Mənim Altay doktorum  

Hazırda respublikamızda səhiyyə sahəsində müşahidə olunan müsbət irəliləyişlərdə Türkiyədə təhsil almış həkimlərin rolu əvəzsizdir. Qardaş ölkə universitetlərində təhsilin təcrübə ilə vəhdəti, tələbələrin daha geniş elmi-praktik biliklərə yiyələnməsi işi olduqca yüksək səviyyədə gerçəkləşir.

Son illər respublikamızda xərçəng xəstəliyinin  önlənməsi, araşdırılması və erkən diaqnozu, palyatif müalicəsi istiqamətində görülən işlərin müsbət dinamikasında Türkiyə təhsilli uzman doktorların qazandığı etibar cəmiyyətdə etiraf olunur.

Artıq xərçəng xəstəliyinin müalicəsi sahəsində geniş şöhrət qazanmış gənc həkimlərimiz yetişib.

Onlardan biri də “Liv Bona Dea Hospital Baku”da çalışan Daxili Xəstəliklər və Tibbi Onkologiya üzrə həkim mütəxəssis Uzman Doktor Altay Əliyevdir.

Altay Əliyev  2004 -2010-cu illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsində, 2011-2015-ci illərdə İstanbul Universiteti İstanbul Tibb Fakültəsi İç Xəstəlikləri Uzmanlığı, 2013-2014-cü illərdə Cleveland Clinic Endokrinologiya Kafedrasında Elmi işçi, 2016-2019-cu illərdə Bezmi Aləm Vakıf Universiteti Tibbi Onkologiya Uzmanalığını bitirib. Altay Əliyevin xərçəng xəstəliyinin ilkin diaqnostikası, müayinə, müalicəsi ilə bağlı araşdırmaları yüksək qiymətləndirilib.

Onun nüfuzlu beynəlxalq jurnallarda çıxan məqalələri, elmi nəşrlərdə yayılan tezisləri,  mötəbər elmi konfranslardakı məruzələri həmişə maraqla qarşılanıb.

Haqqında ürəkaçıqlığı ilə söhbət açdığım Altay doktor həm də mənim həkimimdir. Hələ ki tibb elmində sağalmaz xəstəlik sayılan xərçəngə tutulanlardan biri də mənəm – ömrünün 45 ilini gənc nəslə dilimizi, ədəbiyyatımızın tədrisinə-müəllimliyə, paralel olaraq  həm də  jurnalistikaya, yazıçılığa həsr etmişəm. Amansız xəstəliklə mübarizə aparan biri olaraq bu şər qüvvə ilə mücadilədə göydə Allaha, yerdə Altay həkimə güvənmişəm. Bu sözü hər kəsə demək olmur:-mənim Həkimim!  Savad, bilik, təcrübə, peşəkarlıqla birlikdə Altay həkimdə ən çox gördüyüm, sevdiyim Onun sadəliyi, səmimiyyətidir, nürlu çöhrəsindən əskik olmayan şirin təbəssümüdür, verdiyi məsləhətlərin, təlqin etdiyi duyğuların yaşamaq eşqimi artırmasıdır, Ondan hər zaman nikbin ruh almışam, Onun məsləhətləri son illər sanki yol yoldaşım, həyaatımın bir parçası olub. Mənim həkimimin alimliyi ilə insanlığı yanaşıdır. Yəqin bu sözləri deyən təkcə mən deyiləm, Altay həkimə könül verib inanan mənim kimi  xeyli “sədaqətli” pasiyenti var.

Altay Əliyevin çalışdığı, bilik və təcrübəsinə, insanlara xidmət üçün geniş imlkanlar açan Bona Dea tibb  müəssisə təkcə ölkəmizdə, regionumuzda deyil, həm də dünyada tanınır. Bona Dea Türk Tibbi Onkologiya Cəmiyyətinin, Avropa Onkoloji Cəmiyyətinin, ASCO: Amerika Onkologiya Cəmiyyətinin üzvüdür, tibb sahəsində dünyanın ən qabaqcıl keyfiyyət standartlarından biri olan Joint Commission International (JCI) akkreditasiya sertifikatını yüz faizlik nəticə ilə əldə edib. JCI standartı xəstə baxımı keyfiyyətləri və xəstə təhlükəsizliyi ilə əlaqədar prosesləri özündə birləşdirən dünyanın ən böyük akkreditoru JCAHO’nun (Joint Commission on Accreditation of Healthcare Organizations) beynəlxalq platformada təmsil edilən nümayəndəsidir. Son 12 ildə belə yüksək nəticə ilə həmin sertifikata alan yeganə tibbi mərkəzdir. Fəaliyyət göstərdiyi müddətdə tibb müəssisəsində 70 min nəfərə ambulator yardım göstərilib, 1700 xəstə üzərində cərrahiyyə əməliyyatı aparılıb, 5 min əcnəbi vətəndaş müalicə üçün müraciət edib, onların içərisində  Rusiya, Küveyt, Özbəkistan və digər Mərkəzi Asiya respublikalarından olan xəstələr də var. Vətən müharibəsi günlərində 100-dən çox ağır vəziyyətdə və multitravmalı yaralı hərbçi üzərində uğurlu cərrahiyyə əməliyyatları aparılıb. Elə yaralı olub ki, onun üzərində dörd-beş dəfə əməliyyat aparmaq lazım gəlib və demək olar ki, onların hamısı şəfa tapıb.

Son iki il ərzində 2 mindən çox onkoloji xəstəyə tibbi xidmət göstərilib, onların arasında müalicəsini davam etdirənlər və izlənilməsi davam edən xəstələr də var. Sonuncu qeyd etdiyim bu sahədə  xəstəxananın Tibbi Onkologiya şöbəsinin müdiri, uzm. dr. Altay Əliyevin və gənc yaşda uğurla rəhbərlik etdiyi şöbənin əməyi böyükdür. Mən xərçəng xəstəliyinə mübtəda olanlara  tövsiyə edərdim ki, xəstəliyin bütün mərhələlərində yaxın-uzaq ölkələrə üz tutmaqdansa, canı, qanı ilə bizim olan öz həkimlərimizə, paytaxtımızdakı belə ən müasir imkanlara malik olan dünya səviyyəli tibb mərkəzinə etibar etsinlər: https://amedical.az/ru/kliniki/azerbaydzhane/52-liv-bona-dea-hospital.html

17 iyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür.  Bu əlamətdar gündə insan üçün ən əziz, qiymətli nemət olan sağlamlığımın keşiyində duran doğma Altay həkimi, onun şəxsində “Liv Bona dea Hospital”ının bütün kollektivini təbrik edirəm: - zəkanız hər zaman güclü, qüvvətli, gözünüz nurlu, əlləriniz şəfalı olsun, nə yaxşı varımızsınız, dostlar!

 Dostəli Abdullayev, 

yazıçı-jurnalist, Qarabağ müharibəsi veteranı