Laçının tarixinə dair

1 dekabr 2020-ci il tarixində Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə əsasən Laçın rayonu (Laçın şəhəri də daxil olmaqla) Azərbaycana qaytarılmışdır. Laçın – erməni işğalından azad edilmiş sonuncu Azərbaycan şəhəridir. Qarabag.com saytı XIX əsrin əvvəllərindən müasir dövrə qədər Laçın şəhərinin inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.

Laçın rayonunun inzibati mərkəzi – Laçın şəhəri (əvvəllər Abdalar, Abdallar, Abdallyar, Abdalyar) Azərbaycanın cənub-qərbində, Qarabağ dağ silsiləsinin ətəyində, Həkəri çayının sol sahilində yerləşir.
[1856-cı il üçün Qafqaz təqvimi. Tiflis, 1855-ci il. Üçüncü bölmə, səh. 365]
[Azərbaycanın yaşayış yerlərinin siyahısı. Narkomprodun nəşri. 1917 və 1921-ci illərdə kənd təsərrüfatı üzrə siyahıyaalmalarının materialları əsasında. Bakı, 1922-ci il, səh. 83]
[1925-ci il yanvarın 1-nə SSR Ittifaqının ərazi və inzibati bölgüsü, 1925-ci il, 1926-cı il, səh. 202]
[Azərbaycan SSR: 1 yanvar 1977-ci il tarixinə olan inzibati-ərazi bölgüsü. 1979-cu il, səh. 9]

1813-cü ildə Gülüstan sülh müqaviləsinə əsasən Qarabağ xanlığı (Laçın da daxil olmaqla) Rusiya imperiyasının tərkibinə daxil oldu.
[E.Veydenbaum. Qafqaz üzrə bələdçi kitabçası. Tiflis, 1888-ci il., səh. 146]

1855-ci ildə Qaraçörlü minbaşlığının, Şuşa qəzasının Zəngəzur sahəsinin tərkibində Abdalar yurd yeri kimi göstərilir.
[1856-cı il üçün Qafqaz təqvimi. Tiflis, 1855-ci il. Üşüncü bölmə, səh. 365]

Azərbaycan Demokratik Respublikası (1918-1920) illərində kənd Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının tərkibində olmuşdur.
[Qafqazın keçmiş inzibati ərazi bölgüsü: Azərbaycan Respublikasının xəritəsi (Ancienne division administrative de la Transcaucasie: carte de la république de l’Azerbaïdjan)]

1919-1920-ci illərdə Laçın Qarabağ general-qubernatorluğunun tərkibinə daxil edilmişdir.
[Azərbaycan Demokratik Respublikası (1918-1920) Qanunvericilik aktları (Sənədlər toplusu) 1998-ci il, səh. 389]

Rus tarixçisi V.M.Sısoyevin 1930-cu ildə “Azərbaycanda ən məşhur tarixi və təbiət abidələri üzrə qısa bələdçi” kitabında göstərilir ki, Laçın şəhərinın əsası 1924-cü ildə qoyulmuşdur.
[V.M.Sısoyev. Azərbaycanda ən məşhur tarixi və təbiət abidələri üzrə qısa bələdçi. 1930-cu il, səh. 12]
[V.M.Sısoyev. Azərbaycan (şimali) tarixinin qısa oçerki 1925-ci il, səh. 131]

Lakin “Azərbaycan SSR-in 1977-ci il yanvarın 1-nə olan inzibati ərazi bölgüsü”nə əsasən, Abdalyar kəndi 10 avqust 1923-cü ildə Laçın adlandırılmış və həmin il ona şəhər statusu verilmişdir. 1925-1926-cı illərdə “SSR Ittifaqının ərazi və inzibati bölgüləri”ndə və 1927-ci il avqustun 1-nə olan Zaqafqaziya xəritəsində Laçın Abdallyar kimi qeyd olunub. Yalnız 1928-ci ildə şəhər artıq Laçın kimi göstərilir.
[Azərbaycan SSR: 1977-ci il yanvarın 1-nə olan inzibati-ərazi bölgüsü. 1979-cu il, səh.9]
[SSRİ-nin 1 yanvar 1925-ci ilə olan ərazi-inzibati bölgüsü, 1925-ci il, səh. 202]
[SSRİ-nin 1 yanvar 1926-cı ilə olan ərazi-inzibati bölgüsü, 1926-cı il, səh. 191]
[Zaqafqaziya. 1 avqust 1927-ci il tarixinə olan inzibati sərhədlər]
[Zaqafqaziya əhalisi. 1928-ci il, səh. 6]

1925-1929-cu illərdə Laçın Kürdüstan qəzasının inzibati mərkəzi kimi göstərilmişdir.
[SSRİ-nin 1 yanvar 1925-ci il tarixinə olan ərazi-inzibati bölgüsü, 1925-ci il, səh.202]
[SSRİ-nin inzibati-ərazi bölgüsü və ən mühüm yaşayış məntəqələrinin siyahısı. 1917-ci ildən 1929-cu ilə qədər quberniyaların, vilayətlərin və respublikaların sərhədlərinin dəyişdirilməsi haqqında qərarların xronoloji siyahısı 1929-cu il, səh.115; 214]
[1926-cı il Ümumittifaq siyahıyaalması. Zaqafqaziya SFSR-in inzibati bölgüsünün 1 yanvar 1927-ci il tarixinə sxematik xəritəsi,cild XIV. 1929-cu il]

1930-cu ildə Laçın şəhəri Kürdüstan dairəsinin inzibati mərkəzi kimi göstərilir.
[T.F. Aristova Zaqafqaziya kürdləri (tarixi-etnoqrafik oçerk). 1966-cı il, səh. 40]

Mərkəzi İcraiyyə Komitəsinin və SSRİ Xalq Komissarları Sovetinin 23 iyul 1930-cu il tarixli qərarına əsasən “Dairələrin ləğv edilməsi haqqında” Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Azərbaycan SSR Xalq Komissarlığı tərəfindən 8 avqust 1930-cu il tarixli eyni adlı qərarı ilə Kürdüstan dairəsi ləğv edilmiş və mərkəzi Laçın şəhəri olmaqla Laçın rayonu onun tərkibindən çıxarılmışdır.
[Azərbaycan SSR dövlət və hüquq tarixi. (1920-1934 illər) 1973-cü il, səh. 412]
[Azərbaycan SSR: 1 yanvar 1961-ci il tarixinə olan inzibati-ərazi bölgüsü. 1961-ci il, səh. 92]

Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra mərkəzi Laçın şəhəri olmaqla, Laçın rayonunun inzibati-ərazi statusunu saxlamışdır.

18 may 1992-ci ildə Laçın erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.
[Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə arasında. 2003-cü il, səh. 249; 384]

Mənbə: https://qarabag.com/lacin-s%c9%99h%c9%99rinin-inzibati-%c9%99razi-bolgusunun-tarixi/