Həmidov Şükür Nəriman oğlu

Həmidov Şükür Nəriman oğlu 01 aprel 1975-ci ildə Qubadlı rayonunun Armudluq kəndində anadan olmuşdur. Başarat kənd orta məktəbində, sonra Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər məktəbinə daxil olaraq təhsilini davam etdirmiş və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda yerləşən hərbi hissələrin birində tağım komandiri kimi fəaliyyətə başlamışdır. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsində irəli çəkilmiş, bir müddətdən sonra N saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilmişdir.

25 oktyabr 2020-ci il tarixində İkinci Qarabağ müharibəsi (27.09.2020-10.11.2020) zamanı Azərbaycan ordusu döyüş əməliyyatları nəticəsində Qubadlı şəhərini erməni işğalından azad etmiş və şəhərin üzərində nəzarəti bərpa etmişdir.  23 dekabr 2020-ci ildə Azərbaycanın Prezidenti İlham Əliyev şəhərə səfər etmişdir və orada Azərbaycanın bayrağını qaldırmışdır. Qarabag.com Qubadlı şəhərinin XIX əsrin əvvəllərindən bu günədək inzibati-ərazi bölgüsünün tarixi haqqında material hazırlamışdır.

Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 802 kvadratkilometrdir. Paytaxt Bakıdan 387-km, ən yaxın dəmiryol stansiyası olan Həkəri stansiyasından 35 kilometr məsafədədir.1993-cü il 31 avqust işğalı ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər idi.
Rayon əhalisi 93 кənddə və rayоn mərкəzi оlan Qubadlı şəhərində məsкunlaşmışdı. Əsas əhali kəndlərdə yaşayırdı. Əhalinin orta sıxlığı 1 kvadratkilometrə 37 nəfər idi. İri yaşayış məntəqələri Qubadlı şəhəri, Xanlıq, Mahmudlu, Dondarlı, Mahruzlu kəndləridir.
Rayonun əhalisi 38 615 nəfərdir (01.04.2021-ci ilə оlan мəlumat). Respublikamızın 41 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra hakimiyyəti, digər icra ctrukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.