MƏQALƏLƏR
Çarizm dövründə Yelizavetpol, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ quberniyasına daxil olan Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurd Hacı kəndi (indiki Laçın rayonu) 1905-1920-ci illər tariximizin iki məşhur simasının - xalq qəhrəmanı Sultan bəy və Cümhuriyyətimizin qurucularından biri, ilk hərbi nazirimiz, Qarbağın general-qubernatoru Xosrov bəy Əlipaşa bəy oğlu Sultanovların doğulduğu kənddir.