SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

Kamran Hüseynov15 dekabr 1913-cü ildə dünyaya göz açmış Kamran Hüseynov Azərbaycanın ən ucqar dağ rayonlarından olan Qubadlının Çərəli kəndindən Bakıya 50 qəpik pul, dörd büküm çörəklə çıxmışdı, Həkəri stansiyasında üç gün vaqonlara yük vurub qazandığı 10 manatın da 5-in əynindəki pencəyi ilə  birlikdə burdan kənddə atasız, əyin-başı yalın qalmış qardaşlarına qaytarıb sonra qatara minmişdi. Neft fəhləsi işləyərək həm böyük bir külfəti  dolandırmış, həm də Moskvada və Bakıda ali mühəndis təhsili almışdı.

Həmin dövrdə Azərbaycan Demokratik Cümhuriyyəti ən ağır günlərini yaşayırdı. Bir tərəfdən daxildəki qüvvələrin xəyanəti, o biri tərəfdən erməni daşnaklarının bütün ölkə boyu törətdikləri qanlı qətliamlar, digər yandan da Rusiyadan əsən bolşevizm küləkləri və bu havaya uyan bolşeviklərin əməlləri gənc Respublikanı ölüm-dirim savaşı qarşısında qoymuşdu.

picture158984Elvira Araslının «İnsan və onun zamanı (atam haqqında xatirələr)» kitabı SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü, SSRİ Baş Geologiya İdarəsinin rəisi-SSRİ-nin baş geoloqu, Stalinin müşaviri olmuş görkəmli təşkilatçı və tədqiqatçı alim Əli Əmiraslanovun dəyərli ömür yolundan bəhs edir.

İctimai-siyasi sistemlər dəyişdikcə, zaman ötdükcə, illər bir-birini əvəz etdikcə təəssüf ki, bu günkü müstəqil Azərbaycan dövlətinin etibarlı təməl üzərində yüksəlişinə münbit şərait yaradılmasına vaxtında sanballı dəstək vermiş bir çox insanların da adları unudulur, böyüyən gənc nəsil xalqımızın tərəqqisi naminə böyük əmək sərf etmiş, xidmətlər göstərmiş, öz dövrünün ən sayılan, seçilən, öndə gedən insanlarının adları yaddaşlardan silinir, yaxud da gənc nəsil tariximizin yaxın dövrlərində yaşamış bir sıra dəyərli şəxsiyyətlərin fədakar fəaliyyəti, şəxsiyyəti haqqında məlumatsız qalırlar. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” sözlərini tez-tez təskinlik üçün dilimizə gətirsək də, obyektiv həqiqət belədir.
Belə unudulan insanlardan biri də 30-60-cı illərdə Azərbaycanın partiya-siyasi elitası, hökumət rəhbərləri arasında da, sadə əməkçilər içərisində də məxsusi hörmət-izzət sahibi olmuş, uzun illər nazir, Azərbaycan KP MK-nın tikinti üzrə katibi, respublika Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, MK-nın büro üzvü, SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş Mehbalı Firudin oğlu Əmiraslanovdur.

qacaqnADP sədri Sərdar Cəlaloğlu “qafqazinfo.az” saytına müsahibəsində Səməd Vurğunu “dılğırın biri” adlandırmış, dünya qaçaqçılıq tarixində ikinci bir nümunəsi olmayan, 20 il ər-arvad at belində, əldə tüfəng o taylı-bu taylı Azərbaycanda rus imperiyasının yerli hakimiyyətinə, erməni satqınlara, xalqın qanını soranlara qarşı mübarizə aparmış Qaçaq Nəbinin Qoçaq Həcəri haqqında ağzından əsassız şər-böhtan, iftiralar ifraz etmişdir http://qafqazinfo.az/site/AUDIO-40260-xeber.html, 12.04.2013). Bu "hərşeyşünas" gəvəzənin cəfəng uydurmanlarına cavab verməyi özümə borc bilirəm.

Altbölüm