(anadan olmasının 170, qətlinin 125 illiyinə) 

Çar üsuli-idarəsinə qarşı mübarizə. Qaçaqlıq xalqın istismarçı zümrənin hədsiz özbaşınalığına, işğalçı yadellilərin müstəmləkə zülmünə qarşı mübarizə forması idi. Hökumətin təqiblərindən qaçıb dağlarda, meşələrdə gizlənən və yerlərdə hökumət məmurlarına qarşı mübarizə apardığına görə ev-eşiyindən, yurd-yuvasından ayrı düşməyə məcbur olmuş adamları xalq “qaçaq” adlandırırdı. Əzilən çoxluğun haqqını müdafiə edən qaçaqları xalq sevirdi və qoruyurdu.

26-cı ildir Azərbaycanın baş bankiri vəzifəsini daşıyan Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bank üçün 450 milyon manat dəyərində bina tikiləcəyi ilə bağlı açıqlamalar sosial şəbəkədə, internetdə ciddi narazılıqla qarşılanıb, kəskin ictimai qınağa tuş gəlib. Həm də tamamilə haqlı, əsaslı səbəbdən. Ölkənin bank sistemindən və E.Rüstəmovdan ən narazı vətəndaşdan biri mənəm; 2018-ci il dekabrın 3-də ABB-nın Mətbuat filialından  9500 manat kredit götürmüşəm, ayda nə zülümlə 268 manat hesabı ilə 14,462,22 qəpik geri qaytarmalıyam. Dünyanın heç yerində belə soyğunçuluq, yüksək faiz yoxdur. Türkiyədə kredit faizləri illik 1.5, Almaniyada – 1.9, ABŞ-da – 3.25 faizdir, Rusiyada isə 6-9 faiz arasında dəyişir. Ümummilli sərvət olmalı neft pullarımızı xarici banklarda 3-4 %-ə oturdub, vətəndaşa 25-28 %-lə vermək heç bir məntiqə, haqq-ədalətə sığmır. Sözüm bunda deyil, onsuz da xalqın 3-də 2-si bu gündədir, “palaza bürün, elnən sürün.” 

   Olmuş əhvalat, 4 şəkilli tragikomediya

         I şəkil

  Əhvalat Mingəçevir şəhər məscidində vaqe olur. 1998-ci il, 30 yanvar, saat 10.30 radələridir. Ramazan bayramının ilk günüdür, məscidin qabağına xeyli adam yığışıb. Şəhərin başçısı, müavinləri, prokuror, polis və MTN rəisləri, YAP, bələdiyyə sədri, digər aktivlər yaxınlaşır. Onların arasında general libasında ortaboylu, sarımtıl sifətli biri diqqəti xüsusi çəkir, qayışının üstündə tapança bağlamış, təkəbbürlü, arxasınca da 2 nəfər rus “OMON”çusu geyimində, qabaqda da 2 nəfər milli cangüdənin - azərbaycanlı olduqları bilinir. Şəhər camaatı, rəhbərləri generalı qabağa verib “buyur, buyur”la məscidin qırmızı xalı döşənmiş pilləkənlərində irəli buraxırlar, özləri də ardınca girirlər məscidə.

 Azərbaycan Milli Azadlıq Hərakatının öncüllərindən biri idi Oruc...
 20 Yanvar faciəsini dünyaya ilk yayan fədai idi Oruc...
 O vaxt üçün mümkün olmayanları edən kişilərdən idi Oruc...
 Sinəsini rus tankına sipər edən oğullardan idi Oruc...
 YERİ GƏLMİŞKƏN: Orus Musa oğlu Şirinov. 1959-cu ilin Mart ayının 15-də Qubadlı rayonunun Hal   kəndundə doğulmusdu.
 Orucluğun ilk günü doğulduğuna görə adını Oruc qoymuşdular. Dini inanclara görə Oruc uzin ömür   yaşamalı idi...