Bəyanat: Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücumu lənətləyirik

Yanvarın 27-də saat 8:30-da Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum olub. Hadisə nəticəsində bir nəfər azərbaycanlı təhlükəsizlik əməkdaşı həlak olub, iki nəfər xəsarət alıb.

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bu terror aktını qətiyyətlə pisləyir, təşkilatçı və icraçılarını lənətləyir, cinayətkarların tapılıb cəzalanmasını, bu qanlı terror aktının beynəlxalq müstəvidə də hüquqi qiymətini almasını tələb edir. Səfirlik həmin ölkənin ərazisi hesab edildiyindən bu son hadisə həm də ölkəmizə qarşı hücum, terror anlamı daşıyır və bu terror aktı son vaxtlar İranın hakim dairələrinin Azərbaycana qarşı ardıcıl kinli, təcavüzkar mənəvi-psixoloji münasibətinin təzahürü, məntiqi nəticəsidir.