SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqallar Şurası Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərib.

                                Məktubda deyilir:  

                  “Əziz, möhtərəm prezidentlərimiz!

 15 iyunda Azərbaycanın bənzərsiz təbiət guşəsində, mədəniyyət beşiyi Şuşa şəhərində görüşünüz və imzaladığınız müttəfiqlik   münasibətləri haqqında Şuşa Bəyannaməsi, Türkiyə Prezidenti R.T.Ərdoğanın Azərbaycan parlamentində parlaq çıxışı hər bir Azərbaycan vətəndaşının qəlbində sevinc, unudulmaz məmnuniyyət duyğuları oyadıb. Qardaş xalqlarımızın arzu, istəklərini özündə ehtiva edən, müasir dünya reallıqlarına əsaslanan bu Bəyannaməni imzalamağınız birlik və bərabərliyimizin əbədi təsdiqi olmaqla, hər kəsdə qürur, sonsuz fəxarət hissləri yaradıb. Buna görə də sizlərə  içdən gələn sevgi, minnətdarlığımızı bildiririk.

Azərbaycanın tarixi Zəngəzur bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizinin açılması, həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun sərbəst fəaliyyətinin bərpasının Bəyannamədə əksini tapması sizin siyasi iradənizin, uzaqgörən zəkanızın məhsuludur, həm də  xalqlarımızın maddi rifahının, ölkələrimizin iqtisadi gücünün yüksəlişinə, daha sıx tellərlə bir-birinə bağlanmasına, regionda sülhün bərqərar olmasına təminat verən böyük siyasi əhəmiyyətli ideyadır.

Tariximizin ən mühüm, taleyüklü dövrlərində uğurla sınaqdan çıxmış birliyimiz, xüsusilə 44 gün davam edən qalibiyyətli Vətən müharibəsində öz parlaq, əbədiyaşar zirvəsinə yetmişdir. Əldə olunan uğurlu münasibətləri alqışlayırıq, dəstəkləyirik. Xalqlarımız bu birlik, bərabərliyin daha yüksək - İttifaq Dövləti səviyyəsinə çatmasını, ən qısa zamanda Azərbaycanın Qarabağ bölgəsində, o cümlədən Şuşada hərbi bazasının qurulmasını, Türkiyə universitetlərinin, eləcə də ali hərbi məktəblərin Azərbaycanda filiallarının açılmasını arzu edir. Ümid və arzu edirik ki, bu məsələlər də yaxın zamanlarda gerçəkliyə çevriləcəkdir.

İllər boyu apardığınız məqsədyönlü, xalqlarımızın, bütövlükdə regionumuzun mənafeyinə xidmət edən müdrik siyasətinizin, həm də şəxsi qardaşlıq münasibətlərinizin məntiqi nəticəsi olan bu tarixi gün və Şuşa Bəyannaməsinin imzalanması münasibətilə sizləri, hər zaman sizə mənəvi dayaq olan ailələrinizi, şəxsinizdə Türkiyə və Azərbaycan xalqlarını təbrik edirik, bu Bəyannamənin müddəalarının mütləq reallaşacağını, işıqlı gələcəyimizə aparan yolda qarant və mayak olacağına inanırıq.

Türkiyə-Azərbaycan Birliyinin əbədi olması arzusu ilə,

Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin İdarə Heyəti və Ağsaqqalar Şurası adından

               sədr             Hacı Nərimanoğlu

               16 iyun 2021-ci il.