Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

 

Çox hörmətli Mehriban xanım! 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 4 nömrəli əlavə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”nda  http://www.mct.gov.az/medias/media/other/13/tma.pdf  4709. nömrə ilə qeydə alınmış XVIII əsr Yusifbəyli kənd məscidinin işğaldan azad olunandan sonra Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyi tərəfindən yayılmış videogörüntüsündə (“Qubadlı rayonunun Yusifbəyli kəndindən videogörüntülər”, 25 fevral 2021-ci il https://mod.gov.az/az/news/qubadli-rayonunun-yusifbeyli-kendinden-videogoruntuler-video-35004.htmlhttps://www.youtube.com/watch?v=QV2oGtL-2QE bayırdan və içəridən salamat qaldığı aydın görünür.

Lakin son günlər KİV-də və sosial şəbəkələrdə yayılmış fotolarda hazırda avtomobil yolunun kəndin içindən keçən hissəsində təmir, genişləndirmə işləri zamanı ermənilərin 28 ildə məhv etmədiyi həmin məscid binasının indi tamamilə uçurulub dağıdıldığı, yox edildiyi açıq görünür və bu hadisə Qubadlı rayon sakinlərində, sosial şəbəkə izləyicilərində ciddi narazılıq, rahatsızlıq yaratmışdır. https://www.facebook.com/karabakhmedia.az/posts/289712862524601 

Tarix, mədəniyyətimizin qayğıkeş hamisi olduğunuzdan bu vəziyyətin yaranmasında günahı olan qurumların və şəxslərin üzə çıxarılaraq cəzalandırılmasını, ictimaiyyətə məlumat verilməsini, bundan sonra belə hallara qarşı sərt, qəti qadağalar qoyulmasını şəxsi nəzarətinizə almağı Sizdən xahiş edirik.

 Hörmətlə,             Hacı Nəriman oğlu Abdulla

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar,  Jurnalistlər birliklərinin üzvü, Qubadlı rayonu