Novruz bayramı hansı gün qeyd olunmalıdır? Bayramınız mübarək!

Min illərdir ki, Novruz -yazın gəlişi, ilin dəyişməsi Mərkəzi Asiya, Yaxın Şərq, Anadolu, Orta Asya, Balkanlarda, Qafqazda bayram edilir. Hazırda 300 milyondan artıq adam 21 martı- yeni ilin başlanğıcı-rəsmi təqvimin ilk günü (yəni 1 yanvar kimi) olaraq bayram edir.
BMT Baş Assambleyasının və UNESCO-nun qərarı ilə “Yeni gün" mənası verən, gecə və gündüzün bərabərləşdiyi gün olaraq qeyd edilən - 21 mart Beynəlxalq Novruz Günü elan edilib.
Amma biz Novruzu da urvatdan salmışıq, neçə gündür bayramlaşmanı bitirmişik, yorulub oturmuşuq, 21 martda təbrik etməyə də kimsə qalmayıb. Hər işimiz belədir: "Çırmanarıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş, Söz veririk indi - bir ay gəlməmiş, Asta qaçıb dürtülərik xəlvətə,..."Kim nə deyər bizdə olan qeyrətə?!" M.Ə.Sabir.
Novruzun hər hansı dinlə əlaqəsi, bağlılığı yoxdur. O, min illər boyunca əsasən, soyuq, qarlı, şaxtalı gündoğarda məskun olan xalqların dünyagörüşü, məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü ilə qırılmaz tellərlə bağlı olub. Təəssüf ki, bu bayramın mahiyyətini kiçiltmək - kosalaşdırıb keçəlləşdirmə səviyyəsinə endirmək, ab-atəş-xak-bad kimi ünsürlərə bağlayıb təbii, təbiət, insani məna, anlamından uzaqlaşdırmaq meylləri də baş alıb gedir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin "Bayram günləri" bölümündə yazılır: "Yeni il bayramı, Qadınlar günü, Faşizm üzərində qələbə günü, Müstəqillik Günü, Azərbaycan xalqının milli qurtuluş günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Dünya azərbaycanlılarının həmrəyliyi günü, Novruz bayramı, Qurban bayramı və Ramazan bayramı günləri iş günü hesab edilmir....4. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi günlər növbəti il üçün dekabr ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur". Axı Novruz Qurban bayramı və Ramazan bayramıdan fərqli olaraq, bəlli gündür - 21 mart, yəni min ildən artıq istifadə etdiyimiz, bu gün də çox sayda Şərq ölkələrinin, o cümlədən 30 milyondan çox dili, canı, qanıbir Quzey Azərbaycan türklərinin qoruyub saxladığı təqvimin ilk günüdür (1 yanvar miladi təqvimin ilk günü kimi), bunu 5 günün içərisində axtarmaq, saat, dəqiqə, saniyə ilə hesaba vurub müəyyən etmək hansı məntiqə sığır?! Niyə özümüzü hər fürsətdə türk, islam nəhrindən ayırırıq?! Bu yanlışlıq, dağınıqlıq aradan qaldırılmalıdır."
CALENDRIER:
Nevruz ( Ergenekon Bayramı ) Ergenekon'dan çıkışımızın 4659. Yılı kutlu olsun!
1) Azerbaycan: 21 Mart Nevruz Bayramı (Resmi Tatil)
2) Kazakistan: 21 Mart Nevruz Bayramı (Resmi Tatil)
3) Kırgızistan: 21 Mart Nevruz Bayramı (Resmi Tatil)
4) Özbekistan: 21 Mart Nevruz Bayramı (Resmi Tatil)
5) Türkmenistan: 21 Mart Nevruz Bayramı (Resmi Tatil)
6) Türkiye: 21 Mart Nevruz Bayramı
7) Kuzey Kıbrıs Türk Cumhuriyeti: 21 Mart Nevruz Bayram

 https://avropa.info/post/391690?fbclid=IwAR1t0PzC6-RhxFxlASNl1pS1ilO0CGRBKSsiMzjwWS9AxHyiwLSOuOor7g4

Hacı Nərimanoğlu,  "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyinin sədri

 Nevruz.jpg