SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

   Bu sözləri 2008-2012-ci illərdə qardaş Türkiyənin ölkəmizdə səfiri olmuş Hulusi Kılıç martın 6-da zengezur.com saytının baş redaktoruna 44 günlük döyüşün nəticələrini şərh edərkən deyib. Diplomat əlavə edib ki, bir çox superdövlətlərin artıq Qarabağ münaqişəsini Ermənistanın xeyrinə bitmiş hesab edərək, bu məsələnin ciddi şəkildə danışıqlar masasına çıxarılmasına belə lüzum görmədikləri bir zamanda, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Makedoniyalı İsgəndər “Qordi düyünü”nü necə həll etmişdisə, o da Qarabağ məsələsini həmin antik-klassik yolla həll etdi. Heç şübhə yoxdur ki, Türkiyə-Azərbaycan, R.T.Ərdoğan-İlham Əliyev qardaşlığı da bu məsələdə öz rolunu oynamış oldu. Hulusi Kılıç onu da vurğulayıb ki, artıq Türkiyə-Azərbaycan birlik, bərabərliyi dönməz xarakter alıb, bu gedişatın qarşısını heç bir kənar qüvvə ala bilməz. 

Xatırladaq ki, Hulusi Kılıç  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dostluq” ordeni ilə təltif edilən yeganə Türkiyə səfiri olub. Mediada onu “Türkiyənin Azərbaycana gəlib getmiş ən nüfuzlu, fədakar diplomatı” sayırlar. Həqiqətən də O, bir Azərbaycan sevdalısı! Hacı N. ABDULLA