Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Hərbi qələbə siyasi sənədlərdə rəsmiləşməlidir

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Azərbaycanın sentyabrın 27-dən başlanan Vətən müharibəsində qazandığı qələbə dünya mediasının gündəmindədir. Bu barədə hələ çox yazılacaq.

 Savaşda qazandığımız uğurlarımızın səbəblərini və bundan sonrakı fəaliyyətimizin əsas istiqamətləri barədə fikirlərimizi sıra ilə açıqlayıram:

 

 1.Milli Ordumuzun döyüş ruhunun yüksək olması, xüsusi təyinatlı birləşmələrin misilsiz cəsarəti, peşəkarlığı, müasir modern silahlarla, insansız hava aracı - İHA, digər hərbi-texniki vasitələrlə təchizatı;

2.Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, əzmi, xalqı qələbəyədək aparmaq məharəti, informasiya siyasəti, şəxsi qüruru, komandanlıq keyfiyyətləri;

3.Qardaş Türkiyə Cümhuriyyəti, Ərdoğan kimi dünyanın hesablaşdığı arxa, dayağın olması, beynəlxalq arenada diplomatik kanallarla göstərdiyi dəstək, haqq işimizi dünyaya yayması;

4.Xalqın döyüş əzmi, savaş ruhu, milli qeyrət və düşüncəsi, erməni təcavüzünün nəticələrini qəbul etməməsi, əsarətlə barışmamağı;

5.Erməni təxribat, təcavüzünə qarşı qətiyyətli savaşa başlamaq üçün seçilmiş zamanın bizim üçün əlverişli olması (Rusiya və ABŞ-da seçkilər, maliyyə problemləri, sanksiyalarla çökdürülən Rusiyanın Türkiyə ilə hərbi-sənaye kompleksi üzrə bağlanmış çoxmilyardlıq sazişlər, pandemiya və sair);

6.Rusiyanın səssiz razılığı, nisbi bitərəfliyini saxlaması, Ermənistanın baş naziri Paşinyana, Avropa, NATO yönümlü hərəkətlərə görə cəzalandırma izni verməsi;

daha bir neçə səbəb də əlavə etmək olar.

Hərbi üstünlük masa arxasında da davam etməlidir, yəni Azərbaycan qalibiyyətli savaşın sonunda, masa arxasında nələrə nail olmalıdır:

1.Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından, genosidi tanıtma siyasətindən rəsmən, yazılı şəkildə imtina etməli, son verməlidir.

2.Azərbaycanla Ermənistan arasında əgər sülhməramlı silahlı qüvvələrin yerləşdirilməsi zərurəti yaranarsa, bu beynəlxalq qüvvələrdən ibarət olmalı, müvəqqəti dövr üçün nəzərdə tutulmalı və yalnız Ermənistanın Laçın rayonu ilə kiçik sərhəd bölgəsini əhatə etməlidir.

3.Sülhməramlı adı ilə yerləşdiriləcək kiçik kontingentin bir tərəfi mütləq Türkiyə hərbçiləri olmalıdır.

4.Dağlıq Qarabağa muxtariyyət və Ermənistan arasında dəhliz-koridor verilməsi, yalnız Ermənistanda Azərbaycanlıların yaşamış olduğu əraziyə muxtariyyət verilməsi və qaçqınların həmin torpaqlarda yaşama haqq-hüququnun tanınması, Zəngilan rayonu ilə Mehridən keçməklə Naxçıvana dəhliz-koridor verilməsi ilə paralel aparılmalı, müzakirə edilməlidir.

5.Bərpa planı hazırlanmalı, dağıdılmış kəndlərin əvəzinə yeni abad qəsəbələr salınmalıdır.

Dağılmış, məhv edilmiş bölgələrdəki 30 il əvvəl olduğu kimi, adda-budda, sivil yaşayış üçün qeyri-münasib kəndlərin (Qubadlıda 7, 10-15 evli, heç bir sosial obyekti, şəraiti olmayan çoxlu kəndlər var idi) əvəzinə, yeni, müasir kommunal, infrastruktura, etibarlı mühafizə, müdafiəyə malik qəsəbələr salınması planlaşmalıdır.

6.Respublikamızın bütün guşələrindən gənc ailələrin, ən çox da hərbçi ailələrinin işğaldan azad edilən bölgələrə köçürülməsi üçün Dövlət proqramları hazırlanmalıdır.