Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Səninləyik, Türkiyə, kədərin kədərimizdir, içimiz yanır

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

28 iyuldan Türkiyədə meşə yanğınları başlayıb. Türkiyənin ən gözəl turizm guşələrində, təbiət bölgələrində, turizmin ən qaynar, cəlbedici çağında, müxtəlif istiqamətlərdə, küləkli gündə, çətin keçilən dağlıq ərazilərdə eyni vaxtda başlanan yanğınlar açıq-aydın düşmən terrorudur, əvvəlcədən planlaşdırılmışdır, Azərbaycanın Qarabağ uğrunda Vətən müharibəsində Türkiyənin açıq, fəal hərbi-siyasi dəstəyinə görə türk düşmənlərinin cavabıdır, Türkiyənin regionda söz sahibi, müstəqil güc sahibi olmasına qarşı böyük güclərin təhdidir, gəlirli, ən incə yerindən vurulan zərbədir. Dünya ümumi evdir, onun harasındasa ekologiyasına, havasına, flora, faunasına edilən qəsd ümumbəşəri cinayətdir. Çox üzgünük, insanlıq əleyhinə yönələn bu terror aktını lənətləyirik. Allah Türkiyəmizin, onu sevənlərin dualarının tez bir zamanda gerçəkləşməyinə, yanğın fəlakətinin, faciəsinin durdurulmasına yardımçı olsun. Səninləyik, Türkiyə, kədərin kədərimizdir.

Hacı Nərimanoğlu