SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

Məqalə "Azərbaycan" jurnalının 2015-ci il 7-ci №-də dərc olunub

İstedadlı yazıçı, şair, dramaturq, naşir, jurnalist, Azərbaycan SSR əməkdar incəsənət xadimi Abasov Əyyub Cəbrayıl oğlu 1905-ci ildə tariximizin ən qədim dövrlərindən bəri Azərbaycan türklərinin məskəni, oğuzların yurd yeri olmuş Zəngəzur qəzasının Şəki kəndində (indiki Ermənistan SSR Sisyan rayonu) anadan olmuşdur.
İki il kənd məktəbində oxuyub. Zəngəzurda törədilən faciəli qırğınlardan sonra Naxçıvanda yaşayıb, bir dərəcəli məktəbi və Pedaqoji Texnikumu bitirib, 1928-ci ildə Bakıda Pedaqoji İnstituta daxil olub. 1931-ci ildə institutu qurtaran Ə. Abasov iki il Naxçıvan Pedaqoji Texnikumunda dərs hissə müdiri, 1932-33-cü illərdə isə rayon maarif şöbəsinin müdiri vəzifələrində və 1933-34-cü illərdə «Kommunist» qəzeti redaksiyasında çalışıb.
Ə. Abbasov 1934-37-ci illərdə Leninqradda redaktorluq və tərcüməçilik kursunda oxuyub. O, 1937-39-cu illərdə "Azərnəşr"də şöbə müdiri olub, 1939-41-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri üzrə Komitədə çalışıb, İkinci Dünya müharibəsində faşistlərə qarşı vuruşub, 1943-47-ci illərdə Azərbaycan KP MK-da təlimatçı, 1947-48-ci illərdə Bakı Teatr Məktəbinin direktoru, 1949-57-ci illərdə isə "Uşaqgəncnəşr"də şöbə müdiri vəzifələrində işləyib.

( “525-ci qəzet”, 22 avqust 2015-ci il, səh.22-23 )

 Mir Həmzə Seyid Nigari Qarabağinin anadan olmasının 210, vəfatının 130 illiyinə

Mir Həmzə Seyid Nigari Qarabaği Qafqaz və Anadoluda məşhur olan, şeirləri iki əsrə yaxındır sevilərək oxunub əzbər söylənilən təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin nüfuzlu şeyxi, kamil mürşiddir. O, Qarabağ xanlığının Zəngəzur mahalının Cicimli kəndində (indiki Laçın rayonu) dünyaya gəlib. Şeyxin doğum və vəfatı tarixi barədə bəzi fərqli rəqəmlər göstərilsə də, "Türk Ensiklopedisi", az.wikipedia.org, tarihvebilgi, ayb.net və digər mənbələr, çoxlu tədqiqatçılar onun 1805-ci ildə doğulduğunu, Qarapapaq türklərindən olduğunu, 1885-ci il sentyabrın 29-da vəfat etdiyini təsdiq edir. Özü də Cicimlidə doğulduğun yazıb:

 

eliyeva mehriban1

            

"Belə bir nəzəriyyə var ki, insan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən ümdə anlayışlardır. Zənnimcə, geniş anlamda, mərhəmət ən yaxşı və ən ülvi insani keyfiyyətlərdən biridir".  

Mehriban Əliyeva

Tarix tarixdir. 1978-ci ildə Qarabağda məskunlaşmalarının 150 illiyini qeyd edən ermənilər yaxşı bilirlər ki, onlar bu torpaqlara qonaq kimi gəlmişlər. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında formalaşıbdır. İrəvan xanlığı, Zəngəzur mahalı bizim tarixi ərazimizdir. Xəritəyə baxsaq görərik ki, vaxtilə Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana vermək nəticəsində böyük türk dünyası coğrafi cəhətdən parçalandı. Yəni, Zəngəzurun Ermənistana verilməsinin çox böyük mənfi mənası var idi...hər bir azərbaycanlı, hər bir vətəndaş, hər bir uşaq öz tarixini bilməlidir. Bilməlidir ki, bu bölgələr tarixi Azərbaycan torpaqlarıdır. Məsələnin həlli üçün, əlbəttə, bütün amillər nəzərdən keçirilməlidir. Tarix bəllidir. Bu bizim torpağımızdır, nəinki Dağlıq Qarabağ və digər bölgələr. İlham ƏLİYEV

Сканировать101 ada-kitab-taqdimat-elman-arasli-80 illik ömrünün 46 ilini diplomatik xidmətə həsr etmiş Elman Araslının bu yaxınlarda nəşr edilən 630 səhifəlik “Yarım əsr Yaxın Şərqdə” kitabı təkcə şərəflə yaşanmış bir diplomat ömrünün bioqrafiyası, salnaməsi deyil, həm də müstəqil dövlətimizin xarici siyasətinin mühüm bir sahəsi-Azərbaycanla ərəb dünyası arasında münasibətlər haqqında, bu gün hər zaman olduğundan daha çox dünya siyasətinin gündəmində olan geniş bir region barədə zəngin məlumat mənbəyidir. Müəllif 35 ildən çox ərəb ölkələrində SSRİ, Rusiya və Azərbaycanın diplomatı kimi, o cümlədən 20 ilə yaxın Azərbaycanın Fövqəladə və Səlahiyyətli səfiri olaraq fəaliyyət göstərmişdir. E.Araslı ədəbiyyatşünaslıq elmimizin patriarxlarından biri olan akademik Həmid Araslının oğlu, qədim mədəniyyət, elm, dövlətçilik mərkəzimiz olan Gəncənin məşhur din xadimi və dövrünün tanınmış maarifçi ziyalılarından olmuş Məmmədtağı Araszadənin nəvəsidir.

Altbölüm