SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Rusiyada 3 partiya - "Ədalətli Rusiya" (S.Mironov), "Həqiqət Naminə" (Z.Prilepin) və "Rusiyanın Vətənpərvərləri" (G.Semigin) birləşib 1 partiya yaradaraq (“Справедливая Россия — Патриоты — За правду») Donbas və Dağlıq Qarabağın  Rusiyaya birləşdirilməsini də siyasi manifestlərinə daxil ediblər: "Biz hesab edirik ki, Rusiyaya birləşmək istəyən bütün xalqlara bu imkan tanınmalıdır. Biz müharibə başlayanda Dağlıq Qarabağa da müraciət etmişdik. Problemin həllinin yeganə yolu Rusiyaya birləşməkdir." https://www.rbc.ru/politics/25/03/2021/605cc35c9a79475d87301510?fbclid=IwAR0NHcC1sX1wevIqL8D2O-aFb3ebCmVnaGX9kc0LzUDCtkHypxXgWzWubtI

"Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi Rusiyanın velikorus, bolşevik təfəkkürlü, şovinist baxışları ilə tanınan bu kimi siyasi dairələrinin məkrli niyyətlərini pisləyir, onları qonşu dövlətlərin ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmət göstərməyə, digər dövlətlərin daxili işlərinə müdaxilə etməkdənsə ölkədaxili problemlərin həllinə yardımçı olmağa çağırır. Rusiya Federasiyasının Dövlət Dumasından, Ədliyyə Nazirliyi və Prokurorluğundan xoş məramdan uzaq belə siyasətçilərin və onların rəhbərlik etdikləri partiyaların Rusiya-Azərbaycan  münasibətlərinin pozulmasına yönəlmiş qeyri-qanuni fəaliyyətlərinə hüquqi qiymət verəcəyini gözləyir. Müasir dünyada dövlətlərin gücü, nüfuzu onun ərazisinin genişliyi ilə yox, xalqının rifahı, yaşam tərzi, qonşu ölkələrlə sivil münasibətləri, bəşəri sülhə, tərəqqiyə verdiyi töhfəsi, iqtisadi, elmi-texniki, mədəni inkişaf səviyyəsi ilə dəyərlənməlidir. 

Sədr      Hacı Abdulla