SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

MƏQALƏLƏR

Qardaş Türkiyənin fəal dəstəyi ilə Azərbaycan ordusunun 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində qazandığı qələbənin kulminasiya nöqtəsi, zirvəsi noyabrın 8-də Şuşanın alınması oldu. O gün Qafqaz İslam Ordusunun Komandanı Nuru paşanın da, Bakının və Şuşa qarnizonunun ilk rəisi, 1-ci komendantı albay Cəmil Cahid bəyin də, 4000 türk şəhid əsgər və zabitinin də, minlərlə qazinin də ruhlarının şad olan gündür. İnanırıq ki, tarixdə misli-bərabəri olmayan Azərbaycan - Türkiyə qardaşlıq, birlik, bərabərliyinin daha bir nəticəsini 2021-ci ildə görəcəyik: Bakıda Nuru paşanın, Şuşada albay Cəmil Cahidin adları layiq olduqları, xalqımız qarşısında xidmətlərinə layiq şəkildə əbədiləşəcəkdir.

Heç nə unudulmamalıdır; Qubadlı rayonunun Eyvazlı kəndini 24  noyabr 1988-ci ildə ermənilər yağmalayıb yandırıb. Bu, I Qarabağ savaşında ilk Şəhid kəndimiz oldu. Faciə günü qələmə alınmış bu yazımı oxuculara təqdim edirəm. Vaxtı ilə adı-sanı respublikaya sığmayan, neçə dövlət xadiminin, generalın, alimin, çekist və bolşevikin anadan olduğu Eyvazlı kəndi. Yandırılıb məhv edilmiş evlərinə, həyətlərinə, quş-heyvan damlarına baxa-baxa qapqara qaralmış divarların arası ilə səssizcə addımlayan, doğma od-ocaqla vidalaşan kənd adamlarının kədərli, tutqun sifətləri. Görünməmiş vəhşiliyin şahidləri danışırlar:

25 illik fasilədən sonra ötən günlərdə - 29 sentyabr və 19 oktyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr keçirib. Müzakirələrdən sonra Təhlükəsizlik Şurasına hazırda sədrlik edən Rusiyanın adından bəyanat layihəsi hazırlanıb, səsverməyə çıxarılıb. Xoruzun quyruğu da bu zaman görünüb; bəyanatda 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd qətnaməsi tamam “yaddan çıxıb”, Ermənistanın təcavüzü, işğalçılığı “unudulub”. 525-ci qəzet, 30.10.20

         

     

Dünyanın müxtəlif xalqlarına mənsub yüzlərlə tanınmış alim, tədqiqatçı, səyyah, filosofun, o cümlədən erməni məşhurlarının bir çoxu ermənilərin təbiətən xəyanətkar, dağıdıcı, xəbis, qorxaq, nankor, paxıl xislətli psixologiyası, mentaliteti barədə yazmışlar. Qədim zamanlardan günümüzədək söylənilən belə fikirlərin doğruluğu 27 sentyabr 2020-ci ildən başlanıb 44 gün sürən Azərbaycan-Ermənistan savaşında bir daha aydın  göründü, yenə də bütün çılpaqlığı ilə üzə çıxdı. 

                      

Azərbaycanın 27 sentyabr 2020-ci ildə başlanan Qurtuluş Savaşı şanlı ordumuzun ardıcıl qələbələrilə bizi qəti qalibiyyətə - Zəfər gününə aparır. Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayır, çünki bütövlüyünü, tamlığını, şərəfini bərpa edir! Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə coşqun milli ruhla davam edən döyüşlər artıq Azərbaycanın tarixi Zəngəzur bölgəsinin Zəngilan, Qubadlı, Laçın rayonlarının sərhədlərinə çatıb. 28 illik həsrət bitir. Bu günləri bizi yaşadan şəhidlərimizə sevgi, sayğılarımız əbədidir, qazilərimizin, Ordumuzun yolu açıq olsun, Ulu Yaradan əsgər, zabitlərimizi hifz etsin!

Altbölüm