QHT Agentliyinin layihəsi əsasında “Şuşa-270” kitabı nəşr edilib

Tarix üzrə fəlsəfə doktoru, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin sədri Hacı Nərimanoğlunun “Şuşa - 270” kitabı Azər­bay­can Res­pub­li­ka­sı­nın Qey­ri-Hö­ku­mət Təş­ki­lat­la­rı­na Döv­lət Dəs­tə­yi Agent­li­yi­nin ma­liy­yə yar­dı­mı ilə "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Şərqi Zəngəzur yazarları: Böyük Qayıdışın önündəyik!” layihəsi çərçivəsində nəşr olunmuşdur.

Ki­tab­da Şuşanın inşasına başlandığı vaxtdan indiyədək 270 illik tarixi,  mədəniyyəti, yetirdiyi şəxsiyyətlər, hazırda şəhərdə mən­fur düş­mə­nin mur­dar ayaq iz­lə­ri­nin iti­ril­mə­si, ye­ni­dən dir­çə­li­şi üçün görülən işlər sənədlər, foto, informasiya, elmi araşdırma, arxiv materialları, analitik yazılarda əks olunub.

Müəllifin kitaba daxil edilən elmi-kütləvi məqalələrinin bir qismi xarici dillərə tərcümə edilərək beynəlxalq internet məkanında, müxtəlif ölkələrin populyar KİV-də yayılmışdır.

 “Füyuzat” nəşriyyatında rəngli formatda çıxan 200 səhifəlik  kitabın elmi redaktor və rəyçisi  Beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Kitabın mövzu başlıqları nəşr haqqında ümumi təsəvvür yaradır; Pənahəli xan - Qarabağ xanlığının qurucusu, Şuşanın inşası, inkişaf dövrləri, əhalisi, məhəllələri, məscidləri, Şuşada sənətkarlıq və ticarət, maarif, mədəniyyət, Şuşa əcnəbi səyyahların gözü ilə, Şuşaya xarici hücumlar, Kürəkçay müqaviləsi, Şuşa qəzasının yaranması, Ermənilərin Qarabağa və Şuşaya köçürülməsi, Ağaməhəmməd şah Qacarın Şuşada qətli, İbrahimxəlil xan, Molla Pənah Vaqif, Kərbəlayı Səfixan Qarabaği, Mir Möhsün Nəvvab Qarabaği, Türkçülüyün patriarxı – Şuşalı Əhməd bəy Ağaoğlu, Üzeyir bəy Hacıbəyli, Gövhər ağa, Şah xanımı Ağabəyim ağa, Xurşidbanu Natəvan, Şuşa və Xankəndi Azərbaycan Xalq Cümhuriyyəti  və Azərbaycan SSR tərkibində, Türk əsgərləri Şuşada, Şuşalı məşhurlar, Şuşalı generallar, Şuşanın gerbində əks olunan Qarabağ atları, Şuşanın azadlıq simvolu – xarıbülbül, məşhurlar Şuşa haqqında, Şuşanın  28 il davam edən işğalı, Şuşa Bəyannaməsi, Şuşa əzəlki gözəlliyinə qayıdır, Qarabağ xanlığı və Şuşa tarixinin xronologiyası və digər.

Kitabda görkəmli siyasi, dövlət xadimi Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  Şuşaya səfərlərinə, şəhərin azad edilməsi barədə fikirlərinə, müxtəlif tədbirlərdə çıxışlarından sitatlara geniş yer verilib.