SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

260px-Valeh BərşadlıValeh Bərşadlı 6 iyul 1927-ci ildə Qubadlı rayonunun Eyvazlı kəndində dünyaya gəlib.Eyvazlı Ermənistanın daşnak yuvası Gorus şəhərindən bir az aralı idi, Andronik Uzunyan 10 minlik silahlı nizami silahlı qüvvələri ilə Zəngəzurun Sisian-Gorus bölgəsindəki müsəlman türk, kürd əhalini tarixdə misli görünməmiş amansızlıqla qırıb özünü mərkəzi Gorus olmaqla “Zəngəzur kralı” elan etmişdi. Əsrin əvvəlində və sonunda erməni qırğınlarının ilk hədəflərdən biri Eyvazlı kəndi olmuşdu. Son dəfə 24 noyabr 1988-ci ildə Eyvazlı tamamən qarət, talan edilmışdı.

Bərşadlının mənsub olduğu nəslin, doğma və əzizlərinin əksər hissəsi 1905-20-ci il erməni qırğınlarında amansızlıqla qətlə yetirilmişdi, atası Stalin repressiyasının həbsxanasından keçmişdi, ata-anasız günlər keçirmiş, həmyaşıdlarının həyətdə və məktəbdə “xalq düşməni” oğlu olduğu üçün ondan uzaq durmalarının mənəvi əzablarını yaşamışdı, yalnız xeyirxah insanların bu zəkalı uşağa qayğısı sayəsində sağ qalmışdı. Kimsəsiz uşaq məcburiyyət qarşısında qalaraq 14 yaşında könüllü hərbi xidmətə getmişdi (sonralar verdiyi bir müsahibədə Valeh Bərşadlı Böyük Vətən Müharibəsinə könüllü getmək üçün yaşını artırdığını da etiraf etmişdi), 18 yaşında iki hərbi təhsil ocağını (Bakı Zenit Artileriyası Məktəbi və Qırmızı Bayraqlı Kiyev Özüyeriyən Artilleriyası Məktəbi), SSRİ-nin ən nüfuzlu iki hərbi akademiyasını, həmçinin, SSRİ Silahlı Qüvvələri Baş Qərargahının Akademiyası tarixində ilk azərbaycanlı olaraq bitirib 43 il SSRİ Silahlı Qüvvələrində xidmət etmişdi.

сканирование0035Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, maarifçi, yazıçı, jurnalist, naşir, mühacir siyasi-ədəbi irsimizin görkəmli nümayəndəsi  Mirzə Məmmədsadıq Axundzadə 1895-ci ilin dekabrında Zəngəzur qəzasının Sisian bölgəsində Urud kəndində nüfuzlu bir nəslə mənsub ailədə doğulmuş, ilk təhsilini Urud  mədrəsəsində almışdır. O, Türkiyədə Mehmet Sadık Aran kimi tanınmışdı.

qacaqn01:10 / 22.06.2011    www.525.az

Zəngəzurun sonuncu qazısı, islamşünas, tarixçi, folklorşünas Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı, 80 ildən bəri arxivdə saxlanan “Qaçaq Nəbinin tarixi” (vəsiqə və sənədlər üzrə)” kitabı çapdan çıxıb.

    46595917006 copy

15 sentyabr Rusiyada yaşayan həmvətənimiz Fərhad Əhmədovun doğum günüdür, 58 yaşı tamam olur. Bu yazı Fərhad Əhmədov və atası Teymur Əhmədov haqqındadır. Teymur Əhmədov Qubadlının Məzrə kəndində doğulub böyümüşdü. Zəngəzurun ən gözəl guşələrindən birində yerləşən bu kənddə cəmi 10-12 ailə yaşayırdı. Sıx meşələr, göz yaşı kimi büllur bulaqlar, kəndin başı üzərindəki dünya təbiətinin nadir möcüzəsi olan Kəpəz dağı bu yurda xüsusi gözəllik verirdi. Elə evlər də təbii sal qayalar üzərində tikilmişdi, özülü qayadan idi evlərin. Məzrə ərəb dilində “əkin yeri” mənasını versə də burda əkin üçün yararlı sahə ancaq meşələr arasındakı talalar  idi. Qış gələn kimi bu dağ kəndinə gedən yollar, ətraf aləmlə  əlaqə kəsilirdi. Bu yerlər bir möcüzəydi.İnsan tək ata-anasının deyil, həm də dünyaya göz aşdığı təbiətin övladıdır.

Nəzər HeydərovimageArif HDoğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında  mühüm faktora, münbit zəminə çevrilə bilir. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsa da, həyatdan köçəndən sonra unudulur, adı çəkiləndə də kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, təkcə yubiley illərində deyil, hər zaman xatırlanır, ehtiramla anılır, haqqında danışmağa söz tapılır. Ötən yüzillikdə yaşamış, Fəxri Xiyabanda uyuyan ata-oğul Nəzər və Arif Heydərovlar da adları ehtiramla çəkilən, rəhmətlə anılan, özlərindən sonra silinməz iz qoyub gedən insanlardandır.

Altbölüm