"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) "çay üstündə qala" deməkdir. Kevli "çayın üstü", çer/car "qala" mənasını verir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Buna görə də mütəxəssislər toponimi kevil/kəvl və qədim türk dillərindəki cər (qaya, yarğan) komponentləri ilə əlaqələndirirlər.
Ərazidə oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Ən qədim insan məskənlərindən birdir. Bu ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeoloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.

25 noyabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli saziş əsasında Kəlbəcər rayonu (Kəlbəcər şəhəri də daxil olmaqla) Azərbaycana qaytarılmışdır. Qarabag.com Kəlbəcər şəhərinin XIX əsrin əvvəllərindən müasir dövrədək inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.

 Abdullayev Rasim Yaqub oğlu (Tibb xidməti Polkovnik-leytenantı)         

                                                                                     (1975-2020)                                                                                      

Abdullayev Rasim Yaqub oğlu 21 fevral 1975-ci ildə Kəlbəcər rayonunda anadan olub. 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu olaraq vəzifəsinə başlamışdır.
İlk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olmuşdur. 2010-cu ildə Müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli" medalı və  2015-ci ildə  isə "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı ilə təltif edilmişdir. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışmışdır.