Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Anadolu və Qafqazda türklərə qarşı erməni terrorunun tarixi

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Türklərə qarşı ermənilərin apardığı soyqırımı iki əsrə yaxındır davam edir.
Türklərə qarşı kin-küdurət, nifrətlə yoğrulmuş erməni xislətindən doğan genişmiqyaslı milli hərəkat ilk dəfə 1780-cı ildə Türkiyədə Zeytun üsyanı ilə başlamışdır. Hərəkatın əsas məqsədi, silah və terror gücü ilə Türkiyə, Gürcüstan və Azərbaycan torpaqları hesabına dənizdən-dənizə Böyük Ermənistan adlı dövlət yaratmaq olmuşdur. Hərəkatın liderləri Qara dənizi, Aralıq dənizi və Xəzər dənizinə çıxış əldə edilməyənə qədər, mübarizənin hər bir yolundan istifadə olunmasının zərüri olduğunu elan etmişdilər. Erməni milli hərəkatı sonralar təşkilatlanaraq fəaliyyətlərini daha da genişləndirmişlər.

Öncə erməni din xadilmləri tərəfindən yaradılan Mexitarist Ordeni, 1885-ci ildə qurulan Armenakan, 1887-ci ildə yaranan Hnçak və 1890-cı ildə yaranan Daşnaksütun təşkilatlarının proqramlarında “qan tökmədən müstəqillik əldə etmək mümkün deyil” şuar, tezisi açıq-aydın yazılaraq fəaliyyət üçün əsas tutulmuşdur. XX əsrin əvvəllərində erməni terrorçu təşkilatlarının tərkibində 50 mindən çox silahlı üzv- “kamovor” var idi ki, onlar Osmanlı Türkiyəsində artıq yüzlərlə günahsız türk, kürdü qətlə yetirmişdilər. Xəyali planlarını gerçəyə çevirmək üçün xristian güclərin - Rusiya, Fransa, ABŞ, Böyük Britaniya, Avstriya, Yunanıstan və digər dövlətlərin imperiya siyasətindən, Osmanlı Dövlətinə qarşı düşmən münasibətindən istifadə etmişdilər.
26 avqust 1896-cı ildə Papken Siyuni liderliyində bir grup daşnak Osmanlı Bankına hücum edərək binanı ələ keçirib qarət etmiş, 1895-1904-cü illərdə ondan çox vilayətdə üsyan qaldırmış, 1905-ci ildə Sultan II Əbdülhəmidə sui-qəsd etmiş, 1908-1912-ci ildə Ərzurum, Van, Sason, Adana və digər bölgələrdə minlərlə insanı qətlə yetirmişlər. I Dünya savaşının başlaması, Osmçanlı dövlətinin bütün sərhədləri boyu savaş aparmasını, kişi əhalisinin tam əksəriyyətinin ön cəbhələrdə olduğunu fürsət bilən erməni çeteləri ölkə içində insanların ucdantuma, körpə, uşaq, qoca demədən kütləvi qırğınlarına başlamışlar. 1915-ci il 27 mayda Osmanlı Dövləti qanun qəbul edərək, ağlını, insanlığını, həddini itirmiş erməni əhalisinin bir hissəsini ölkədə kənara köçürmüşdür.
Yalnız bundan sonra silahlı, nizami erməni ordu birləşmələri dövlətin ərazisini tərk etmək məcburiyyətində qalaraq mənfur niyətlərini Osmanlıdan kənarda Azərbaycanda gerçəkləşdirdi.
Rus tarixçi, etnoqrafı Nikolay Nikolayeviç Şavrovun məlumatına görə 1906-cı ildə Cənubi Qafqazda 900 000 erməni məskunlaşmışdısa, bu rəqəm 1908-ci ildə 1 301 000-ə çatmışdı.
1905-1906-cı illər azərbaycanlılara qarşı törədilən qırğınlar ərəfəsində İrəvan qubemiyasmdakı 1301 yaşayış məntəqəsindən 959-da azərbaycanlılar, 342-də ermənilər məskunlaşmışdılar. Yelizavetpol quberniyasında isə 1613 kənddən 390-da ermənilər yaşayırdılar. Göründüyü kimi, bu demoqrafik ilhaq siyasi məqsədlər üçün idi. Beləliklə, Azərbaycanda süni surətdə artırılan, təşkilatlandırılan ermənilər qüvvə səviyyəsinə çatdırıldılar, Türkiyədə soyqırımı təcrübəsi keçən bu vandallar etnik təmizləmənin ilk mərhələsinə 1905-1906-cı illərdə baş vurdular. 1905-1906 illərdə çar Rusiyası “parçala, hökm sür” siyasətinə uyğun olaraq erməniləri silahlandırıb şirnikləndirdi, əliyalın müsəlmanların üstünə saldırdı, qırğınlar törətdi. Erməni silahlı qrupları İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini talan, qarət etdilər. Statistik məlumatlara əsasən demək olar ki, 1905-1907-ci illərdə baş verən hadiəsələrdən sonra azərbaycanlılara qarşı kütləvi repressiyalar gizli şəkildə aparıldı. 1916-cı ilin məlumatları göstərir ki, 1831-ci illə müqayisədə həmin il İrəvan quberniyasının 5 əyalətində erməni əhalisinin sayı 40 dəfə artaraq 14 min 300-dən 570 min nəfərədək yüksəlmişdir. Ancaq həmin zaman kəsiyində azərbaycanlıların sayı cəmi 4,6 faiz artaraq 246 min 600 nəfər təşkil edib. Yaxud başqa bir nümunə, əgər 1886-1897-ci illərdə əhalinin mütləq artımı 40 min nəfər olubsa, 1905-1916-ci illərdə bu rəqəm cəmi 17 min nəfər olub. Halbuki hələ 1905-ci ildə 1886-cı illə müqayisədə əhalinin sayı 61 min nəfər çox olub. Bu rəqəmlər çar Rusiyasının idarəçiliyi dövründə erməni millətçilərinin şovinist siyasətini həyata keçirməsindən, "Türksüz Ermənistan" planının reallaşdırılması istiqamətində azərbaycanlıların qovulmasından xəbər verir.
1918-1920-ci illər Birinci dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər 1917-ci ildə baş vermiş fevral və oktyabr inqilablarından sonra öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd edirlər. Bakı Soveti əksinqilabi elementlərlə mübarizə şüarı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın, reallaşdırılmasına başlayır. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. O aylarda ermənilər tərəfindən törədilən cinayətlər azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insaniarı diri-diri oda atırdılar. Onlar tərəfindən milli memarliq abidələri məktəblər, xəstəxanalar, məscidlər və digər tikililər dağıdılır Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində həyata keçirilir. Bu torpaqlarda kütləvi qaydada dinc əhali qırılmış, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşdur. Təkcə Bakıda 15 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş; əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirılmişdir. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərinin birində ("Aşxadavor" ("Əməkçi") qəzeti, 2 noyabr 1919-cu il) göstərilirdi ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 131 min 970 nəfər isə öldürülmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Sovet Sosialist Respublikasının mövcud olduğu illərdə də ermənilər xeyli torpaqlarımızı hiylə, həyasızlıq, fitnə-fəsadla, hərbi-siyasi havadarlarının fəal dəstəyi ilə zorla qoparmış, öz ərazilərini böyütməkdə davam etmişdir.
1948-1953-cü illər Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasına, əslində etnik təmizəmə, deportasiya olunmasına nail olmuşdur.
1988-ci ildən başlayaraq yenidənqurma, aşkarlıq prosesi antiazərbaycan əhval-ruhiyyəsinin və ərazi iddialarının yeni dalğasını yaratdı. 1945-ci ildə sınaqdan çıxarılmış guya Ermənistanla Qarabağın iqtisadi cəhətdən bir-birinə bağlı olması barədə əsassız iddialarla erməni millətçiləri azərbaycanlıları Ermənistandan qovmağa, Qarabağı isə Azərbaycandan ayırmağa başladılar. 1988-ci ildən başlayaraq kütləvi hədə qorxular, fıziki güc, ölüm, kəndlərin talan edilməsi yandırılması həyata keçirilir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülür, onların 21-i qadın 6-sı uşaq olur. Vardenis rayonunda isə 40 nəfər öldürülür. Ermənistanın digər rayonlarından – Yerevan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Qoris, Sisian, Amasiya və Alaverdidən 250 min azərbaycanlı öz ev-eşiyindən qovulur. 1905-1920-ci illərin tarixi yenidən təkrar olunur – qadın və uşaqlar, yaşlılar qarlı dağlar aşaraq, dona-dona, insani itkilər verə-verə öz xilaslarını Azərbaycanda axtarırdılar. Yenidən 1948-53-cü illərin tarixi təkrar olunur – İttifaqın mərkəzi hakimiyyətinin qərarları ilə azərbaycanlı qaçqınların Qarabağda yerləşdirilməsinə icazə verilmir, onlar özlərinə çadır şəhərciklərində sığınacaq tapırlar. 18 fevral 1929-cu ildə Azərbaycan xalqının iradəsi əleyhinə Ermənistanın tərkibinə verilmiş yalnız azərbaycanlıların yaşadığı Nüvədi kəndindən əhalinin çıxarılmasından sonra - 1991-ci il avqustun 8-də Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrildi, “Türksüz Ermənistan” ideyası tam reallaşdı.
1988-ci ildən sonra Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində 7 rayon talan olundu, 1 milyona qədər adam doğma yurdundan didərgin düşdü.
Ermənilərin XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə 29,8 min kvadratkilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə 20 faiz ərazimiz işğal edilərək talan, qarət edilib bütün daşınar əmlak məhv edilmişdir. 2,5 milyon nəfər azərbaycanlı soyqırımı və deportasiya məruz qalmışdır.
27 sentyabr 2020-ci ildə başlayıb 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq işğal altındakı rayonlarımız, Şuşa da daxil olmaqla, azad edildi, Azərbaycan tarixi Zəfər qazandı.

Ermənilərin azərbaycanlılara qarşı açdığı birinci dava (1905-1906-cı illər)

 

Çar hökuməti 1905-ci ilin yanvarında Rusiyada başlayan inqilabın ucqarlarda, o cümlədən Qafqazda yayılmasının, millətlərin “xalqlar həbsxanası”ndan qurtulması uğrunda mübarizəsinin qarşısını almaq, xalqları əsas milli hədəfdən yayındırmaq məqsədilə, Türkiyə və İrandan Qafqaza köçürdüyü erməniləri silahlandırıb azərbaycanlı əhaliyə qarşı müharibəyə qaldırdı.

Ən amansız toqquşmalar 1905-ci ilin fevral - avqust aylarında Bakı, Naxçıvan, Şuşa, İrəvanda baş verdi. 158 Azərbaycan kəndi dağıdılıb məhv edildi, 10 minə qədər insan  qətlə yetirildi. Çarizmin yerli hakimiyyət dairələri özlərinin başlatdığı bu müharibəni dayandırmaq üçün sonadək heç bir səy göstərmədi.

Bu müharibənin mahiyyəti, məqsədi, gedişatı hqadisələrin şahidi, iştirakçısı olmuş ədiblərin əsərlərində bütün təfərrüatı ilə əks olunub.

Azərbaycan dramaturqu Cəfər Cabbarlı "1905-ci ildə" pyesi bu qırğına həsr olunub. Səngərdə təsadüfən qarşı-qarşıya gələn azərbaycanlı və erməni qonşuların artıq aforizmə çevrilmiş  “atan kazaklardır” ifadəsi bu qırğınların əsas səbəbkarının, ara qarışdırıb qızışdıranların adresini göstərir; Qafqazdakı rus hərbçiləri kazaklar adlanırdı.

Məmməd Səid Ordubadi “Qanlı illər” əsərində Naxçıvan və Zəngəzurda ermənilərin törətdiyi qırğınların müdhiş mənzərəsini göstərir və xüsusi vurğulayır ki, ermənilərin dini başçıları-arximandriti və rus qubernator Baranovski harada azərbaycanlıların üstün gəldiyini görürdülərsə, dərhal qabağa düşüb sülh, sakitlik üçün araya girib yalvarmağa, ağlamağa başlayırdılar: “amandı, rəhm edin!”

Erməni daşnakları “iranlıyıq, bizə dəyməzlər” düşünüb, Naxçıvan realnı məktəbin təmirində işləməkdə davam edən 17 iranlı fəhlənin başını kəsib divarların üstünə düzmüşdülər.

Mir Möhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” əsərində qeyd edir ki, təpədən dırnağa qədər silahlandırılan ermənilər əvvəlcədən müsəlmanların əlində olan silahları ələ keçirmək üçün belə bir hiylə işlətmişdilər; tüfəng bazarda 20 manata satılırdısa, onlar 100 manata, tapança 6 manata satılırdısa, 30 manata alırdılar. Nəticədə azərbaycanlıların evlərində, əlində  nə qədər silah-sursat var idisə, tamamən ermənilərəin əlinə keçməsinə səbəb oldu. Və sonra arxayınlıqla Şuşanın imkanlı azərbaycanlılarının evlərinə hücum edir, var-yoxlarını talayıb, özlərini də uşaq, qoca demədən qətlə yetirirdilər. Nəvvab onlarla belə fakt göstərir. Mir Möhsün Nəvvab müsəlmanların öldürülməsində Rusiya tərəfindən Qarabağa və Şuşa uyezdinə təyin edilən generalların da şəxsən fəal iştirak etdiyini qeyd edir. Bunlardan Yelizavetpol quberniyasının general-qubernatoru V.N.Qoloşşapov daha qəddar idi. Qoloşşapov Şuşaya ilk gəlişində əhalisinin üçdə ikisi azərbaycanlılar olan Şuşanın bütün hökumət idarələrinə erməniləri yerləşdirdi. Hər gecə “şəhər qlavası” erməni Kiki Kələntərov general Qoloşşapovun mənzilində erməni xanımlarının da aktiv iştirakı ilə kef məclisləri qururdu. Kələntərov Qoloşşapova 10.000 rubl rüşvət verərək, erməni-müsəlman davasında rusların onlara açıq surətdə kömək etməsini generaldan xahiş etdi. Qoloşşapovun tədbiri ilə ətraf kəndlərdən, İrəvandan, Gəncədən və başqa yerlərdən 7.000 erməni silahlıları, 850 nəfər rus kazakı, 11 top və topxananı Şuşaya gətirtmişdi. 10.000 nəfərlik erməni-kazak dəstələri azərbaycanlılara qarşı hücuma keçdilər.

M.S.Ordubadi də bu haqda yazırdı ki, general-qubernator V.N.Qoloşşapovun müsəlmanlara “iblis” münasibətinin nəticəsi olaraq, Şuşa, Zəngəzur qəzalarında azərbaycanlılara qarşı törədilən vəhşiliyin həddi-hüdudu yox idi. Yelizavetpol quberniyasının general-qubernatoru Qoloşşapov Qarabağda azərbaycanlılara qarşı törətdiyi mənfur əməllərinə görə "Difai" partiyası tərəfindən ölüm cəzasına məhkum edildi, “İki güllə yarası almış general Qoloşşapovun mənfur və sizin üçün rəzil həyatı başa çatmışdır. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda "Difai"nin ilk çıxışı və üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktıdır.”

Qafqazın canişini İ. Voronsov–Daşkov da erməni dairələrinin təsiri altında idi. Erməni tədqiqatçısı Anahid Lalayan “Əksinqilabi “Daşnaksütyun” və 1914–1918-ci illər imperialist müharibəsi” məqaləsində yazır ki, Voronsov-Daşkovun arvadı Yelizaveta Qriqoryevna “Daşnaksutyun” partiyasının Tiflis bürosunun rəhbərlərindən biri yepiskop Mesropun məşuqəsi idi. Odur ki, Qafqaz Canişinliyinin ermənilərin mənafeyi ilə bağlı qərarları Voronsov–Daşkovun yataq otağında hazırlanırdı.

Birinci erməni hücumları haqqında erməni müəlliflərinin yazdıqları da azərbaycanlı şahid ədiblərin yazdıqları ilə üst-üstə düşür.

Erməni müəllifi Hovannes Ter-Martirosyanın (A-do) 1907-ci ildə İrəvanda çap edilən “Qafqazda erməni-türk toqquşmaları (1905-1906-cı illər). Sənədli, statistik, topoqrafik izahlarla” əsərində,    Simon Zavaryanın 1907-ci ildə Sankt-Peterburqda rus dilində çap edilən “Qarabağın iqtisadi şəraiti və 1905-1906-cı illər aclığı”,  İ. Alibekovun 1906-cı ildə Tiflisdə rus dilində çap olunan “Yelizavetpolun qanlı günləri cəmiyyətin mühakiməsi qarşısında” əsərlərində 1905–1906-cı illər qırğınlarının mahiyyəti təhrif edilsə də, bu əsərin hamısında qətliamların ermənilər tərəfindən başladığı, həmin dövrdə təkcə Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur qəzasında 43 (cəmisi 75 kənd) azərbaycanlı kəndinin əhalisi ilə birlikdə məhv edildiyi kəndbəkənd siyahı üzrə göstərilib.

Ermənistan Respublikasının paytaxtı Yerevan (erm. Երևան, türk. Erivan, rus. Ереван, ing. Yerevan) şəhəri Ağrı dağı (kürdlər “çiyayê Agirî”-“Odlu dağ", yunanlar “Ağos”, farslar “Kūh-e Nūḥ”-“Nuh dağı”, ermənilər “Ararat dağı” adlandırır) vadisində, Zəngi (məşhur azərbaycanlı soylu tayfanın adıdır, şəhərin ətrafındakı 10-dək toponimdə Zəngəran, Zəngənə, Zəngişanlı, Zəngidərə çayı, Zəngibasar, Zəngilər…daşlaşıb) çayının sahilində səfalı, geniş bir sahədə yerləşir. XVI әsrdә Osmanlı ordusunun yürüşlәri zamanı sultanın katibi olmuş İbrahim Rәhimizadә İrәvan şәhәrini “Azәrbaycan mülkünün gözü” adlandırmışdı.

İbrahim Rәhimizadә Hәrәmi. Osmanlı ordusunun Azәrbaycana yürüşlәri (XVI әsrin sonu). (Nәşrә hazırlayan, ön sözün vә şәrhlәrin müәllifi: Rauf Şeyxzamanlı). Bakı, 2007, s.169.

 

 

Azərbaycanlıların 1948-50-ci illər deportasiyası

Ermənilərin azərbaycanlılara qarşı soyqırımı, terror, etnik təmizləmə və deportasiya siyasəti 1905-ci ildən başlayaraq sistemli şəkil almış, 2020-ci ilin bu günlərinə kimi 115  ildən çox davam etməkdədir.

Ermənistan bu mənfur hərəkətlərində hər zaman çar Rusiyası və onun hüquqi varisi olan SSRİ rəhbərliyindən hərbi-siyasi, mənəvi dəstək almışdır.

Azərbaycanlılara qarşı dövlət səviyyəsində həyata keçirilən deportasiya siyasətinin ən bədnam səhifələrindən biri SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli Qərarıdır.

SSRİ Nazirlər Sovetinin sədri və Sov.İKP Mərkəzi Komitəsinin Baş katibi İosif Stalinin imzaladığı qərarla 100 000 azərbaycanlı ən qədim dövrlərdən yaşadıqları Ermənistan  Respublikası ərazisindən Azərbaycanın Kür-Araz ovalığına köçürülüb. Köçürülənlərin, əslində sürgün edilənlərin sayı bundan iki dəfə çox olmuşdur. Tarixən dağlıq bölgələrdə yaşamış bu insanlara, hətta, əmlaklarını, ən zəruru ev əşyalarını, yol yeməklərini götürməyə də izin verilməmiş və onlar qəsdən ən isti, yaşayış üçün elementar imkanı, infrastrukturu olmayan aran bölgələrinə-Mil-Muğan düzünə köçürülmüşlər. Tamamilə fərqli iqlimə, istiyə, xəstəliklərə, aclıq və səfalətə davam gətirməyən insanlar kütləvi şəkildə qırılmışdır. Azərbaycanlıların evlərinə isə xarici ölkələrdən köçürülən ermənilər yerləşdirilirdi.

Bu qərarın hazırlanması və icrasında həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini (Stalinin müavini) olan erməni Anastas Mikoyan xüsusi fəallıq göstərmişdir.

Ermənistan və 70 il ömür sürmüş SSRİ tarixinə qara ləkə olan bu sənədi təqdim edirik.

Qərar nömrə 4083

23 dekabr 1947-ci il. Moskva, Kreml.

Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında

SSRİ Nazirlər Soveti qərara alır:

  1. 1948-50-ci illərdə Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına könüllülük əsasında 100 min kolxozçu və digər azərbaycanlı əhali, onlardan: 10 min nəfər 1948-ci ildə, 40 min nəfər 1949-cu ildə və 50 min nəfər 1950-ci ildə köçürülsün.
  2. Ermənistan SSR Nazirlər Sovetinə, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar olaraq, onların azad olunmuş tikililərindən və yaşayış evlərindən Ermənistan SSR-yə gələn xarici ölkələrin ermənilərinin yerləşdirilməsi üçün istifadə etməsinə icazə verilsin.

SSRİ Nazirlər Sovetinin sədri                                  İ. Stalin

SSRİ Nazirlər Sovetinin İşlər müdiri                       Y. Çadayev

 

Xarici ölkələrdən, xüsusən Livan və Suriyadan daha çox erməni ailəsinin köçürülüb yerləşdirilməsi məqsədilə, Ermənistanın millətçi rəhbərlərinin və onların Moskvadakı  himayədarlarının təkidi ilə 1951-ci il fevralın 28-də SSRİ Nazirlər Soveti "1951-ci ildə köçürülmə planı haqqında" 605 saylı məxfi qərar qəbul etdi. Çünki görülən sərt inzibati tədbirlərə baxmayaraq, azərbaycanlı əhali öz tarixi yurd yerlərini tərk etmək istəmir, bəzi hallarda hökumət adamlarına qarşı mütəşəkkil müqavimət göstərirdi. Bu həm də onunla bağlı idi ki, köçürülənlərə burada qalan əmlakının dəyəri üçün nəzərdə tutulan, hətta,  az miqdarda vəsait də verilmir, yeni məkanlarda da heç bir şərait olmadığından köçürülənlərin bir qismi çətinliklə də olsa, geriyə qayıdırdı. Artıq onların kütləvi narazılığı, çoxlu sayda şikayət məktubları Moskva, Yerevanda narahatlıq yaradırdı. Ermənistan SSR Nazirlər Soveti yanında Köçürmə İdarəsi rəisinin 1951-ci mayın 27-də Moskvaya yazdığı məlumatda 36 azərbaycanlı ailəsinin geriyə qayıtdığı təşvişlə bildirilir, belə halların qarşısının alınması üçün ciddi tədbirlər görülməsi istənirdi. Geri qayıdanlar Ermənistanda qeydə alınmır və adi vətəndaş hüquqlarından məhrum edilirdilər.

Əhalinin elliklə köçürüldüyü yerlərdə bütün kənd, qəsəbə adları dəyidirilib erməniləşdirilir, məscidlərin, azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların izi də silinib itirilirdi.

Deportasiyaya məruz qalan hər 3 insandan biri yeni, tamamilə fərqli mühitə, isti, quru iqlimə, məişət təminatsızlığına uyğunlaşa bilməyib, aclıq və xəstəlikdən həlak oldu.

1948-1956-cı illərdə Ermənistan SSR-dən, öz tarixi etnik torpaqlarından deportasiya edilən azərbaycanlıların bu faciəsi hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın II maddəsinə uyğun olaraq soyqırım və etnik təmizləmə kimi qiymətləndirilməlidir.

 Hacı Nərimanoğlu