Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 235

Warning: Illegal string offset 'style' in /home/emilja01/web/zengezur.com/public_html/libraries/src/Helper/ModuleHelper.php on line 252
Hacı NƏRİMANOĞLU: Tarixi ədalət bərpa olunacaq

SAYTDA AXTAR

FAYDALI LİNKLƏR

 ha

 

prez

 

nk

 

mm

 

meh

 

haf

 

qht

 

qhtxeber

 "Vətən səsi" qəzetində müsahibimiz Zəngəzur Cəmiyyətləri İctimai Birliyinin sədri, Qarabağ müharibəsi veteranı, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.

 - Hacı müəllim, son zamanlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Zəngəzurla bağlı birmənalı mövqeyi ölkəmizdə və beynəlxalq aləmdə çox böyük maraq doğurub və xüsusi diqqətlə izlənir...

- Bu, tamamilə təbiidir. Zəngəzur mövzusu Vətən müharibəsində qələbədən sonra ən mühüm məsələlərdən birinə çevrilib. Prezidentimiz cənab İlham Əliyevin bu fikirlərini xatırlatmaq istərdim;

“Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək”, “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır”, “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq, heç kimin buna şübhəsi olmasın!”, “Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq”, “Biz istəyirik ki, gənc nəsil Zəngə-zurun tarixi Azərbaycan ərazisi olmasını bilsin”, “Qərbi Zəngəzur da tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək”, “Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr əksini tapıb”, “Zəngəzur dəhlizi bütün region ölkələri üçün yeni imkanlar yaradacaq” və s. Bu fikirlərdə dövlətimizin başçısının Zəngəzurla bağlı siyasətinin tarixi, mahiyyəti, məqsəd, məramı aydın ifadə olunub. 2021-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində 28 il davam edən işğala son qoyuldu, Zəngəzurun Qubadlı, Zəngilan və Laçın rayonları (dəhlizə düşən 6 kənd istisna olmaqla) müzəffər Azərbaycan ordusunun apardığı döyüş əməliyyatlarından sonra azad edildi, tarixi Zəngəzur torpaqlarının bir hissəsi yenidən Ana Vətənə qovuşdu. Azərbaycanın qəhrəmanlıq, elm, mədəniyyət, ədəbiyyat tarixinə məşhur simalar bəxş etmiş Zəngəzur mahalının bütünlüklə Azərbaycana qovuşması da xalqımızın, dövlətimizin iradəsi ilə nə vaxtsa tarixi gerçəkliyə çevriləcək, tarixi ədalət bərpa olunacaqdır.

- Zəngəzurun tarixi barədə, təəssüf ki, hələ də cəmiyyətimizdə aydın formalaşmış elmi-tarixi biliklərin yetərsizliyi hiss olunur...

- Doğru fikirdir.  Heç şübhə yoxdur ki, Zəngəzur tarixi Azərbaycan torpağıdır. Azərbaycanın tarixi Zəngəzur mahalının ərazisi 7,824 kv.km olub, indiki Ermənistan Respublikasının Gorus, Sisian, Qafan, Mehri və Azərbaycan Respublikasının Laçın, Qubadlı, Zəngilan rayonlarının torpaqlarını əhatə edib. “Zəngəzur” sırf türk mənşəli toponimdir; “zəngi” etnonimdir, türk tayfa adıdır. Bir çox yer adlarında adı yaşayır; Zəngiçay, Zəngitəpə, Zəngərik, Zəngişamlı, Zəngənə, Zəngilan, Zəngəran, Zəngənə, Zəngişalı, Zəngi çayı, Zəngibasar, Zəngilər, Zəngan – Zəncan, Zəngilli və b. Mahmud Kaşğari, Fəzlullah Rəşidəddin, Abbasqulu ağa Bakıxanov və başqa tarixçilərin əsərlərində “zəngi” türk tayfasının adı keçir. Zəngəzurdakı ikinci leksem qədim türk dillərində “sur” dağlı, yarğanlı, qayalıq yer deməkdir, dilin ahənginə, asan tələffüzə görə s-z-yə çevrilib. Bu ad ərazinin relyefini düzgün səciyyələndirir – yəni zəngilərin yaşadığı dağlıq yer. Zəngəzur ərazisindəki adların da bir çoxunda sur-zur-zor daşlaşıb qalıb. Tarixi mənbələrdə, müxtəlif səyyahların yazılarında Zəngəzurun türklərin qədim yurd yeri kimi göstərilib. Ümumiyyətlə, Zəngəzurdakı toponimlərin 90 faizdən çoxu türk mənşəli olub. “Kitabi-Dədə Qorqud”da adı keçən yer adlarından 24-ü hazırda Zəngəzurda qalmaqdadır, bəzi boylardakı hadisələr də bu ərazidə baş verib.

Zəngəzur toponimini erməniləşdirə bilməyən tarixçilərin yozumları, vikipediya, internet səhifələrində də yaydığı «Этимология названия «Зангезур» неясна» kimi fikirlərinin heç bir əsası yoxdur.

Həqiqət isə belədir: Zəngəzur ərazisi e.ə. IV əsrdən VIII əsrinə qədər Alban dövləti və Sasani imperatorluğunun, VII-IX əsrlərdə Ərəb xilafətinin, IX-XI əsrlərdə Sacilər, Salarilər və Rəvvadilər dövlətlərinin, XII-XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri dövlətinin, XIII-XIV əsrlərdə Hülakülər dövlətinin, XIV əsrin sonu XV əsrin əvvəllərində Cəlairilər dövlətinin və Teymur imperiyasının, XV əsrdə Qara-qoyunlu və Ağqoyunlu dövlətlərinin, XVI əsrin başlanğıcında Səfəvi dövlətinin tərkibində olmuşdur. XVI əsrdə baş vermis Səfəvi-Osmanlı savaşları və XVII-XVIII əsrlərin qovşağında (1590-1612 və 1724-1735-ci illər) Osmanlı idarəçiliyində olub. Zəngəzur ərazisi xanlıqlar zamanında Qarabağ xanlığının hakimiyyəti altında olmuşdur. XIX əsrin əvvəllərində Rusiya işğalına məruz qalan Zəngəzur rus müstəmləkəçilik idarə sistemində Yelizavetpol quberniyasının, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin və Sovet Azərbaycanının tərkibində ayrıca qəza olub. Hətta, ermənilərin Rus çarizminin müstəmləkə siyasətinə uyğun olaraq İran vəTürkiyə ərazisindən Qarabağa köçü­rülməsindən, deportasiyadan sonra belə XX əsrin ilk illərində o dövrün rəsmi sənədlərində, çoxsaylı arxiv materiallarından aydın görünür ki, Zəngəzurda 321 yaşayış məskəni olub, 240 kənddə yalnız azərbaycanlılar, 81 kəndində ermənilər ya ayrılıqda, yaxud azərbaycanlılarla qarışıq halda, birlikdə yaşayırdılar.

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu öz qərarı ilə Azərbaycan türklərinin tam əksəriyyət təşkil etdiyi Şərur-Dərələyəz bölgəsinin daşnak Ermənistana verilməsi bərədə qərar çıxarmış, Qarabağ və Zəngəzuru isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan etmiş, yəni bu torpaqların da ermənilərə peşkəş edilməsinin siyasi-hüquqi əsasını hazırlamışdı. Yəni Zəngəzurun Ermənistana verilməsi 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının Azərbaycana hərbi təcavüzü, qanuni Azərbaycan Xalq Cümhuriyyəti Hökumətini devirməsi, Rusiyanın çarizm dövründə olduğu kimi, Qafqazda yenidən hər şeyi öz işğalçı imperiya, müstəmləkə, anti-türk, xristian təəssübkeşliyinə əsaslanan dəyişməz siyasətinə uyğun təkbaşına həll etməsinin nəticəsi idi.

- Bəs, bu mənfur siyasət nə vaxt və necə reallaşdı?

- Bizim üçün tarixi faciə olan bu məsələ Ermənistanda bolşevik hakimiyyəti qurulduqdan cəmi bir gün sonra, yəni 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzasına bölündü. Bu «tarixi» qərarları verənlərin tərkibinə də mütləq diqqət yetirilməlidir; S.Orconikidze, S.Ter-Danielyan, Y.Stasova, Q.Kaminski, N.Nərimanov, Ə.Qarayev, M.Hüseynov və b. Həmin iclasda 3-cü məsələ kimi «Ermənistan İnqilab Komitəsinin Ermənistanda Sosvet hakimiyyətinin elan olunması haqqında teleqramı» müzakirə edilmiş və qərar çıxarılmışdı. Həmin qərarın «v» bəndində yazılmışdı: “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir”. İclasın və qərarın, demək olar ki, başlıca məqsədi onun mərkəzi bəndində («q») öz əksini tapmışdı. Orada deyilirdi ki, Zəngəzur və Naxçıvan Ermənistana keçir. Digər bəndlərdə isə yazılırdı: d). Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilir; e) Sovet Azərbaycanı Sovet Ermənistanı ilə qırılmaz hərbi və təsərrüfat ittifaqı bağlayır (o cümlədən, neft haqqında göstərilsin). «J» və «İ» bəndlərində isə N.Nərimanova bütün bunlar barədə Bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda elan etmək tapşırılırdı.

- Hacı müəllim, bildiyimiz kimi artıq Azərbaycan 30 ildir ki, müstəqil dövlətdir. İtkilərimiz, faciələrimiz də var. Amma 44 günlük müharibədən sonra bölgədə yeni reallıq yarandı…

- Bəli, Müzəffər Ali Baş Komandanımız və Şanlı ordumuz dəmir yumruqla düşmənə sarsıdıcı zərbələr vurdular və Zəfər çaldıq. Ötən il noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatdan sonra Cənubi Qafqaz regionunda yeni situasiya yaranmışdır. Fikrimcə, Azərbaycan dövləti, hökuməti, parlamenti Rusiya və Azərbaycan bolşeviklərinin xalqımızın iradəsi əleyhinə olaraq verdikləri, heç bir hüquqi qüvvəsi olmayan qərarları ləğv etməli, xalqımızın və müstəqil dövlətimizin həmin torpaqlara qarşı iddialarını beynəlxalq hüquqa uyğun şəkildə sənəd-sübutlarla rəsmiləşdirərək hüquqi prosedurlara başlamalıdır.

“Azərbaycan  Respublikasında  iqtisadi  rayonların  yeni  bölgüsü  haqqında” Azər-baycan  Respublikası  Prezidentinin  7 iyul 2021-ci il tarixli Fərmanında tarixi həqiqət və dövlətimizin prioritetləri tam doğru əks olunub: “Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir. Yəni Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradılmasını da özündə ehtiva edən Fərman Prezidentimi-zin növbəti müdrik, uzaqgörən tarixi, siyasi, hüquqi, sosial-iqtisadi, strateji, diplomatik gedişli qərarıdır. Qarşımızda bizi tarixi ədalətin bərpası - minlərlə günahsız insanın qanı ilə suvarılmış, zorla Ana Vətəndən qoparılmış Zəngəzur torpaqlarımızın bütövləşməsi və Azərbaycana qovuşması kimi mənəvi borcumuzun, vəzifəmizin gerçəkləşməsi gözləyir. 1933-cü ildə Zəngəzur adı coğrafi, inzibati ərazi vahidi olaraq xəritədən silinmişdi. Yenidən Zəngəzur adı geri qaytarılır, tarixi ədalət bərpa olunur. Xalqımız, dövlətimiz üçün xeyirli olsun!

Söhbətləşdi: Tahirə AĞAMİRZƏ

http://www.vetensesi.qmkdk.gov.az/news_content.php?id=2595