanda işləyəndə də bir neçə dəfə yana-yana fikrindən dilinə gətirmişdi ki heç insafdı bu boyda torpaqlar bomboş qalsın. “Yaxşı, razıyam!” Qərarını deyəndə hər üç ağsaqqalın dilindən sevinc dolu səs eyni anda çıxdı, Teymurun əllərini sıxıb kövrək təşəkkürlərini yetirdilər:-bilirdik ki bizi əliboş geri qaytarmazdın, çox inanır bizim camaat sənə, onlara da söz vermişdik ki, razı salacağıq səni.
-Bir həftəyə zavodu təhvil verib gəlirəm, sözümüz sözdür-dedi.
Hər üç ağsaqqalın sifətindəki təbəssümü görmək onun özünə də xoş idi. Sübh tezdən onları Ucara yola salıb özü də heç bazar günü də istirahətini də atıb Horadizə qayıtdı.
…Rayonda hamı Teymurun Küdrü düzünün altın üstünə çevirib, sıx meşə kimi kol-koslardan təmizlədiyindən, ətraf kəndlərdən də xeyli texnikanı icarəyə götürüb burda ikinci maşın-traktor stansiyası düzəltməyindən danışırdı, çoxları inana bilmirdi ki, indiyədək əkin üzü görməyən 450 hektar yabanı düzdə pambıq əkmək olar. Teymur isə gələn ilin toxum tədarükünü görürdü, təzə suvarma kanalları çəkdirirdi, camaatın gücün səfərbər edib kənddə yeni binalar tikməkdə idi, hamıya da sözünü demişdi, kolxoz heç kimə bir qəpik də borclu qalmayacaq, əməkgünləri də dəqiqliklə qeydə alınırdı. Elə bir  ruh yaratmışdı ki, hamı yalnız sabahın işi barədə düşünürdü.
Teymurun “Qırmızı Oktyabr”da sədrliyinin ikinci iliydi; kolxozun köhnədən qalma 2 milyon manat borcunu ödəyib dövlətə 750 əvəzinə 1000 tondan artıq  pambıq təhvil vermişdi. Bölünməz fonda 3 milyon manat yığılmışdı, qonşu Zərdabi kolxozunu da geridə buraxmışdı, Keçici Qırmızı Bayraq növbəti ildə “Qırmızı Oktyabr” kolxozunda idi, hər kolxoz onlarla  yarışmağa cürət etmirdi.
Teymur partiyaya bərpa olunmuş, Rayon Partiya Komitəsinin Plenum üzvü, Rayon Sovetinin deputatı seçilmişdi.


Göyçay

     Teymur Ucarda özünü təzədən təsdiq etmişdi, indi irəli getmək olardı, onu çoxdandı ki dostları Göyçaya çağırırdılar. Burda onu gözləyirdilər. Teymurun həyat, iş təcrübəsinə ehtiyac var idi. Həm də Teymur da artıq Ucarda istəyini etmiş, 2 geridə qalan təsərrüfatı düz yola, hamar relslər üzərinə çıxarmış, özündən sonra bacarıqlı kadrlar yetişdirmişdi. Nigarançılığı yox udi, başladığı işin uğurla davam edcəyinə şübhəsi yox idi.
Xeyli vaxt idi ki, Göyçayda bir zavod tikib bu yerlərin bol narından məhsullar hazırlayıb respublikanın sərhədlərindən kənara çıxarmağı düşünürdü, həmişə düşünürdü ki, nə zamana qədər Azərbaycan ucuz xammal bazasına çevriləcək, niyə Azərbaycan torpağında yetişdirilən məhsullar Gürcüstan, Ermənistanda emal edilib o respublikalara şöhrət gətirəcəkdir, nədən bizdə də emal, istehsal obyektləri olmasın, minlərlə ton nar Rusiya yollarında, bazarlarda zay olur, sahələrdə tökülüb qalır. Elə Mərkəzi Komirtənin son plenumunda da Azərbaycan rəhbəri bu məsələləri qarşıda təxirəsalınmaz vəzifə kimi qoymuşdu.
Teymurun qərarı qəti idi, Göyçayda onu yeni işlər və haqsız yerdən ən ağır cəza gözləyirdi...Ancaq Əlahəzrət Zaman illər sonra Teymur Əhmədovun təmiz adını özünə qaytaracaqdı...
   

2-ci bölüm

 

150Fərhad Teymur oğlu Əhmədov-ilk azərbaycanlı Senator, milyarder


Teymur nədənsə uşaqların arasında ən çox Fərhada inanırdı. Fərhad da onun kimi fərasətli, işgüzar, qürurlu, cəsarətli, risqi sevən, qarşıya qoyduğu məqsədə çatmaqda israrlı idi. Anasına da demişdi ki, Fərhada ümidim böyükdü, bundan nə isə çıxacaq.
Fərhad 15 sentyabr 1955-ci ildə dünyaya göz açıb, uşaqlığı Göyçayda keçib, orta məktəbi orada oxuyub. Çünki ailəliklə burada yaşayırdılar, atasının gecəsi-gündüzü yox idi, Göyçay nar qəbulu, emalı müəssisəsini yox yerdən qururdu, minlərlə ailə bu zavoda ümidlə baxırdı, qonşu Ucarda onun gördüyü işlər, bacarıqlı təsərrüfatçılığı barədə hamı məlumatlı idi, indi də Göyçayda ona inanıb nar bağlarını genişləndirməkdə idilər.


Uğurlar, labirintlər

...1969-cu ildə atasını itirdikdən sonra Fərhad məktəbi atır və 1970-ci ildə 15 yaşında ikən Moskvaya gedir. Çilingər-mantajçı peşəsini öyrənir və işləməyə başlayır, ailələrinə məktub yazaraq ona heç zaman pul göndərməməyi, ondan yana arxayın qalmağı söyləyir. Hərbi xidməti bitirdikdən sonra iki ali təhsil məktəbini bitirib texnoloq-əmtəəşünas və neft-qaz mühəndisi ixtisasları alır, aspiranturanı bitirir. Moskvada iqtisadiyyat üzrə dissertasiya müdafiə edib alimlik dərəcəsi alır. Beynəlxalq Texnologiya Elmləri Akademiyasının müxbir üzvü seçilir. 1986-cı ildə İngiltərəyə gedir. Burda da nüfuzlu biznes universitetini bitirir. Artıq 30 yaşı olan bakılı emiqrantın böyük həyat təcrübəsi var idi. Londonda olanda ilk 2 ili xəz ticarəti -xəz məhsullarının Avropaya satışı ilə məşğul olur. Amma “Yaşılların” təzyiqlərindən sonra xəzlərə təlabat azalır
və biznesmen SSRİ-dən neft və neft məhsullarının eksportu ilə məşğul olur. Əməliyyatları isə özü yaratdığı “Tansley Trading Limited” şirkəti vasitəsilə həyata keçirdir. 1990-cı illərin əvvəllərindən Fərhad Bakı ilə də əlaqə qurur. 1989-cu ildə Xəzər şelfinin öyrənilməsi üçün konsorsium yaradılır. Bu layihə Fərhad Əhmədovun həyatında ilk ciddi layihə olur. Konsorsiuma “Amoco Eurasia” və injinirinq şirkəti olan “McDermot”u cəlb edir. Yanvar-may aylarında konsorsium (AİOC) 3,9 milyon ton neft hasil edir.
1991-ci ildə “Tansley”  “Qazprom”un müəssisələrinə müasir avadanlıqlar çatdırmağa başlayır.  Kipr şirkəti olan REDİ Holdings LTD-nin sahibi Fərhad Əhmədov Nortqazın 49% səhmlərini alır. Biznesmen “Nortqaz” şirkətini 1993-cü ildə qurur. Boyuk layihəyə şəxsi investisiyasın qoyur. 1999-cu ildən Prezidenti olduğu “Nortqaz”ı sıfırdan başlayaraq irəli aparır və ağır krizisdən çıxardır. Qazpromun burdakı payını 51%-dən 0,5%-ə endirir.Tezliklə “Nortqaz” nəhəng biznes qurumuna çevrilir və Rusiyanın 50 ən yaxşı şirkəti siyahısına düşür. F.Əhmədov Farco Securities İnvestment şirkətinin idarə heyətinin sədri seçilir,  “Neftqazovaya vertikal” jurnalını təsis edir.  
2010-cu ildə Nortqazın qaz hasilatı 3 mld kub.m, 2011-ci ildə isə bundan 1 mld kub.m artıq olur. Şirkətin qaz ehtiyatı 304 mld kub.m və 70 mln ton kondensat təşkil edir.
1998-ci ildə Rusiya iqtisadiyyatını sarsıdan dərin böhran  “Nortqaz”ı təzəcə ayaq üstə durmaq istəyəndə vurdu. Yalnızın  şirkət rəhbərinin ağıllı liderliyi,  “Nortqaz” ölkənin bütün neft-qaz sənaye istehsalın effektifliyini, yeni texnologiyanın tətbiqi sayəsində 1-ci olaraq ən az itki ilə çıxdı. Artıq 2001-ci ildən istehsalı tam gücü ilə bərpa edən  şirkət 2003-cü ildə 5 milyard kubmetr qaz və 1 milyon ton kondensat hasil etdi, növbəti illərdə bu göstəriciləri ikiqat yüksəltdi. Şimali Urenqoy yataqları təkcə Rusiya yox, dünyanın analoji mədənlərindəki standartlarından 3 dəfə ucuz məhsul verirdi. Şirkət dalbadal bir neçə yüksək mükafatlara layiq görüldü.Ancaq “Qazprom” tərəfindən yaradılan süni maneələr, haqsız məhkəmə süründürmələri, ən yüksək instansiyalardan gələn ardıcıl təzyiqlər “Nortqaz”ın yüksəlişi önünə sədd çəkirdi. Ona görə də şirkət 10 iyun 2005-ci ildə “Qazprom”la bütün məhkəmə mübahisələrini qarşılıqlı şəkildə nizama salmağa razılaşır, “Nortqaz”ı birgə idarə etməyə, layihələrdə birlikdə çalışmağa  razılaşır, Əhmədov “Nortqaz” səhmlərinin 51 faizini əvəzsiz olaraq “Qazprom”a verir. Ancaq bunlar da onun milyarderliyinə xələl gətirmir. Fərha Əhmədovun mülkiyyəti “Finance” və “Forbes” jurnallarının da reytinq cədvəlində göstərildiyi kimi,  1,5 milyard dollarla 2007-ci ilin əvvəlinə Rusiyanın “Qızıl 100”də 44-cüsü olur. Bu mövqeyini yenə də saxlamaqdadır.

 

Senator

2004-2009-cu illərdə  Krasnodar vilayəti administrasiyasından Rusiya Federasiyasının federal şurasına üzv-Senator seçilir. Avropa Ölkələri Parlament Assosiasiyasının, Rusiya Federasiyası və Azərbaycan Milli Məclisi parlamentlərarası komissiyanın üzvü olub.
 

Ailə vəziyyəti: 3 övladı-bir qız, iki oglu, 1 nəvəsi var.
3 dil bilir: rus, azərbaycan və ingilis.

Xobbisi:  Ovçuluq

 

Fərhad Əhmədov düşüncəsi öz dilindən
Müsahibə
Anti-kommunist və anti-sovet düşüncəli gənc

      Uğur qazanmağın heç bir hazır formulu yoxdur. Yəni o cür hazır verilənlər mövcud deyil ki, riyaziyyatda olduğu kimi onu formulda yerlərinə yazıb nəticə əldə edəsən. Bu, müxtəlif şərtlərdən, fərqli situasiyalardan, hər bir insanın şəxsi keyfiyyətlərindən, taleyindən və digər məsələlərdən asılıdır. Vaxtilə bizim hamımızın yaşadığı nəhəng dövlət var idi, indi yoxdur. Bu dövlətin dağılması ilə bərabər insanların bir çoxu öz həyat tərzini, istiqamətini dəyişdi. Praktiki olaraq insanların həyatında psixoloji, siyasi dönüş nöqtəsi yarandı, fərqli dəyərlər formalaşdı. Kommunist irsi insanların şüurundan çıxmağa başladı. Onu deməliyəm ki, anti-kommunist və anti-sovet düşüncə tərzi məndə hələ uşaq olarkən formalaşırdı. Dərk edirdim ki, bu sistem insan psixologiyasına ziddir. Təbii ki, şərait dəyişəndə mən birinci irəli çıxanlardan oldum. Bizim hamımızın içində olduğumuz və kommunist bayrağı altında ümumxalq rifahına doğru üzən gəmi batdı, xilas olanlar və sahilə çıxanlar isə ən güclülər oldu. Sahillər isə fərqli idi. Məsələn, mən özümü Londonda gördüm, kimsə daxildə qaldı, kimsə başqa istiqamətdə yol aldı. İstənilən halda insanın bu dünyada qoyduğu iz heç də onun maddi imkanları ilə ölçülmür, bu iz həyatda insanın gördüyü işlər nəticəsində yaranır. Hansı ki, həmin işlərə qiyməti də xalq və tarix verir.

 

Rusiyada və dünyada senator olan ilk azərbaycanlı

Hazırda yaratdığım şirkətə, “Nortgaz” şirkətinə rəhbərlik edirəm. Bundan əvvəl Rusiya Federasiya Şurasında senator kimi 5 il fəaliyyət göstərdim. Bilirsiniz, Rusiyada senator seçkilidir. Krasnodar vilayətini yuxarı palatada təmsil etmişəm. Bu, təxminən 5 milyon adamın yaşadığı regiondur, əhalisinin 600 min nəfər yaxını ermənidir. Buna baxmayaraq mən həmin regiondan praktiki olaraq 98 faiz səslə seçilmişdim. Krasnodar vilayətini təmsil etmək maraqlı idi. Mən senator kimi əlimdən gələni etdim ki, Rusiya Qış Olimpiya Oyunlarının Soçidə təşkil etmək hüququ qazansın. Qanunvericilik təşəbbüsünə gəldikdə isə bir çox mühüm qanunların qəbulunda rolum olub. Özümü tərifləmək istəmirəm, ancaq təvazökarlıqdan uzaq olsa da deyə bilərəm ki, Rusiyada və dünyada senator olan ilk azərbaycanlı mənəm. 5 illik senatorluq müddətimi də qanunun tələbinə görə, 2009-cu ildə başa vurdum. Ümid edirəm ki, bu statusda sonuncu azərbaycanlı olmayacağam.
     .

“Dağlıq Qarabağ”ın açarı Rusiyanın əlində deyil

Rusiya-Azərbaycan münasibətləri çox yüksək səviyyədədir
Dövlətlər arasında nə qədər ziddiyyətlər olsa da, onların maraqları toqquşsa da siyasi rəhbərlik arasında şəxsi münasibətlərin dövlətlərarası münasibətlərdə böyük rolu var. Məsələn, məşhur Karib böhranı zamanı Xruşşovla Kennedi öz aralarında telefon danışığı aparmasaydılar, atom bombası partlayardı. Dövlət başçıları arasında şəxsi münasibətlərin dövlətlərarası münasibətlərdə ciddi rol oynadığına dair başqa misallar da gətirə bilərəmBilirsiniz, mənim düşüncə tərzim başqadır, informasiya bazam da sizin informasiya bazanızdan mütləq şəkildə fərqlidir. Rusiyanın əlində sizin qəzetin də, başqa nəşrlərin də tez-tez yazdığı “qızıl açar” yoxdur. Ermənistanın özündə hakimiyyət birmənalı deyil. Baxın, Sərkisyanın prezident seçilməsi üçün nə qədər adam güllələndi, nə qədəri həbsxanalara dolduruldu, fövqəladə vəziyyət tətbiq edildi və s. Ermənistanda Qarabağ münaqişəsi başlayandan indiyə qədər hakimiyyətdə olan prezidentlərin tarixçəsinə baxsaq görərik ki, sizin sualınızda deyildiyi kimi, məsələnin kənardan təsirlə həllini təsəvvür etmək çətindir. Vaxtilə Ter-Petrosyan ətraf rayonları boşaltmağa razılıq verəndə onu devirdilər, daha sonra prezidentlər arasında razılaşmaya az qalmış Ermənistan parlamentində spikeri, baş naziri, digərlərini güllələdilər. Nəticədə hər şey pozuldu. Ermənistanda mütləq hakimiyyət mövcud deyil, bir nəfər hər şeyi həll etmir, diaspor amili var. Özü də yekcins olmayan diaspor. Rusiya, ABŞ, Fransa və başqa ölkələrdəki erməni diasporunun hərəsinin öz maraqları var. Əgər xaricdəki erməni diasporunun strukturuna və onların hər birinin Ermənistandakı hakimiyyətə təsir imkanlarına baxsanız, o zaman sualınıza cavab ala bilərsiniz. İkincisi, Rusiyanın əlində çoxlarının fikirləşdiyi kimi o “qızıl açar” yoxdur ki, onun köməyi ilə bir anda Qarabağ məsələsini həll etsin. Bəli, vaxtilə SSRİ dağılmaq mərhələsində olanda kimlərsə bu münaqişəni alovlandırmaqda maraqlı idi. Özü də belə qüvvələr təkcə Rusiyada olmayıb. Məndə məxfi materiallar var. Onların əsasında deyə bilərəm ki, hələ SSRİ-nin dağılmasından 12 il əvvəl - 70-ci illərin sonlarında ABŞ-da sovet respublikaları ərazisində etnik münaqişələri qızışdırmaqla bağlı planlar hazırlanırdı. O cümlədən Qarabağ münaqişəsini. Sonradan Qorbaçovun hakimiyyətə gəlməsi ilə mərkəzi hakimiyyət zəifləyəndə bu planlar işə salındı. Diaspor vasitəsilə Ermənistana və Dağlıq Qarabağ ermənilərinə təsir göstərildi, onlar da Azərbaycan ərazilərinin işğalına başladılar. Sizin sualınıza geri qayıdaraq deyə bilərəm ki, bu gün Rusiyanın siyasəti birmənalı deyil. Rusiya üçün həm Ermənistan, həm də Azərbaycan mühümdür. Şübhəsiz ki, Rusiya kapitalı bu gün Ermənistanda daha çox təmsil olunub, dəmir yollarından tutmuş telekommunikasiyaya qədər bütün sahələr Rusiyanın əlindədir. Ancaq Rusiya bütün bunlardan heç bir divident götürmür. Təbii ki, siyasi divident başqadır. Mən başqa məsələyə də toxunmaq istərdim, Ermənistanla Türkiyə arasında sərhədlərin açılması məsələsinə. Sizə tam əminliklə və təminatla deyə bilərəm ki, Rusiya bu təşəbbüsün müəllifi deyildi. Bu, tərtəmiz Amerika layihəsi idi. Obama seçkiqabağı dövrdə “erməni genosidi”nin tanınması ilə bağlı verdiyi vədi yerinə yetirə bilmədiyi üçün bunu erməni-türk barışığı layihəsi ilə kompensasiya etmək istəyir. Bəli, sonradan bu layihə Rusiya tərəfindən də dəstəkləndi. Ancaq Rusiya onun fərqindədir ki, Ermənistanın Türkiyə ilə sərhədlərini açmaq istəyənlərin maraqları nədir. Bununla Ermənistana NATO-ya üzvlük üçün bilet vermiş olurlar, təbii ki, Rusiya buna laqeyd qala bilməz.

 

Mən Azərbaycana heç də biznes qurub gəlir götürmək üçün gəlməmişəm

 Dünyada 200-dən çox ölkə var, onun azı 10 faizi bir-biri ilə rəqabət aparır ki, kim gəlib bizə investisiya qoyacaq. Məsələn, dünən Dubaydan istirahətdən qayıtmışam. Şəhərin ən yaxşı yerlərində mənzilin kvadratmetri 2000-2500 dollardır, özü də içində mebeli, hər şəraiti, yaxınlıqda dəniz, park, məktəb, uşaq bağçası... Ancaq alan yoxdur, tikinti bumu yatıb, vaxtilə tikiblər, indi boşdur. Şəhər mənə Xirosimanı xatırlatdı, təsəvvür edin, şəhər az qala başdan-başa dayanmış qaldırıcı kranlardan ibarətdir. İş yoxdur, tikintilər dayanıb, əvvəl dörd növbədə işləyirdilər, indi bir növbə üçün iş tapılmır. Az qala yalvarırlar ki, xarici investorlar gəlib ora pul qoysun. Xeyli ölkə var ki, “Əhmədov, ayağının altına qırmızı xalça səririk, hər cür dəstək veririk, buyur gəl, bizdə iş qur” deməyə hazırdır. Ancaq mənə maraqlı deyil.

 

Məni yalnız Azərbaycan çəkir. Çünki bura mənim vətənimdir, o zavod vaxtilə mənim atamın olub.

Bu həm də insan genetikasından, yaddaşından irəli gələn məsələdir, ondan heç yana qaça bilməzsən. Balıq var ki, okean axınlarına düşür, 10-12 min kilometr üzür, ancaq həmişə ölmək üçün yarandığı yerə geri qayıdır. Eşitdiyimə görə, Meksikada da bu cür kəpənək növü var, hara uçursa uçsun, həmişə ölmək üçün dünyaya gəldiyi yerə qayıdır. Əlbəttə, mən hələ bu fikirdə deyiləm, gəncəm, cəmi 54 yaşım var. Lakin vətənə qayıdıb iş qurmaq mənə maraqlıdır. Özü də məhz nar emalına. Çünki nar bizim milli simvollarımızdan biridir.

 

 O zavodu dirçəltmək mənim həm də mənəvi borcumdur, atanın yarımçıq qalan arzularını sona çatdırmaqdan gözəl nə ola bilər…

Bu zavodun əsasın atam qoymuşdu. 1960-cı illərdə atam narın məkanı Göyçayda bir tədarük məntəqəsi yaradıb, nar və digər  meyvə, tərəvəz məhsulları qəbul edir. O zaman təbii ki xüsusi mülkiyyətdən söhbət gedə bilməzdi. Bu müəssisə də dövlət meyvəçilik, bağçılıq komitəsinə tabeydi. Çox bacarıqlı təsərrüfatçı olan atam 1966-cı ildə burda müxtəlif çeşiddə sok məhsulları emal, istehsal edən sex də yaradır, o illərdə  «Şelli mələsi», «Bala Mürsəl», «Аzərbaycan gülövşəsi”, “Nazik qabıq”, “Qırmızı qabıq” və başqa adda məhsullar çox məşhur idi. “Göyçay” deyəndə ilk növbədə nar yada düşür, nar dünyanın çox az ölkəsində bitir, bu da təbiətin bu torpaqlara səxavətinin bir simvoludur. 80-ci illərin əvvəlində bu müəssisə modernləşdi, faktik olaraq yenisi tikildi, bu SSRİ-də yeganə nar zavodu idi, saatda 15 ton məhsul emal edə bilirdi. Xaricə də çıxarılırdı, 2 qızıl medal da qazanmışdı, biri Almaniyada-“Erfrut-78”, o biri Bolqariyada- “Məhsul-86”. 81-ci ildə İsveçrədə “Passi-Ey Ci” laboratoriyasının keçirdiyi beynəlxalq sərgidə  Göyçay Konserv zavodunun nar soku təbii fiziki-kimyəvi tərkibinin xarakteristikasına görə 20 ballıq göstərici üzrə 18 bal toplayaraq 1-ci oldu, Kaliforniyanın zavodu 14, 5 balla 2-ci yerdə olmuşdu. Mən daim izləyirdim, maraqlanırdım bu zavodun taleyi ilə. SSRİ-nin dağılması ilə bu zavod da faktik olaraq iflic oldu, fəaliyyətini dayandırmış, qapıları bağlanmışdı.  

 

“AzNar”, “Grante”-Azərbaycanı dünyada tanıdan yeni brend

2006-cı ildə mən atamın xatirəsini, yarımçıq qalmış arzusunu başa çatdırmaq üçün “AzNar” MMC yaradıb bu müəssisəni aldım, xarici ölkələrdən son texnologiyalar alıb gətirib quraşdırdım, yeni nar bağlarının salınmasına başladım, bağbanları, fermerləri bu işə cəlb etdim, ənənəni yenidən dirçəltdik. Bu işə yardımçı olanlar arasında vaxtilə atamla birlikdə çalışmış insanlar da var. Qarşıya qoyduğum məqsəd-100 faiz natural “Grante” Göyçay nar şirəsini dünyanın 1  nömrəli brendinə çevirmək. Yenə deyirəm, bu mənim üçün hobbi və borcdur. Atamın xatirəsi üçün bundan artıq nə isə etməyi tapa bilmədim, artıq bu müəssisədən mindən çox ailə birbaşa gəlir götürür, iş yerlərinin sayı ilbəil artır, Azərbaycanın bir regionunda ən məhsuldar nar sortları yetişdirilir, növləri yaradılır. “AzNar” indi dünyada aparıcı nar istehsalçısı və ixracatçısına çevrilir. Müxtəlif beynəlxalq sərgilərdə iştirak edib və qızıl medallara, diplomlara layiq görülüb. Öz məhsullarını “Grante” markası altında dünyanın müxtəlif ölkələrinə ixrac edir. "Qrante" nar soku 2008-ci ildə beynəlxalq  "Təhlükəsiz Bioloji Məhsul” sertifikatını, fevral 2009-cu ildə 37 ölkənin iştirak etdiyi 16-cı beynəlxalq sərgidə “İlin Ən Yaxşı Məhsulu” qızıl medalını alaraq keyfiyyət və tələbat nominasiyalarında da 1-ci olub. Yeni uğurlar hələ qarşıdadır. Düşünürəm ki, bacarıqlı təsərrüfatçı, təşkilatçı, yenilikçi olmuş atam indiki bazar iqtisadiyyatı dövründə yaşamış olsaydı, bəlkə də məndən də böyük uğurlar qazana bilərdi, Azərbaycan, Göyçay üçün belə işlər görərdi.
 Ancaq bəzən də düşünürəm ki, atam doğulub böyüdüyü, ilk uşaqlıq illərini keçirdiyi və çox sevdiyi, hər zaman həsrətini çəkdiyi Zəngəzurun, Qubadlının, Məzrə kəndinin işğal altında qaldığına da dözə bilməzdi, heç zaman bunu qeyrət və mənliyinə sığışdıra bilməzdi, dözə bilməzdi bu ağrı-acıya.

 

Əlbəttə, bu təkcə vətənpərvərlik məsələsi deyil, Vətənimdə iş qurmaq mənə maraqlıdır

Bu zavodun yenidən qurulmasına, texnologiyaların cəlb edilməsinə, nar plantasiyasının salınmasına indiyədək haradasa 32 milyon dollarım gedib. 10-15 milyon da qoyulacaq. Mən Azərbaycanda yaradılmayan şeyi, yeni brendi yaradıram. Azərbaycanda hər şey var, ancaq brendlər, yəni ölkəni dünyada tanıdan markalar yoxdur. Neft brend deyil axı... Azərbaycanın çıxardığı neft dünyanın tələbatının heç 1 faizini də ödəmir. Ancaq ölkənin büdcəsinin 75 faizi neft hesabına formalaşır. Bu baxımdan bizim zavodun istehsal etdiyi nar şirəsi brend kimi dünyada tanınacaq, çünki biz yüz faiz təmiz nar şirəsi istehsal edirik, həm də çox keyfiyyətli. Cəmi 2 ildir fəaliyyət göstəririk, ancaq bir çox ölkələrdə Azərbaycana şöhrət qazandıra bilmişik. Doğrudur, əsl brendin yaranması üçün bu müddət çox azdır, marka yaratmaq, onu dünyaya tanıtmaq üçün bəzən 20 il lazım olur. O biri tərəfdən götürəndə aydındır ki, biznes quran, investisiya qoyan şəxs gəlir götürmək məqsədi daşıyır. Ancaq indiki halda bu biznes mənimçün ancaq minusdur, yəni heç bir gəlir götürmürəm, yalnız pul qoyuram. Hesab etmirəm ki, yaxın 2-3 ildə də gəlir götürəcəyəm. Bəli, mən bütün problemləri, korrupsiyanı, mövcud sistemi görürəm. Ancaq bütün bunları keçmişin qalıqları sayıram...
Biz iki nəhəng inqilab keçirmişik. Mən siyasi inqilabları nəzərdə tutmuram. Birincisi sənaye inqilabı olub, XIX əsrin ortalarında. İkincisi texnotron, elektron inqilabdır. Bax elə indi siz oturmusunuz və bununla (masa üzərindəki rəqəmli diktofonu göstərir-müəl.) söhbəti yazırsınız. Bax bu, insan şüurunda texnotron inqilabdır. Elə dövr yetişdi ki, insanların icad etdiyi maşınlar onların özündən ağıllı oldu, yəni maşınlar bizi idarə etməyə başladı. Ancaq insan əsrlər əvvəlki yaddaşına qayıdanda ruhlanır, enerji alır...


Mən həmişə öz həmyerlilərimizə deyirəm ki, qayıdın Azərbaycana, orada iş qurun.

İndi mən gəlmişəm, düzdür, tez-tez geri qayıtmalı oluram. Ancaq hər dəfə bura gəlməklə zövq alıram, bir gün dənizin qırağında gəzirəm, o biri gün Göyçaya nar plantasiyasına baş çəkirəm, bir gün dostlarımla ova çıxıram. Təsəvvür edin, əslində Dubaydan ayın 12-də gəlməli idim, ancaq bir gün qaldım, sıxıldım, qayıtdım bura. Vətən sevgisi qeyri-adi hissdir, bunu sözlə ifadə etmək bəzən çətin olur. Mən hər dəfə Vətənə gələndə buradan nəsə enerji alıram, təzə enerji ilə yüklənirəm...

 

Azərbaycanda mənim düşmənim, məni özünə düşmən sayan adamın olduğuna inanmıram

Deməyim düzgün olmaz mən kiminlə dostam. Çalışıram hamı ilə bərabər, eyni zamanda məsafəli münasibətlər saxlayım. Bax elə uşaqlıq dostlarım gəlmişdi, oturduq nərd, çay, söhbət, ora-bura... Yeni dostlar da var, yəni 10-15 il əvvəl yaranmış dostluq. Ancaq biznesdə dostluq olmur, bu - istisnadır.
Bütün bunlar keçmişdən qalan irsdir. Maneçiliklər, əngəl törətmək cəhdləri isə həmişə olub, yenə də olacaq. Bir daha deyirəm ki,. Azərbaycanda köhnə sistem dağılıb, yenisi hələ qurulmayıb. Liberalizm mövcud deyil, kifayət qədər iqtisadi qanunlar yoxdur, antiinhisar qanunu qəbul edilməyib, iflas haqda, məhkəmə pristavları haqda qanun mövcud deyil. Sizdə hələ bazar iqtisadiyyatı qurulmayıb, siz hələ dünya iqtisadi və maliyyə sisteminə inteqrasiya etməmisiniz. Bir tərəfdən buna şükür eləmək olar, çünki buna görə bəxtiniz gətirdi, yəni qlobal iqtisadi böhranın qurbanlarından birinə çevrilmədiniz. Bayaq mən Dubayın aqibəti haqda danışdım. Amma bu da Azərbaycanın özəlliyidir. Ola bilsin ki, problemlərin kökündə passivlik də dayanır. Mən bütün bunları neft amili ilə əlaqələndirirəm. Şübhəsiz ki, əgər neft, neft müqavilələri olmasaydı, siz yaponlar, hollandlar, ingilislər kimi sutkanın 24 saatını fikirləşərdiniz, ölkəni neftlə, qazla, yaxud onun əvəzediciləri ilə necə fasiləsiz təmin edək. Çalışardınız ki, mümkün qədər çox istehsal edəsiniz və onu ixraca yönəldəsiniz, mümkün qədər az idxal edəsiniz, yaxud heç etməyəsiniz. Çalışardınız ki, yerli istehsalı dəstəkləyəsiniz, onu həvəsləndirə, şərait yarada, başqalarını da bura investisiya qoymağa çağırasınız. Çünki xaricdə azərbaycanlılar çoxdur. Təkcə Rusiyada qeyri-rəsmi məlumatlara görə, 2 milyondan çoxdur, dəqiq sayını bilmirəm, ancaq daxili işlər naziri Rəşid Nurqaliyevə sorğu vermişdim, cavab gəlmişdi ki, 678 mindən çoxdur. Söhbət rəsmi qeydiyyatı olanlardan gedir. Ancaq hərəsi bir tərəfdə işləyən bu adamlar böyük zəncirin həlqələrini təşkil edə bilər. Həm də dövlətçiliyin fundamenti üçün kərpic rolunu oynaya bilər. Onları birləşdirmək lazımdır. Biz neftimiz çoxdur deyə heç vaxt ermənilərə qalib gələ bilmərik. Əksinə, müharibələri həmişə aclar udur, çünki birinci onlar hücum edir. İndiki halda ermənilərə də  birinci hücum etmək sərfəlidir. Mən bunu bütün ciddiyyəti ilə sizə deyirəm. Məhz ermənilər Qarabağda birinci hücum əməliyyatlarına başlaya bilər. Çünki acdırlar və hər şeyi ələ keçirmək istəyirlər.

 

Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidentiyəm, əvvəl də demişəm ki, hər azərbaycanlı ayda cəmi 1 dollar versə biz də güclü diaspor qura bilərik

Diasporumuzdan mən də narazıyam. Heç 2 milyon demirəm, rəsmi qeydiyyatda olan 678 min azərbaycanlının hərəsi ayda 1 dollar versə, hər şeyə bəs eləyər. Ancaq indi diaspor 3-5 adamın çiyinlərində yaşayır. İsgəndər Xəlilovdu, mənəm, əvvəllər Telman İsmayılov kömək edirdi, indi Rusiyadan uzaqlaşıb, bir də Araz Ağalarovdur, vəssalam. 3-4 nəfərin hesabına təşkilatı saxlayırıq. Diaspor təşkilatı heç də dekorativ orqan olmamalıdır, birləşdirici mərkəz olmalıdır. Hansı ki, idarə edir, istiqamət verir, xeyrinə-şərinə yarayır, əlaqələr qurur...

 

Birincisi gərək ciddi, rəsmi seçkili orqan formalaşa, yuxarıdan deyilməyə kim seçilsin

 Ciddi diaspor təşkilatının hesabatı olmalıdır, şəffaf fəaliyyət göstərməlidir, hər qəpiyin hesabını verə bilməlidir ki, nə edib, hansı işlərə nə qədər pul xərcləyib, hansı nailiyyətlər əldə edib, işi nə dərəcədə effektli olub. Bu nəticələrdən çıxış edərək o təşkilatın rəhbərliyini yerində saxlamaq, yaxud seçki yolu ilə əvəzləmək imkanları olmalıdır. Müxalifət həmişə, hər yerdə lazımdır. Müxalifətə nifrət bəsləmək düzgün deyil. İngiltərədə ən qədim parlamentar sistem var. Baş nazir müntəzəm olaraq gəlir parlamentdə müxalifətlə debata girir, onların mövqelərini dinləyir, xalqın qarşısında istənilən məsələni müzakirə edir. Fikirləşir ki, bəlkə qarşı tərəf məndən daha ağıllıdır, bəlkə daha ağıllı təklif irəli sürür. SSRİ nəyə görə dağıldı? Çünki hər şey yuxarıdan aşağıya diqtə edilirdi, aşağıdan yuxarı heç nə getmirdi. Ancaq proses ikitərəfli olmalıdır, bunu cərəyanlar kimi idarə etmək lazımdır, idarə etmək funksiyası isə qanunlarda olmalıdır. Nə isə, bu diaspor çox mürəkkəb məsələdir və mənim yaralı yerimdir.

 

Yerliçilk xırda xalqlara məxsusdur

Mentalitet məsələsini də yaxşı öyrənmişəm. Bizdə əvvəllər Qarabağ xanlıqları, Şəki xanlığı, Gəncə xanlığı və s. olub. Yerliçilik, insanların bir-birini kəndlərə, hətta məhəllələrə ayırması məsələsi var, bu, bütün xırda xalqlara xasdır. Ancaq yenə də mən deyərdim ki, problemin kökündə sovet irsi, totalitarizm ənənəsi dayanır. Sovet dövründə SSRİ-də yaşayan xalqlar arasında bu cür yerliçilik hissləri yaymaq üçün xüsusi mərkəzlər, institutlar var idi. Onlar oturub hər xalqın milli xüsusiyyətlərini öyrənirdilər, bütöv təbliğat maşını işləyirdi. Elan edirdilər ki, xalqlar dostluğu var, amma məlum oldu ki, bu 70 ildə xalqlar arasında əslində düşmənçilik toxumları səpiblər.

 

Telman, Araz, İsgəndər kimi oğlanlar bizim milli sərvətimizdir

Telman çox bacarıqlı oğlandır. Onun Türkiyədə tikdirdiyi otel də həm özünün, həm də Azərbaycanın adına layiqdir. O, şəxsiyyətdir, həm də böyük şəxsiyyətdir, Azərbaycan xalqının fəxridir. Yeri gəlmişkən o da göyçaylıdır, orada anadan olub. Vaxtilə bizim atalarımız dostluq ediblər. O ki qaldı Telmana nəyə görə problem yaratmaları, əgər oyun qaydaları hamı üçün eyni olsaydı, ona istisna təşkil etməzdilər. İndiki halda oyun qaydaları hamı üçün eyni deyil, yəni Telmanın bazarı kimi bazarlar, bəlkə də ondan daha pisi fəaliyyətlərini davam etdirir, işləyir. Bəs niyə ona problem yaratdılar? Mən indi bunun səbəbləri haqda danışmaq istəmirəm. Ancaq bir şeyi deyə bilərdim ki, paxıllıq. Telman dahidir, o fikirləşdi və Türkiyədə bu cür bina tikdi. Telman kimi, “Krokus Siti”ni yaradan Araz Ağalarov kimi, İsgəndər Xəlilov kimi oğlanlar bizim milli sərvətimizdir. Bu cür insanlar layiq olduqları qiymətlərini almalıdır. Çünki öz zəhmətləri ilə qazanıblar, bəzi məmurlar, onların övladları kimi pulu asan yolla əldə etməyiblər. Mən Dubayda gördüm, nazir övladları papalarının pulları hesabına 100-200 nəfərlik yeyib-içmək məclisi təşkil edir.

 

Hər kəs biliyinə, bacarığına görə irəli çəkilməlidir

Normal bazar iqtisadiyyatı nöqteyi-nəzərindən sosial məsələ - pensiyalar, əmək haqları, iş yerlərinin açılmasının dəstəklənməsi və s. həmişə dövlətin işi olub. O, başqa məsələdir ki, dövlət biznes üçün şərtlər yaratmalıdır. Söhbət azad rəqabətə əsaslanan normal şəraitdən gedir. Təkcə ona görə yox ki, sən mənim qardaşımsan, qohumumsan deyə bu işə səni təyin etməliyəm. Ona görə ki, sən daha bacarıqlısan, işgüzarsan. Xalq, dövlət ancaq bu cür inkişaf edə, güclənə bilər.

 

Mənim qaydalarım belədir: insana yaxşılıq etmək istəyirsənsə, gərək ona balıq tutmaq öyrədəsən, ona hazır balıq yeməyi öyrətmək və ya balıq yedirtmək düzgün deyil.

15 yaşından Bakıdan getdim, cibimdə 48 rubldan başqa heç nəyim olmayıb. Sonra iki il dəniz piyada qüvvələrində hərbi xidmət keçdim, evə dedim ki, mənə bir qəpik də pul göndərməyin, heç şəkərbura da, nar da göndərməyin, vəssalam, ancaq özüm. Çünki insan psixologiyası belədir ki, havayı gələndə düşünür ki, elə həmişə belə olmalıdır. Əgər Moskvada hansısa azərbaycanlı öz dilini doğrudan da öyrənmək istəyirsə, buna imkan tapacaq. Mən ingilis dilini öyrənmək istəyirdim, öyrəndim. Rus dilini bilmirdim, onu da özüm öyrəndim. Yaşamaq, var olmaq sistemi belə olmalıdır.

 

Yaponlar gəldilər, hər şeyi yoxladılar, suyu da analizdən  keçirdilər. Sonda keyfiyyətə tam əmin oldular. Sonra AzNAR-dan məhsul almağa başladılar.

 Zavodun illik emal gücü hələlik 10 min tondur. Ancaq yeni plantasiyalar salmışıq və 5 ildən sonra zavodu xammalla tam təchiz etmək mümkün olacaq. Bazar məsələsində də problem yoxdur, çünki bizim məhsullar çox keyfiyyətlidir. Dünyanın bir neçə ölkəsinə, o cümlədən Rusiya, Belarus, Ukrayna, ABŞ, Yeni Zelandiya, Kanada və Yaponiyaya “Grante” markası altında şirə ixrac edirik. Yaxşı nar yetişdirmək mürəkkəb işdir. Birincisi, nar özü yaxşı sortdan olmalıdır, ikincisi, onu emal etmək üçün müasir texnologiya lazımdır, nəhayət, su keyfiyyətli olmalıdır. Nar əkmək üçün seçdiyin torpaqda gərək azı 25 il pambıq əkilməmiş olsun, yəni pestisidlər olmasın, çünki nar çox “kaprizni” bitkidir, onu yetişdirmək asan deyil. Yeri gəlmişkən, bizim zavodun istehsal etdiyi şirədən Kuba inqilabının lideri Fidel Kastro da içib. Keçən il Fransada idim, baxdım ki, dostum, bizim keçmiş bakılı, İTAR-TASS agentliyinin direktoru Yuli Qusman zəng vurdu. Mənə dedi Kubadan zəng edirəm. Təəccübləndim, dedim xeyir ola. Dedi ki, Kastrodan müsahibə götürürdüm, axırda məndən soruşdu ki, haradansan. Dedim Bakıdan. O da sevindi, dedi vaxtilə mən də Bakıda, Azərbaycanda olmuşam. Dedi orada bir yer var, hansı ki, dünyada ən yaxşı nar yetişir, indi həkimlər mənə nar şirəsi içməyi məsləhət görüb. Qusman da deyib nə problem var, mənim dostum o nar zavodunu alıb, bərpa edib, mən sizi təmin edərəm. Qusman məndən xahiş etdi ki, gör neynirsən, təşkil elə. Əvvəl dedim əşi, Kastro hara, mən hara. Sonra dedim yaxşı, təşkil edərəm. Bura - bizimkilərə zəng elədim, 10 yeşik şirə hazırladılar. Sonra Kubanın səfirinə zəng vurdum. Məlum oldu ki, onun bu məsələdən hələ xəbəri yoxdur, dəhşətə gəldi, necə yəni “AzNar”, necə yəni “Grante” şirəsi, bunlar haradan çıxdı. Əvvəl ehtiyat elədi, mən telefon nömrəsi qoydum ki, məsələni yoxlasın, zəng vursun. 3 gün sonra özü zəng vurdu ki, xahiş edirəm, hara lazımdırsa, gəlim özüm götürüm. Nəhayət, 10 yeşik “Grante” şirəsini təyyarə ilə göndərdik Kastroya...

Hacı NƏRİMANOĞLU