SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

“Qaçaq Nəbi Azərbaycan cəmiyyətinin yaddaşında Sovet dövrünün şişirdilmiş qəhrəman obrazlarından biridir”- deyən Milli Məclisin üzvü Fazil Qəzənfəroğluna

(mənbə: sherg.az / 2018-05-03/ Bu küçəyə Rövşən Lənkəranskinin adının verilməsi təklifinə deputatdan reaksiya)

“Qaçaq Nəbi Azərbaycan cəmiyyətinin yaddaşında Sovet dövrünün şişirdilmiş qəhrəman obrazlarından biridir”- deyən Milli Məclisin üzvü Fazil Qəzənfəroğluna “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlu cavab verib. https://www.moderator.az/news/226759.html

QHT sədrinin saytımıza göndərdiyi cavab yazısını təqdim edirik:

F.Qəzənfəroğlunun yanaşması doğru deyil. Qaçaq Nəbi “Sovet dövrünün şişirdilmiş” yox, əksinə “kiçildilmiş” qəhrəmanıdır, həm də “obraz” yox, 122 il bundan əvvələ qədər yaşamış  canlı tarixdir, doğulduğu il, nə vaxt, niyə qaçaq düşdüyü də, Azərbaycanın o tay, bu tayında kimlərlə hansı günlərdə savaşa girdiyi, kimləri, nə qədərini  necə cəhənnəmə vasil etdiyi, kimlərin xəyanətkar əlilə, nə vaxt, harda, hansı gündə  qətlə yetirildiyinə qədər bəlli olan yaxın tariximizdi, həm də şərəfli, şöhrətli tariximizdi Qaçaq Nəbi, qoçaq Həcər adı, mübarizəsi, mücadiləsi   (https://az.wikipedia.org/wiki/Qaçaq_Nəbi).

Bakılıların İstanbula - Osmanlı Dövlətinə göndərdiyi müraciətdən: Neft və milyonlar səltənəti adlanan Bakının qapıları önündə neçə gündür qələbə quşunun qanadlarını tutmaq istəyən türk ordusuna. Bu gözəl şəhəri azad edə bilməsəniz, türkün və onun ordusunun şərəfini indi dayandığınız xəndəklərin içində basdırmış olacaqsınız. Əgər siz bu sərvət və qızıl şəhərini azad edə bilməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının ürəyinə sancılmış xəncərin üzərinə "Heyif ki, türk bizə köməyə gəlmədi" cümləsi yazılacaq. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaq. Əgər siz bu böyük İslam şəhərini azad edə bilməsəniz...Ey türk əsgəri, al Bakını!


Andraniki torpaqlarımızdan qovan Azərbaycan ordusu onu niyə axıra kimi təqib etmədi?
- Fətəli Xan Xoyski parlamentin iclasında məsələyə aydınlıq gətirir

     
Demokratik respublika qurmaq prinsipini qarşısına məqsəd qoymuş Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) dövlət, ordu quruculuğu, xarici siyasət və başqa sahələrdə gördüyü işlər, qanunvericilik fəaliyyəti parlament iclaslarının toplandığı sənədlər toplusunda öz geniş əksini tapmışdır. Düşünürük ki, hər bir Azərbaycan vətəndaşı 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Demokratik Cümhuriyyətinin parlamentində baş verənlər haqqında məlumatlı olmalıdır. Elə bu baxımdan da Enter.News Cümhuriyyətimizin 100 illiyi ərəfəsində olduğundan hər həftənin şənbə və bazar günləri parlamentdə olan çıxışların stenoqramını hissə-hissə bütövlükdə yayımlamağı nəzərə alıb.

Mehman Qaraxanoğlu 1957-ci ilin 1 Mayında Astarada doğulub. Bəlkə də bu cümlədə statistik rəqəmlərdən yan keçmək olardı, amma... Əksinə, biz burada qrammatikadan kənar olsa da, birdəfəlik üç sözü məntiqi vurğu altına salmaq istəyirik: “1957-ci il”i, “1 May”ı və “Astara”nı... Çünki Mehmanın taleyində hər üçünün öz yeri vardır.

Altbölüm