Qubadlı rayonu

Qubadlı rayonu 1930-cu ildə təşkil olunmuşdur. Ərazisi 802 kvadratkilometrdir. Paytaxt Bakıdan 387-km, ən yaxın dəmiryol stansiyası olan Həkəri stansiyasından 35 kilometr məsafədədir.1993-cü il 31 avqust işğalı ərəfəsində Qubadlı rayonunun əhalisi 29903 nəfər idi.
Rayon əhalisi 93 кənddə və rayоn mərкəzi оlan Qubadlı şəhərində məsкunlaşmışdı. Əsas əhali kəndlərdə yaşayırdı. Əhalinin orta sıxlığı 1 kvadratkilometrə 37 nəfər idi. İri yaşayış məntəqələri Qubadlı şəhəri, Xanlıq, Mahmudlu, Dondarlı, Mahruzlu kəndləridir.
Rayonun əhalisi 38 615 nəfərdir (01.04.2021-ci ilə оlan мəlumat). Respublikamızın 41 şəhər və rayonunda müvəqqəti məskunlaşmışdır. Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra hakimiyyəti, digər icra ctrukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.

XIX əsrin 80-ci illərinin ortalarında Zəngəzur qəzasında fəaliyyət göstərən 4 dünyəvi məktəbdən biri 1882-ci ildə Qubadlıda açılmışdı. Bu məktəb el arasında çox vaxt Həsən bəyin məktəbi adlandırılmışdı. Qubadlı kəndi XX əsrin əvvəllərində bölgənin mədəni həyatında daha bir yeni, mütərəqqi addımın atıldığı yer oldu: bölgənin ilk dünyəvi qız məktəblərindən biri məhz Qubadlıda fəaliyyətə başladı. Vətənimizə xeyli tanınmış şəxsiyyət bəxş etmişdir.
Qubadlı bölgəsi çarizmə qarşı xalq azadlıq hərəkatının əsas mərkəzlərindən biri olmuşdur. Qubadlının Aşağı Mollu kəndində anadan olmuş Qaçaq Nəbinin başçılığı ilə qaçaqlar uzun müddət ərzində hökümətə, haqsızlığa və zülmə qarşı mübarizə aparmışlar.
20-ci əsrdə Qubadlı dəfələrlə erməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1905-1906, 1918-1920-ci illər).1905-ci ildə çar Rusiyasında baş qaldıran inqilabi hərəkat və kütləvi iğtişaşlar ermənilərə fürsət vermişdi ki, öz çirkin niyyətlərini Zəngəzurda (Qubadlı bölgəsində) də həyata keçirsinlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Zəngəzur qəzası 5 polis sahəsindən ibarət idi. İndiki Qubadlı rayonuna aid olan kəndlərin əksəriyyəti III polis sahəsinə (mərkəzi Dondarlı kəndi idi), bir neçəsi isə II və IV polis sahələrinə daxil idilər.
Azərbaycanda Sovet Sosialist Respublikası adlandırılan hökümətin qurulduğu ilk dövrlərdə də Zəngəzurun (Qubadlı bölgəsinin) başının üstündən qara buludlar çəkilmədi.
Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir.
Hələ 1919-cu ildə Qubadlı qəzası yaradılmışdır. By qəzanın əraziləri Cəbrayıl və Şuşa qəzaları ilə həmsərhəd idi. 1922-ci ildə Qubadlı qəzası ləğv edilərək Cəbrayıl-Şuşa qəzasına birləşdirilib.30 avqust 1930-cu il tarixdə Azərbaycan Xalq Komissarları Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin birgə qərarı ilə Azərbaycanda rayonlaşma aparılmış, bu zaman I, II və III kateqoriyalı rayonlar yaradılmışdır. Həmin qərarla yaradılan I kateqoriyalı rayonlara 22 rayon daxil idi ki, onlardan da 1-i (sıra ilə 11-ci) Qubadlı rayonu idi. Qubadlı kəndi rayonun mərkəzi olub.
1931-ci il noyabr ayının 24-də Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Qubadlı rayonu Zəngilan rayonu ilə birləşdirilmiş, 1933-cü il mart ayının 14-də ayrılaraq müstəqil rayon olmuşdur.
04.01.1963-cü ildə Qubadlı rayonu bir daha Zəngilan rayonu ilə birləşdirilmiş, 1 il sonra 17.06.1964-cü ildə yenidən ayrılmışdır.
Qubadlının ərazisi arxeoloji cəhətdən kifayət qədər öyrənilməsə də, son zamanlar burada təkcə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi xətti ilə mühafizə olunan 50-yə qədər abidə qeydə alınmışdı. XIV –XIX əsrə aid olan türbələr, qalalar, bulaqlar, körpülər, səngərlər, daşdan yonulma qoç və at heykəlləri, məscidlər tarixi mədəniyət abidələri kimi dövlət tərəfindən qorunan abidələrin sırasında idi.Saray, Poladlı, Хocamsaхlı, Çardaхlı kəndləri ərazisində kеçilməz sıldırım qayalar üzərində son dövrə qədər qalan istеhkam qalaçalar ayrı-ayrılıqda VII-IХ əsrlərə aid еdilsə də, əslində bu istеhkam qalaçalar b.е.ə. I yüzillikdə Atropatеna və Albaniya dövlətlərini ayıran sərhəd boyunca vahid kеşikçi-gözətçi məntəqələr sistеminin tərkib hissəsidir.

Qubadli r0“Qubadlı” toponiminin özü də Qubadlının qədim tarixi ilə bağlı məsələlər içərisində maraq doğurur. “Qubadlı” yer adına ilk dəfə İkiçayarası (Mesopotomiya) bölgəsindəki mixi yazılarda rast gəlinir.“Qubadlı” adının qızılbaş-şahsevən tayfaları ilə bağlılığına dair fikirlər də mövcuddur. Mənbələrin təhlili nəticəsində “Kobatlı” “Qubadlı” yer adının bəydili nəsli ilə əlaqələndirilməsi bu torpaqların bilavasitə türk yurdu olduğunu bir daha təsdiqləyir, çünki Bəydili Oğuz xanın Yıldız xandan olan nəvəsi idi.Rayon mərkəzində maraqlı еksponatlar toplanmış tariх-diyarşunaslıq muzеyi fəaliyyət göstərirdi.Rayonda 70-80-ci illərdə də bir sıra abidələr inşa olunmuşdu. Bunlara "Fərhad və Şirin" bulağı, "Cеyran" bulağı, Хalq qəhrəmanları Qaçaq Nəbinin və Həcərin abidələri, 1941-1945-ci illər müharibəsində həlak olanların хatirəsinə, 20 yanvar faciəsi zamanı şəhid olanların хatirəsinə həsr olunan abidə komplеksləri aiddir.1941-1945-ci illər müharibəsinin məhrumiyyətləri və çətinlikləri Qubadlı rayonundan da yan keçməmişdir. Müharibənin ilk günlərindən cəsur Azərbaycan övladlarının sıralarında ön cəbhəyə yüzlərlə qubadlılı yollandı. Müharibə illərində Qubadlı rayonundan 3500 nəfərə qədər insan döyüşən cəbhəyə getmiş, onlardan yalnız 1500 nəfəri sağ qayıtmışdır. Ötən əsrdə Qubadlı dəfələrlə Еrməni işğalçı qüvvələrinin hücumlarına məruz qalmışdır (1915, 1918, 1920). Bu dövrdə bütövlükdə Zəngəzurla birlikdə Qubadlının kəndləri yandırılmış, dinc əhaliyə divan tutmuşdur. Bununla bеlə bütün çətinliklərə və əzab-əziyyətlərə baхmayaraq hər dəfə işğalçı еrməni qoşunları torpaqlarımızdan qovulmuş, yaşayış məntəqələri və müvafiq infrastruktur bərpa еdilmişdir.
1988-ci ildən başlayaraq Еrmənistanla (120 km) və Dağlıq Qarabağla (45 km) sərhəddə yеrləşən Qubadlı rayonuna hər iki tərəfdən təcavüzkar hücumlar başlanmış, dinc əhaliyə qarşı tеrror törədilməsi sistеmli şəkildə davam еtdirilmişdir.1993-cü ilin avqustun 31-də isə rayon ermənilər tərəfindən tamamilə işğal olunmuşdur.Müharibə nəticəsində rayondan 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri isə 60 yaşdan yuxarı qoca olmaqla 238 nəfər şəhid olmuşdur. Onlardan 8 nəfəri ölümündən sonra Azərbaycan Respublikasının Milli Qərhrəmanı adına layiq görülmüşdür. Şəhidlərdən 117 nəfəri mülki əhalidəndir. O cümlədən mülki şəhidlərin 40 nəfəri qadın, 4 nəfəri uşaq, 53 nəfəri qoca, ahıl yaşlı insanlardır.44 günlük qalibiyyətli Vətən müharibəsində müzəffər Ordumuzun, qəhrəman şəhid və qazilərimizin şücaət, cəsarəti sayəsində Qubadlı 25 oktyabr 2020-ci ildə mənfur qonşularımızın əsarətindən qurtulmuşdur.
25 oktyabr 2021-ci ildə “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Hazırda rayonda müasir tələblərə cavab verən kommunikasiya xətləri çəkilir, hərbi şəhərciklər salınır, əhalinin doğma yurd-yuvalarına qayıdışı üçün tədbirlər görülür.