Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Şuşa yolumuzu gözləyir, gecikirik!

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

40 gündür ki, Şuşa Azərbaycana, Azərbaycan Şuşaya qovuşub. Ancaq Şuşada yalnız əsgərlərimizdir, 28 ildir Şuşa deyib haray çəkən həsrətli şuşalılar hələ ki Qalaya qayıtmayıb, yəni qayıdışları təmin edilməyib. Təbii ki Şuşada işıq, su, qaz, istilik, yol problemi var, qışdır, Bakıdakı rahatlıq orada yoxdur. Ancaq bura Şuşadır axı və gözü sakinlərinin yoluna dikilib, yol gözləyir, sakinlərin nəfəsinə qızınmaq istəyir axı. Buradakı müzəffər ordumuzun əsgərlərinin gözləri də yol çəkir ki, harda qaldı Şuşalılar, bu Qalada qan töküb, qanımızı bu torpağa axıtmışıq ki, əhalisi teliklə geri dönüb öz ev-eşiklərində yaşasınlar. Yəqin bu fikri heç kəs yaxın buraxmaz - Ramana Şuşadan əzizmi ola bilər?! İnternet əsridir, baxırıq, görürük erməni saytlarında Şuşadan çıxmış erməni ailələri Şuşaya dönüşü hər gün səbirsizliklə, ümidlə, inamla gözlədiklərini elə ürəkdən ifadə edirlər ki...Gəlin qəbul edək ki bizim Şuşanı tərk etdiyimiz 28 ildə burada yüzlərlə erməni doğulub, göz açıb buranı görüb, Şuşanı Vətən bilib, üstəgəl erməni təbliğatı o qədər güclü işləyib ki, hər kəsin beynində Şuşa-Qarabağ tarixi erməni yurdu kimi beyinlərə pərçim olunub.

Ermənistan prezidentinin, müdafiə, təhlükəszilik nazirlərinin Moskva səfərlərində 1-ci mövzu Şuşa və Hadrutun dılqır “dqr”-ə qaytarılması məsələsi idi və təbii ki, Moskva da bunu ehtiyat variant kimi heç vaxt rədd etməyib. “Artsaxın prezidenti”, hökuməti, azı 20 minlik ordusu, silah-sursatı ilə dqr-də diridir, fəaliyyətdədir. Üstəgəl Rusiyanın digər post-sovet ölkələrdəki  “sülhməramlı” təcrübəsi də göz önündədir, addım-addım Qarabağda təkrar olunur.

Erməni gözünü, əlini, fikrini Şuşadan biryolluq çəkməlidir! Bunun üçün heç bir tərəddüd etmədən, yazın, “lazımın” gəlişini, Füzuli-Şuşa yolunun tamamlanmasını gözləmədən Şuşaya ailələr köçürülməlidir, ermənilərin həvəsi, şirnikləndirilən xəyalları məhv edilməlidir. Tam əminəm ki, mövcud çətinlikləri də göz önünə alaraq, dəf edərək hər gün Şuşaya qayıdışı həsrətlə gözləyən, hazır olan ailələr istənilən qədərdir. O cümlədən hərbçi ailələri, könüllülər də içərisində olmaqla, Şuşa əbədi olaraq alınmaz Qalaya çevrilməlidir.

Şuşanın azad edilməsi Vətən müharibəsinin ən yüksək, ən şərəfli sonluğu oldu-Şuşasız Qarabağ - Xankəndi, Xocalı, Laçın, Laçınsız Qubadlı...yoxdur. Şuşa xilaskarlarının ruhu qarşısında xalq, dövlət olaraq həm də əxlaqi-mənəvi, vətəndaşlıq borcumuz var, ilk növbədə Şuşanı Vətən etməklə bu börcu ödəmiş olarıq. Qayıdış Şuşadan başlamalıdır, çünki hazır olan, vacib, əsas olan Şuşadır!

Sözardı: Azərbaycan xalqı Türkiyə silahlı qüvvələrinin tezliklə Qarabağa gəlişini və bir bölümünün ilk növbədə Şuşada yerləşməsini intizarla gözləməkdədir, 1918-ci ildə də belə olmuşdu. Bu, növbəti yazının mövzusu olacaqdır.

Şuşaya gedib daimi yaşamağa, işləməyə hər gün hazır olan

 Hacı NƏRİMANOĞLU,

 Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru