Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının KİV-də yayılan Zəngəzurun Ermənistana verilməsi: mötəbər mənbələr nə deyir?” adlı yazısının  ilk abzası   belədir: ”Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq aşağıdakı kimidir: Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P  Qafbüronun üzvlərinin keçirilən birgə iclasında (protokol №4, 2-ci bənd) “Ermənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” müzakirə edildi. (https://azertag.az/xeber/Zengezurun_Ermenistana_verilmesi_moteber_menbeler_ne_deyir-1755703). 

Xocalı faciəsi bəşər tarixində törədilmiş ən ağır, ən dəhşətli soyqırımı aktlarından biridir. Dinc, günahsız mülki əhalinin bu qanlı qətliamı ermənilərin öz hərbi-siyasi havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi, erməni vandallığının bariz nümunəsidir. Çünki, söhbət həlak olmuş dinc sakinlərin sayı ilə yanaşı, törədilmiş qətliamın insanlığa sığmayan mənzərəsindən gedir. Xatın, Lidisa, Oradur soyqırımı kimi qanlı olayların heç birində körpə uşaqlara, yaşlı insanlara, qadınlara belə amansız vəhşilik törədilməyib.

 
Açığını deyim, ümidim azalırdı yaşa dolduqca. Atam, anam “torpaq” deyə-deyə dünyadan köçdülər. Mən də onlar kimi köçəcəyimi düşünürdüm. Təsəvvür edin, insan da müharibəyə sevinərmi? İllah da ki qadın. Düzdür, müharibədə kişilər ölür, amma ən çox itirən qadınlar olur. Müharibə bir qadın üçün ata, qardaş, ər, oğul itirmək qorxusudur. Amma mən sevindim, itirəcəklərimdən qorxmadan sevindim. İlahi, torpaq gözünün ağı-qarası bir balandan da şiriniymiş? Candan da şiriniymiş?
Oğlum Türkiyə universitetlərinin birinə qəbul oldu, inanın ki, onun universitetdə oxumağını təstiq edən sənədinini hələ də aparıb hərbi komissarlığa verməmişəm. Ayıbıma gəlib. Düşünmüşəm ki, gərəkirsə, onu da aparsınlar müharibəyə. Mənim özümü də döyüşə aparmaqları üçün yalvarırdım. Vallah qadın olsam da, döyüşməyi bacarıram. Mən o dağları, dərələri əzbər bilirəm, necə müdafiə olunmağı, necə döyüşməyi bilirəm. Axı o yerlərdə böyüdüm, o yerlərdə alışdım top-tüfəng səslərinə. Heç yaradan, qandan da qorxmuram.

Müəllifdən: “Sofulular” kitabı İdrak Rəhimoğlunun imzası ilə 2017-ci ildə  “Gənclik” nəşriyyatı tərəfindən çap olinmuşdur. Kitabın redaktoru, ön söz və “Qubadlı sofulularının tarixindən” fəsli və “Sofululara məxsus bəzi dialekt sözləri”nin müəllifi Xeybər Göyyallıdır. Kitab az tirajla nəşr edildiyindən bir çoxları onu əldə edə bilməmişlər.Sofulu tayfasına mənsub olanlar, o cümlədən həmkəndlilərimin bir çoxu kitabı məndən istəsələr də, ancaq  məlum səbəblərdən kitabı onlara vermək imkanından çox uzaq olmuşam. Adıçəkilən kitabdan “Qubadlı sofulularının tarixindən” fəslinin oxucuların diqqətinə indi təqdim etməyim heç də təsadüfi deyildir...

Rusiyada 3 partiya - "Ədalətli Rusiya" (S.Mironov), "Həqiqət Naminə" (Z.Prilepin) və "Rusiyanın Vətənpərvərləri" (G.Semigin) birləşib 1 partiya yaradaraq (“Справедливая Россия — Патриоты — За правду») Donbas və Dağlıq Qarabağın  Rusiyaya birləşdirilməsini də siyasi manifestlərinə daxil ediblər: "Biz hesab edirik ki, Rusiyaya birləşmək istəyən bütün xalqlara bu imkan tanınmalıdır. Biz müharibə başlayanda Dağlıq Qarabağa da müraciət etmişdik. Problemin həllinin yeganə yolu Rusiyaya birləşməkdir." https://www.rbc.ru/politics/25/03/2021/605cc35c9a79475d87301510?fbclid=IwAR0NHcC1sX1wevIqL8D2O-aFb3ebCmVnaGX9kc0LzUDCtkHypxXgWzWubtI

8 -dən səhifə 17