“Zəngəzur qəzasının kameral təsviri – 1874-cü il” kitabı nəşr edilib

Tədqiqatçı alim Nazir Əhmədlinin “Zəngəzur qəzasının kameral təsviri – 1874-cü il” adlı irihəcmli kitabı nəşr edilib.

Tarixşünaslığımızda xüsusi dəsti-xətti olan tədqiqatçının çox çətin və ağır zəhməti sayəsində bundan əvvəl işıq üzü görən “Dərələyəz mahalının kameral təsviri – 1831-ci və 1842-ci illər”, “Göyçə mahalının kameral təsviri – 1831-ci və 1842-ci illər” və “İrəvan əyalətinin kameral təsviri” (beş cild), Naxçıvan əyalətinin və Ordubad dairəsinin, Zəngəzur mahalının 1832-1833-cü illərdə kameral təsvirini verən əsərlərini də ictimaiyyətə təqdim edib. Bu əsərlər XIX əsr Azərbaycan tarixinin öyrənilməsi, tədqiqi, mənbəşünaslıq bazasının genişləndirilməsi baxımından mühüm mənbələrdir, tarixi dədə-baba torpaqlarımızın bu günkü sakinləri üçün də əvəzsiz töhfədir