“Sosial İslahatlara Dəstək” İctimai Birliyi yeni bir layihənin icrasına başlayıb

     “Sosial İslahatlara Dəstək” İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Məcburi köçkün məktəblərində təhsil alan yuxarı sinif şagirdləri arasında narkomaniyaya qarşı mübarizədə sosial layihələrin təşviqi məqsədi ilə maarifləndirici tədbirlərin və sosioloji sorğuların təşkili” mövzusunda həyata keçiriləcək layihənin icrasına start verib.

     Layihənin ideyasını məcburi köçkün ailələrindən olan şagirdlər arasında narkomaniyadan qorunmağın, birmənalı olaraq onlarda narkotiklərdən uzaq durma mövqeyinin formalaşması təşkil edir.

     Bu günlər gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, QHT-lərin üzərinə düşür. Odur ki, məcburi köçkün ailələrindən olan yuxarı sinif şagirdlərində Narkomaniyaya qarşı mübarizənin effektiv aşılanmasına yönəlmiş bu layihə də məhz həmin qəbildən olan tədbirlərə dəstək xarakteri daşıyır.

    Yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsi, onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artıracaq. Bu da ən əsası həm indiki, həm də gələcək nəsillərin cəmiyyətdə sağlam yetişmələri üçün həlledici rol oynayacaqdır.Layihədə onun fəaliyyət planına uyğun olaraq müvafiq mövzulu bukletlərin hazırlanaraq ərazidə yaşayan və sözügedən sosial qruplara məxsus ailələrə paylanılması, bu qəbildən olan şagirdlər arasında onların narkomaniyaya qarşı mübarizədə fikir və rəylərini öyrənmək məqsədi ilə sosioloji sorğuların keçirilməsi, nəhayət mövzu ilə bağlı maarifləndirici seminarların təşkil edilməsi nəzərdə tutlmuşdur.

    Layihə Bakı şəhərində 01 fevral - 30 iyun 2022 -ci i tarixləri arasında , 5 ay müddətində həyata keçiriləcəkdir.