ONLAR  BİZİM  FƏXRİMİZDİR

Vətənin müdafiəsi hər bir vətəndaşın ən ülvi, ən uca, ən müqəddəs borcudur. Bu müqəddəs borcun yerinə yetirilməsində Şəhid olanlar ən böyük hörmət və ehtirama layiqdir. Onların qəhrəmanlığı xalqın xatirəsində daim yaşayacaqdır.

Biz yaxşı bilirik ki, Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin yüzlərlə əməkdaşı – zabitlər, polis nəfərləri torpaqlarımızı qoruyarkən şəhid olmuş, qəhrəmanlıq göstərmiş, bir çoxu da Azərbaycanın Milli Qəhrəmanı kimi tariximizə daxil olmuşlar. Biz bunların hamısını yüksək qiymətləndiririk. Torpaqlarımızı qorumaqda, Ermənistanın təcavüzünün qarşısını almaqda polis əməkdaşlarının göstərdiyi qəhrəmanlıqları xalqımız heç zaman unutmayacaqdır.

             Ümummilli Lider Heydər Əliyev

 (anadan olmasının 170, qətlinin 125 illiyinə) 

Çar üsuli-idarəsinə qarşı mübarizə. Qaçaqlıq xalqın istismarçı zümrənin hədsiz özbaşınalığına, işğalçı yadellilərin müstəmləkə zülmünə qarşı mübarizə forması idi. Hökumətin təqiblərindən qaçıb dağlarda, meşələrdə gizlənən və yerlərdə hökumət məmurlarına qarşı mübarizə apardığına görə ev-eşiyindən, yurd-yuvasından ayrı düşməyə məcbur olmuş adamları xalq “qaçaq” adlandırırdı. Əzilən çoxluğun haqqını müdafiə edən qaçaqları xalq sevirdi və qoruyurdu.

Fəriq Nuru (Nuri) Paşa Hacı Əhməd oğlu Killigilin doğulduğu tarix həm Türkiyə, həm Azərbaycanın bir çox mötəbər sitəsində, mənbələrində 1881-ci il göstərilir: tr.wikipedia.org, www.tarihportali.net, facebook.com, www.turkcebilgi.com, www.turania.org, www.kelebekforum.com, www.genel-bilgiler.com, az.wikiwix.com, www.mix.az, azersayt.com, az.wikipedia.org və sair. Ancaq www.designmodproject.de, ru.wikipedia.org, data.lullar.com və sair portallarda bu rəqəm 1889- cu il göstərilir. Bakının Qurtuluş tarixi haqqında bir neçə dəyərli tədqiqatın müəllifi Rəşad Süleymanov yazır: “…Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır.” (R.S-“Bakı xilaskarı” Nuru Killigil Paşa”, blog.azpress.az). Digər bir tədqiqatçı alim Asif Rüstəmli yazır: “1918-ci il noyabrın 10-u idi…Sentyabrın 23-də Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin başçılığı ilə Gəncədən Bakıya köçən hökumət üzvləri ilk dəfə idi ki, öz xilaskarı Qafqaz İslam Ordusunun Komandanı Nuri Paşanı və onun igid zabitlərini 15 sentyabr Bakının Qurtuluşu günü münasibətilə ziyafətə dəvət etmişdilər.

26-cı ildir Azərbaycanın baş bankiri vəzifəsini daşıyan Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank üçün 450 milyon manat dəyərində bina tikiləcəyi ilə bağlı açıqlamalar sosial şəbəkədə, internetdə ciddi narazılıqla qarşılanıb, kəskin ictimai qınağa tuş gəlib. Həm də tamamilə haqlı, əsaslı səbəbdən. Ölkənin bank sistemindən və E.Rüstəmovdan ən narazı vətəndaşdan biri mənəm; 2018-ci il dekabrın 3-də ABB-nın Mətbuat filialından  9500 manat kredit götürmüşəm, ayda nə zülümlə 268 manat hesabı ilə 14,462,22 qəpik geri qaytarmalıyam. Dünyanın heç yerində belə soyğunçuluq, yüksək faiz yoxdur. Türkiyədə kredit faizləri illik 1.5, Almaniyada – 1.9, ABŞ-da – 3.25 faizdir, Rusiyada isə 6-9 faiz arasında dəyişir. Ümummilli sərvət olmalı neft pullarımızı xarici banklarda 3-4 %-ə oturdub, vətəndaşa 25-28 %-lə vermək heç bir məntiqə, haqq-ədalətə sığmır. Sözüm bunda deyil, onsuz da xalqın 3-də 2-si bu gündədir, “palaza bürün, elnən sürün.”