Çap

zengezur.com aztc.gov.az saytına istinadla bildirir ki, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sədri, Xalq yazıçısı Afaq Məsudun “Qarabağın incisi Şuşa” kitab-albomu nəşr olunub.

Kitab türk, ingilis, rus və ərəb dillərinə də tərcümə və nəşr ediləcəkdir. Mərkəzin mətbəəsində nəşr edilən kitabı aşağıdakı kitab evləri və mağazalardan əldə etmək olar:

“Libraff”, “Kitabevim.az”, “Akademkitab”, “Akademiya” kitab evi, “Baku Book Center”, “Çıraq” kitab evi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitab Evi, Azərbaycan Dillər Universitetinin satış köşkü.