Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV: Bundan sonra da elə əsərlər yaranmalıdır ki, o əsərlər Ermənistanda yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim, ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün yol açmalıyıq.   

 

“AzərTAc-da 15 il” silsiləsindən 2-ci yazı.

Əyalətlərdə, paytaxtdan kənar şəhər və rayonlarda yaşayanların yadındadır; 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində ölkədə qəribə bir energetika sıxıntısı, süni çatışmazlığı yaşanırdı, bütün şəhər, rayonlara işıq qrafiklə, 3-4 saatlıq fasilələrlə verilirdi, kəndlərdə bəzən günlərlə işıq olmurdu.  Mətbuat yazırdı ki, elektrik enerjisi Ermənistana, Gürcüstana ötürülür. Mingəçevir Cənubi Qafqazda istehsal olunan elektrik enejisinin 70 faizinə qədərini verirdi, həm SES, həm DRES  rəhbərliyi ilə mehriban münasibətlərim var, məndən heç nə gizlətmirlər, fakt odur ki, enerji istehsalında azalma yoxdur, rayonların bir hissəsi də işğalda, müəssisələrin böyük bir qismi SSRİ-nin digər regionları ilə əlaqələrin pozulması ucbatından dayanıb, enerji sərfiyyatı da təbii ki azalıb. Bəs işıq başqa hara gedə bilər ki, bu da elə məhsul deyil ki, istehsal edib anbara yığasan. Hələ ən yaxşı gündə olan Mingəçevir idi.

Çarizm dövründə Yelizavetpol, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağ quberniyasına daxil olan Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qurd Hacı kəndi (indiki Laçın rayonu) 1905-1920-ci illər tariximizin iki məşhur simasının - xalq qəhrəmanı Sultan bəy və Cümhuriyyətimizin qurucularından biri, ilk hərbi nazirimiz, Qarbağın general-qubernatoru Xosrov bəy Əlipaşa bəy oğlu Sultanovların doğulduğu kənddir. Sultan bəy 1871-ci ildə doğulub. Əlipaşa bəy obalarının savadlı adamı Molla Xudaverdi Tanrıverdi oğlunu (1835-?) çağırıb, balaca Sultanı öyrətməsini tapşırdı. Sultan bəy beləcə bir neçə il Molla Xudaverdidən "əlif-bey"i öyrəndi. Sonra atası onu Şuşa qəza məktəbinə göndərdi.Sultan bəy öncə qəza məktəbində, sonra Gəncə şəhərində gimnaziyada oxudu. Orta təhsilini tamamlayıb, Sankt-Peterburq şəhərinə yollandı. O dövrün ən ünlü hərbi məktəbinə, Sankt-Peterburq Hərbi Akademiyasına daxil oldu.