“Qaçaq Nəbi Azərbaycan cəmiyyətinin yaddaşında Sovet dövrünün şişirdilmiş qəhrəman obrazlarından biridir”- deyən Milli Məclisin üzvü Fazil Qəzənfəroğluna

(mənbə: sherg.az / 2018-05-03/ Bu küçəyə Rövşən Lənkəranskinin adının verilməsi təklifinə deputatdan reaksiya) F.Qəzənfəroğlunun yanaşması doğru deyil. Qaçaq Nəbi “Sovet dövrünün şişirdilmiş” yox, əksinə “kiçildilmiş” qəhrəmanıdır, həm də “obraz” yox, 122 il bundan əvvələ qədər yaşamış  canlı tarixdir, doğulduğu il, nə vaxt, niyə qaçaq düşdüyü də, Azərbaycanın o tay, bu tayında kimlərlə hansı günlərdə savaşa girdiyi, kimləri, nə qədərini  necə cəhənnəmə vasil etdiyi, kimlərin xəyanətkar əlilə, nə vaxt, harda, hansı gündə  qətlə yetirildiyinə qədər bəlli olan yaxın tariximizdi, həm də şərəfli, şöhrətli tariximizdi Qaçaq Nəbi, qoçaq Həcər adı, mübarizəsi, mücadiləsi   (https://az.wikipedia.org/wiki/Qaçaq_Nəbi). Peterburq, Tiflis, İran, Türkiyə, Bakı arxivlərində çox sayda sənədlər, XIX əsrə aid arxiv materialları aşağıda haqqında bəhs edəcəyim yanaşmalarla, tarixi faktlarla üst-üstə düşür. Bunlara bələd olmadan, indiyədək yazılan tədqiqatları  bilmədən Qaçaq Nəbi haqqında danışan, yazan “hərşeyşünas”larımızın halına yazıqlar olsun.

( “525-ci qəzet”, 22 avqust 2015-ci il, səh.22-23 )

 Mir Həmzə Seyid Nigari Qarabağinin anadan olmasının 210, vəfatının 130 illiyinə

Mir Həmzə Seyid Nigari Qarabaği Qafqaz və Anadoluda məşhur olan, şeirləri iki əsrə yaxındır sevilərək oxunub əzbər söylənilən təkkə-təsəvvüf ədəbiyyatının görkəmli nümayəndəsi, nəqşibəndi təriqətinin nüfuzlu şeyxi, kamil mürşiddir. O, Qarabağ xanlığının Zəngəzur mahalının Cicimli kəndində (indiki Laçın rayonu) dünyaya gəlib. Şeyxin doğum və vəfatı tarixi barədə bəzi fərqli rəqəmlər göstərilsə də, "Türk Ensiklopedisi", az.wikipedia.org, tarihvebilgi, ayb.net və digər mənbələr, çoxlu tədqiqatçılar onun 1805-ci ildə doğulduğunu, Qarapapaq türklərindən olduğunu, 1885-ci il sentyabrın 29-da vəfat etdiyini təsdiq edir. Özü də Cicimlidə doğulduğun yazıb: