Hacı Nərimanoğlunun “TURAN Aşiqləri” kitabı çapdan çıxdı
“Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri yazıçı-jurnalist Hacı Nərimanoğlunun “TURAN Aşiqləri” kitabı çapdan çıxıb.
2011-ci il Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün 130, Turan amalı ilə yaşayıb mücadilə aparmış mütəfəkkir, şair, sosioloq Ziya Göyalpın 135, Osmanlı imperatorluğunun sonuncu hərbi naziri, Turan idealı uğrunda mücahid və şəhid olan Ənvər Paşanın 130, 93 il əvvəl Azərbaycanın rus-ingilis-erməni işğalından qurtuluşunu gerçəkləşdirən sərkərdə, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 122-ci doğum ilidir.
Rəcəb Tayyib Ərdoğan Bakıda “Rəcəb Tayyib Ərdoğan”ın müəllifi ilə görüşmüşdür
Bakı, 28 iyul 2011 (AzərTAc). Türkiyənin Baş naziri iyulun 27-də Bakıya səfəri zamanı ölkəsinin səfirliyində “Rəcəb Tayyib Ərdoğan” kitabının müəllifi jurnalist Hacı Nərimanoğlu ilə görüşmüşdür. Baş nazir dost və qardaş Azərbaycanda onun ömür yolundan, siyasi fəaliyyətindən, bütün sahələrdə genişlənməkdə olan Türkiyə-Azərbaycan əlaqələrindən bəhs edən nəfis tərtibatlı kitabın nəşrindən məmnunluğunu söyləmiş, müəllifə təşəkkürünü bildirmişdir.
Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşları barədə kitab çıxıb
"Zəngəzur” Cəmiyyətləri Birliyinin dəstəyi ilə Zəngəzurun sonuncu qazısı, 37-ci il repressiyasının qurbanı, ədəbiyyatşünas alim Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı “Qaçaq Nəbinin tarixi vəsiqə və sənədlər üzrə” və tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylinin “Sultan bəy və Xosrov bəy qardaşları” kitabları nəşr edilib. "Zəngəzur” Cəmiyyətləri Birliyinin sədri Hacı Nərimanoğlunun “Qafqazinfo”ya verdiyi məlumata görə, oxucular ilk dəfə olaraq bu kitablardan XIX əsrin son onilliyində Qaçaq Nəbinin başçılığı ilə rus çarizminə və xalqın qanını soran zülmkarlara qarşı aparılmış partizan müharibəsindən, 1918-20-ci illərdə Zəngəzur və Qarabağda misli görünməmiş qətliamlar törədən erməni nizami ordusunu məhv edib bütün silah-sursatını ələ keçirən Sultan bəyin və onun qardaşı-Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Gəncə və Qarabağın general-qubernatoru Xosrov bəy Sultanovun göstərdikləri şücaətlər barədə elmi-tarixi mənbələrə istinadla detallı bilgilər alacaqlar. H.Nərimanoğlu bildirib ki, birlik gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi, milli qürur hisslərinin gücləndirilməsi, xalqımızın şərəfli döyüş, qəhrəmanlıq tarixinin öyrənilməsinin əhəmiyyətini nəzərə alaraq, belə əsərlərin nəşrini davam etdirəcək. 08.09.2011 | qafqazinfo.az
Yeni kitablar xalqımızın qəhrəmanlıq tarixini əks etdirir
"Zəngəzur” Cəmiyyətləri Birliyinin dəstəyi ilə Zəngəzurun sonuncu qazısı, 37-ci il repressiyasının qurbanı, ədəbiyyatşünas alim Bəhlul Bəhcətin 1930-cu illərdə yazdığı “Qaçaq Nəbinin tarixi vəsiqə və sənədlər üzrə” və tarix elmləri doktoru, professor Ziyadxan Nəbibəylinin “Sultan bəy və Xosrov bəy qardaşları” kitabları nəşr edilmişdir.
Tanınmış şair Mahirə Abdulla ilə Zəngəzur camaatının görüşü keçirilib
Azərbaycan Yazıçılar Birliyi və Zəngəzur Cəmiyyətlər Birliyinin təşkil etdiyi görüşü Azərbaycan Yazıçılar Birliyinin katibi xalq şairi Fikrət Qoca açdı. O, Mahirə Abdullanın çoxcəhətli yaradıcılıq manerasına malik olduqunu, onun həm şeir, həm, nəsr, həm də rəssamlıqla profesinal şəkildə məşğul olduğunu vurğuladı. Şair Qəşəm Nəcəfzadə Mahirə xanimın vətəndaş mövqeyini önə çəkdi. “ Fəlsəfə elmləri namizədi Mahirə xanim kimi üsyankar, vətənpərvər odlu-alovlu şeirləri ilə döyüşən ikinci bir şairə xanim tanımıram. O, nədən yazırsa yazsın onun yaradıcılığının mərkəzində vətən, onun azadlığı, müstəqilliyi dayanır. Bu vətənin yolu qədim türk torpaqları olan Zəngəzur mahalından, Qarabağdan və Göyçədən keçir.
QHT müsabiqəyə yekun vurdu:
Xosrov bəy və Sultan bəy haqqında kitab çıxdı
“Zəngəzur” Cəmiyyətləri Birliyi Azərbaycanın Xalq qəhrəmanı Sultan bəy Sultanovun anadan olmasının 140 ilinin tamam olması ilə bağlı elan etdiyi müsabiqəyə yekun vurub.
Bununla bağlı sentyabrın 7-də Birliyin yaydığı məlumatda deyilir: “İşğal altında olan Qarabağ-Zəngəzur və digər bölgələrimizdəki torpaqlarımıza qayıdış xalqımızın milli mənlik, heysiyyət, qürur, vətənpərvərlik və hərbə hazırlıq duyğularının oyanışından keçir. Bu yolda Sultan bəyin komandanlıq, qəhrəmanlıq və xalqı vahid məqsəd uğrunda birləşdirmək bacarığı tariximizin ən ibrətli örnəyidir. Bunları nəzərə alaraq, Sultan bəy haqqında ən yaxşı kitab, məqalə, teleradio materiallarının müsabiqəsi keçirilmişdir.